Xəyal Əliyev və Şahin Şahniyarovun peşəkarlığı arxa cəbhənin qəhrəmanları
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünən futbolumuz üçün ikiqat əlamətdar olub. Çünki əsas millimizlə yanaşı, U-21 yığmamız da xal qazanıb. Könül qələbələr istəyir, amma futbolumuzun düşdüyü durumu nəzərə alsaq, heç-heçələrə də sevinmək məcburiyyətində qalmışıq.
Bir neçə gün əvvəl səfərdə Portuqaliyaya iri hesabla məğlub olan U-21 millimiz Bolqarıstanı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesabı ilə sona çatıb. Əsas millimizin oyununda olduğu kimi, gənclərimiz də döyüşkən xarakter nümayiş etdirib.
Bolqarıstanla oyun ərəfəsində Xəyal Əliyev və Şahin Şahniyarovun əsas millidən U-21-ə göndərilməsi müəyyən narahatlıqlar yaratmışdı. Bu futbolçuların ruhdan düşməsi, U-21 millisinin oyununa köklənə bilməməsi ehtimalı var idi.
Amma dünən bunun tam əksini gördük. Xəyal da, Şahin də meydanda ən yaxşılardan idi. Şahniyarov döyüşkənliyi ilə seçilirdisə, Xəyal "klass göstərdi". Yer aldığı cinahda rəqibləri pərən-pərən salan Əliyev oyunuyla göz oxşadı.
Çox sağ ol, Xəyal. Çox sağ ol, Şahin. İstəyir əsas milli olsun, istəyir U-21. Azərbaycanın adı olan hər şey bizə aiddir, hamısının yükünü daşımaq biz azərbaycanlıların üzərinə düşür. U-21 yığmamızın bütün üzvləri, təşəkkür!!!
Emin Abbasov
saytlarin hazirlanmasi Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:115
Baxış sayı:115 Bu xəbər 10 Sentyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 10 Sentyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















