Icma.az
close
up
RU
Xətai məhkəməsinin hakimi Şəhriyar Əliyevdən absurd qərardad

Xətai məhkəməsinin hakimi Şəhriyar Əliyevdən absurd qərardad

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Elektron imza”lı iddia “imzalanmadığından” geri qaytarılıb

İstehlakçı hüquqların məhkəmə müdafiəsinə məhkəmələrin özlərinin kobud qadağa qoymaları faktları yetərincədir. Ən çox sınanılan qadağa metodu ərazi aidiyyatının pozulması bəhanəsidir. Məhkəmələr MPM-in 35-ci maddəsinin , yəni iddianın cavabdehin olduğu yerin məhkəməsinə verilməsi tələbinin pozulduğunu əsas tutub iddianı geri qaytarırlar. Gerçəkdə belə halda işin aidiyyatı məhkəməyə göndərilməsi qanunvericilikdə doğrulanması bir yana, axı istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddialarda məhkəməni seçmək iddiaçıya məxsusdur. MPM-in 36.9 və 36.13-cü maddələrində belə yazılıb. Di gəl, məhkəmə hakimiyyəti prosessual qanunvericiliyi qeyri- prosessual sövdələşmədən aşağıda tutur.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 26-cı maddəsində yazılıb: “İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.” Bu qanun, bu prosessual məcəllə, bu da məhkəmənin qeyri-prosessual yanaşma metodu! Hətta istehlakçı hüquqlarının kassasiya müdafiəsinə də qadağa qoyulub. Halbuki MPM-in 402-ci maddəsi belə işlərdə kassasiya şikayəti verilə bilməsini doğrulayır. Di gəl, kommunal, xidmət qurumunun qeyri-prosessual basqısı altında bir çox hakimlər 3-5 manatı yüksək hakim adından, andından üstün tuturlar.

Rabitə, internet xidmətinin standarta uyğunsuzluğu, göstərilməyən xidmət adına şişirtmə haqq tələb edilməsi, istehlakçıların zorakı xidmətə məcbur edilərək xətlərinin kəsilməsi, balanslarının silinməsi adi hal alıb. Zorakı xidmətə baxın, xidmət qurumu qanunsuz, istehlakçıya əlverişli olmayan müqavilə şərti diqtə edir və razılaşmayanları, xidmətdən imtina edənləri cərimə ilə cəzalandırır. Halbuki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 14.2 maddəsinə görə, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşiddə mal almağa və xidmət göstərilməsinə məcbur etmək QADAĞAN EDİLİR. 16-cı maddədə isə yazılıb: “ Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə  istehlakçının hüquqlarını MƏHDUDLAŞDIRAN müqavilə şərtləri ETİBARSIZ sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir”. Vurulan zərərin ödənilməsi görəvi uyğun dövlət icra hakimiyyəti qurumlarının– Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi , İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin üzərinə qoyulsa da, bu agentliklər susmağa, ən yaxşı halda, hüquqpozucu xidmət qurumlarının qanunsuz cavablarını təkrar etməklə məşğuldurlar.

Bəs məhkəmə? Vurğuladığımız kimi, məhkəmə çeşidli bəhanələrlə iddianı geri qaytarmaqla, vətəndaşın, istehlakçının məhkəmə müdafiəsi hüququna qadağa qoymaqla istehlakçı hüquqlarını “qoruyur”. Mobil rabitə xidmətinin eyni gündə Qarabağ qazisinin istifadəsində olan dörd bağlı nömrəni zorakı xidmətə qoşub, toplam 90 manatı silməsi özbaşınalığından Xətai məhkəməsində qaldırılan iddianın “bəxtinə” də “geri qaytarılma” yazılıb”. Hakim Şəhriyar Əliyev elektron kabinetdən “elektron imza” ilə imzalanmış iddianı imzalanmadığı “əsası” ilə geri qaytarıb. (?)  Yəqin cavabdehin qeyri-prosessual sifarişi prosessual qanunvericilikdən, Konstitusiyadan elə səviyyədə üstün olub ki, məhkəmə elektron kabinetdən verilən sənədin “elektron imza” ilə imzalandığını “unudub”. İndi Məhkəmə Hüquq Şurası bu “unutqanlığa” qiymət verməyə borcludur.

Məğrur BƏDƏLSOY

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri