Icma.az
close
up
RU
Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?

Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə həkimlərin peşə titulunun necə ifadə olunması ilə bağlı “uzman”, yoxsa “mütəxəssis” müzakirəsi geniş müzakirə olunur. 

Xüsusilə Türkiyədə ixtisas təhsili almış həkimlərin özlərini “uzman həkim” kimi təqdim etməsi ətrafında fərqli fikirlər səsləndirilir. Bəzi şəxslər “uzman” sözünün türk mənşəli olduğunu və uzun müddətdir geniş istifadə edildiyini əsas gətirərək bu ifadənin Azərbaycan dilində də işlədilməsini normal sayır. 

Digər yanaşmaya görə isə Azərbaycan dilində bunun qarşılığı “həkim-mütəxəssis”dir və rəsmi terminologiyada da bu ifadədən istifadə olunur. Bəs Azərbaycan dilində həkimin peşə titulunun hansı formada işlədilməsi daha doğrudur? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında həkim, tibb üzrə eksperti Aydın Əliyev bildirib ki, “uzman” sözünün dilimizdə işlədilməsi ilə bağlı fikirlər müxtəlifdir, o isə hər iki ifadənin istifadəsində problem görmür: 

“Hesab edirəm ki, “uzman” sözünün leksikonumuza daxil edilməsi pis olmaz. Hər iki ifadə öz qaydasında işlədilə bilər. “Uzman həkim” və “həkim-mütəxəssis” ifadələri mahiyyət etibarilə eyni məna daşıyır. Sadəcə, Türkiyədə rezidentura təhsili “uzmanlıq” adlanır və bu təhsil pilləsini başa vuran şəxs “uzman həkim” kimi təqdim olunur. 

Azərbaycan dilində isə buna uyğun olaraq “həkim-mütəxəssis” ifadəsindən istifadə edilir. Türkiyədə təhsil alıb, rezidentura keçən və həmin ölkədə “uzman həkim” adı ilə tanınan şəxsin özünü bu şəkildə təqdim etməsində də problem görmürəm. İnsanlar orada qəbul olunmaq üçün müəyyən mərhələlərdən keçib, 4-5 il təhsil alıb və bu titul onlara tanışdırsa, “uzman həkim” ifadəsindən istifadə edə bilərlər”. 

Həkim qeyd edib ki, amma həkimin adının qarşısında “uzman həkim” və ya “həkim-mütəxəssis” yazılmasının onun avtomatik olaraq eyni bilik və peşəkarlıq səviyyəsinə malik olması demək deyil: 

“Həkimlər arasında da təcrübəsinə, bilik və bacarığına görə fərqlər var. Bu baxımdan, pasiyentlərin həkim haqqında ətraflı məlumat əldə etməsi vacibdir. Pasiyentin qəbuluna getmək istədiyi həkimin harada və necə təhsil aldığı, hansı təhsil pillələrindən keçdiyi barədə məlumat almaq hüququ var. 

Termin məsələsində isə düşünürəm ki, hər iki ifadənin işlədilməsində problem yoxdur. Əsas məsələ həkimin öz işini yaxşı görməsi, təcrübəsini və biliyini daim artırması, peşəsinə vicdanla yanaşması və pasiyentlərin etimadını doğrultmasıdır. 

Təbii ki, istifadə olunan sözün və titulun həqiqəti əks etdirməsi də mühüm şərtdir. Ümumilikdə, “uzman” və “mütəxəssis” ifadələrinin hər ikisinin işlədilməsi mümkündür, əsas məsələ isə bu adların hansı təhsil, peşəkarlıq göstəricilərinə əsaslandığının aydın olması və pasiyentin düzgün məlumatlandırılmasıdır”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

 

Açar sözlər: həkimlər Aydın Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Avqust 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri