Icma.az
close
up
RU
Bekalinin bəxti gətirdi KÖŞƏ

Bekalinin bəxti gətirdi KÖŞƏ

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” “Şkendiya”nı hər iki oyunda məğlub etməklə Çempionlar Liqasının pley-offuna yüksəldi. Bununla da səviyyəsini bir daha ortaya qoymuş oldu. Mən hələ “Qarabağ” - “Şelburn” oyunundan sonra evə gedərkən yolda rəqibimizin “Şkendiya” olduğunu öyrənincə sevinmişdim. Mənimlə razılaşmayanlar var idi. Deyirdilər ki, “Şkendiya” FKSB ilə oyunlarda özünü yaxşı tərəfdən göstərib, “Qarabağ”ın işi çətin olacaq. Mən isə əmin idim. Bu əminlik məndə “Şelburn”la oyunları izləyəndən sonra yaranmışdı. Hə, bir də “Şkendiya”nı az-çox tanıyırdım. Heç kimin xətrinə dəymək istəmirəm. Əminliklə deyirdim ki, “Şkendiya” “Sumqayıt”la “Neftçi”yə rəqib olub, başağrısı verə bilər, “Qarabağ”a isə yox. Zaman və “Qarabağ” məni haqlı çıxardı.

Bəlli məsələdi ki, Qurban Qurbanov da Şimali Makedoniya çempionuna ehtiyatla yanaşırdı. Bu münasibəti yaradan təkcə “Şkendiya”nın FKSB ilə oyunlarda özünü necə göstərməsi deyil. Hərgah Rumıniya kimi futbol ənənələri və istedadları ilə öyünən bir ölkənin çempionunu sıradan çıxarmaq, onu iki oyunda üstələmək sıradan hadisə deyildi. “Şkendiya” bunu bacarmışdı. Bu öz yerində. Qurban Qurbanovun bütün rəqiblərə hörmətlə və ehtiyatla yanaşmağa çalışması, futbolçularını arxayınlaşdırmaq istəməməsi də öz yerində. İllərdi buna vərdiş etmişik. Qurban bəy öz işini görər, komandasını istənilən rəqiblə oyuna məsuliyyətlə hazırlayar. Fərq etməz bu rəqib “Arsenal”dı, yoxsa “Roma” və ya “Şkendiya”. Rəqibdisə, ona qarşı maksimum diqqətlə hazırlaşmalı, ehtiyatı əldən verməməlisən. “Qarabağ”ın uğurlarında həlledici məqamlardan biri də budu.
“Şkendiya”nı yoldan kənarlaşdırmağımızda Qurban bəyin belə yanaşması böyük rol oynadı. Bəli, səfərdəki oyunun taleyini penaltidən vurduğumuz qol həll etmişdi. Rəqibin bir necə dəfə fərqlənmək fürsəti qazanması da yadımızdadı. Amma “Qarabağ”ın da yaxşı fürsətləri oldu. Həlledici məqamlarda gah Zubirin ayağı büdrədi, gah da Nəriman dəqiq oynamadı. Minimal hesablı qələbə ilə yekunlaşan oyunda belə səviyyə fərqi hiss olunurdu. Bir çox nüans var idi ki, “Qarabağ”ın “Şkendiya”dan daha yaxşı komanda olduğunu göstərirdi. Qalırdı bu üstünlüyü hesabda əks etdirmək, Bakıda “Şkendiya”nın işini bitirmək. Sevindirici haldı ki, bunu da bacardıq. Özü də artıqlamasıyla.
Rəhmətlik Böyükağa Hacıyevin sevə-sevə işlətdiyi bir məsəl var idi: “arının yuvasına çöp soxmaq”. Bax, “Şkendiya” da Bakıda “Qarabağ”a qarşı bu səhvi buraxdı. Bunu “Qarabağ”ın təcrübəli müdafiəçisi Medina da etiraf edib: “Buraxılan qolun komandamızı qəzəbləndirməsi mümkündü. Hərdən belə şeylər ümumi işin xeyrinə olur”. “Şkendiya”nın qolundan cəmi 8 dəqiqə sonra “Qarabağ” rəqib üçün qorxunc ssenarini həyata keçirməyə başlamışdı, hesabda 2:1 öndə idi. Ehtiyatı çoxdan əldən verən rəqib fasiləyə qədər qapısında daha iki qol gördü və darmadağın qaçılmaz oldu.
Şəxsi qənaətimdi ki, “Şkendiya” oyuna daha ehtiyatla başlayıb, “Qarabağ”ı erkən qolla həm şoka salıb, həm də ayıltmasaydı, durum makedoniyalılar üçün bu qədər acınacaqlı olmayacaqdı. Bəlkə də Bakıdan şərəfli heç-heçə, yaxud da minimal hesablı yenilgi ilə dönə bilərdilər. Onlar özləri öz qətllərinə fərman verdilər. Bu yerdə yadıma FKSB-nin sahibi Cici Bekali düşdü. O Bekali ki, arxı keçmədən “hopp” demişdi, “Qarabağ”ı hesabdan silməyə tələsmişdi. Halbuki onun komandası heç “Şkendiya”nı üstələməyi bacarmadı. Bekali “Qarabağ”ın onun komandasından səviyyəcə aşağı olduğunu deməklə “quş buraxmışdı”. Təsəvvür edirəm ki, FKSB “Şkendiya”dan güclü olub, Bakıya gəlsəydi, “Qarabağ” onun komandasının başına hansı oyunu açacaqdı. Ona görə də deyirəm ki, Bekalinin bəxti gətirdi, vaxtında aradan çıxdılar. Yoxsa tarixlərinin ən acı məğlubiyyətlərindən birini Bakıda yaşayacaqdılar. Getsinlər, əllərini göyə qaldırsınlar, lap elə xaç çevirib, tanrıya minnətdarlıq etsinlər. “Şkendiya” onları “Qarabağ”ın əlindən aldı.
AMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Avqust 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri