Icma.az
close
up
RU
Kimyagər romanı ekranlaşdırılacaq

Kimyagər romanı ekranlaşdırılacaq

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İngiltərəli kinorejissor Filip Barantini XX əsr Latın Amerikası ədəbiyyatının böyük yazıçılarından biri hesab olunan yazıçı və şair, pritça ustası, publisist 77 yaşlı Paulo Koelyonun məşhur "Kimyagər" romanını ekranlaşdırmağa hazırlaşır. O, bu əsər əsasında çəkiləcək filmin rejissoru olmaqla bərabər, həm də yaradıcı heyətə rəhbərlik edəcək.
Reyting.az
"Variety" nəşrinə istinadla bildirir ki, artıq filmin ssenari müəllifi də məlumdur. Yaxın gələcəkdə lentə alınacağı gözlənilən yeni filmin ssenarisini Cek Torn yazacaq.
F. Barantini "Kimyagər" romanının motivləri əsasında çəkilməsi nəzərdə tutulan filmə rejissorluq etmək üçün apardığı danışıqların müsbət nəticələndiyini bildirib. Rejissor hazırda məşhur braziliyalı yazıçının kitabının film adaptasiyasını yaratmaq üçün son mərhələdə olduğunu söyləyib.
"Variety" nəşri yazır ki, bu yeni, böyük layihə "Legendary Studios" , həmçinin "Sony" və "Palmstar" şirkətləri tərəfindən istehsal olunacaq.
Yeni filmin istehsal tarixi hələlik məlum deyil. Ancaq nəşrin məlumatında qeyd olunur ki, əgər bütün yaradıcı qrup filmin adaptasiyasının yaradılması ilə əlaqədar yekun razılığa gəlsələr, o zaman gələn il çəkilişlərə başlanılacaq. F. Barantinin rejissorluq təklifi yekdilliklə qəbul edilsə, o, dərhal sonra "Kimyagər" üzərində işə başlayacaq.
Qeyd edək ki, P. Koelyonun "Kimyagər" romanı 1988-ci ildə nəşr olunub və dünyada ən çox satılan kitablardan birinə çevrilib. Bu romanın tirajı 150 milyon nüsxəni keçib və Ginnesin Rekordlar Kitabına ən çox tərcümə olunan kitab kimi düşüb. Roman gənc Santyaqonun xəzinə axtarmaq üçün səfərə çıxmasından, nəticədə isə özü və dünya haqqında daha da dərin həqiqətləri kəşfindən bəhs edir.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri