Icma.az
close
up
RU
“Xəzər asayişi” Alyansı

“Xəzər asayişi” Alyansı

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Xəqani CƏFƏRLİ
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəninin çöküşünü sürətləndirdi. Dünya düzənin dağılması Şərqi Avropadan Mərkəzi Asiyaya, Qafqazdan Yaxın Şərqə kimi geniş çoğrafiyada yerləşən bütün dövlətlər üçün ciddi təhdidlər yaradıb. Təhlükəsizlik məsələsinin önə çıxdığı indiki zamanda hətta NATO-ya üzv ölkələr də regional təhlükəsizlik alyansları qurmağa çalışırlar.

İsrail hökumətinin bu ilin martında gündəmə gətirdiyi ABŞ-Azərbaycan-İsrail üçtərəfli strateji müttəfiqlik təşəbbüsü Şərqi Avropadan Mərkəzi Asiyaya, Qafqazdan Yaxın Şərqə kimi çox geniş bir çoğrafiyada sülh, sabitlik və rifahı təmin edəcək alyansın təməli ola bilər.
Tarixin ən amansız dövlərindən birində, ərəb istilalarının Yaxın Şərqdən Avropaya və Mərkəzi Asiyaya kimi geniş bir çoğrafiyanı yandırıb külə çevirdiyi bir zamanda bu məkanda təhlükəsizliyi və ticarəti təmin edən, buna görə də VIII-IX yüzilliklərin Şərqi Avropa tarixində “Xəzər asayişi” dövrü adlandırılan Xəzər Xaqanlığı Azərbaycan xalqının etnogenezinin formalaşmasında mühüm rol oynamış xəzərlərin və iudaizmin ortaq tarixi irsidir. Bu şərəfli tarixi irsin Azərbaycan və yəhudi xalqları tərəfindən qorunması Azərbaycanın “birgəyaşayış ölkəsi” olmasını təmin edir. Təsadüfi deyil ki, Azərbaycana səfər edən araşdırmaçılar ölkmizdə yəhudi və müsəlmanların harmoniya içərisində yaşadığını müşahidə etdikdən sonra Azərbaycanı “birgəyaşayış ölkəsi” adlandırıblar.
Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulduğu 28 fevral 1992-ci ildən bu günə inkişaf edən münasibətlər iki ölkəni strateji tərəfdaşa çevirib. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-nın ən böyük ticarət tərəfdaşıdır.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu iki ölkə arasındakı münasibətləri yeni mərhələyə keçirib.

Tarixi “Xəzər asayişi” irsi, Azərbaycan və yəhudi xalqının birgəyaşayış mədəniyyətini bu günümüzədək qoruyub saxlaması və ortaq maraqların qorunması zərurəti ABŞ, Azərbaycan və İsrail arasında hərbi-siyasi alyansının yaranmasını zəruri edir.
“Xəzər asayişi” Alyansı (“Caspian security” Alliance) adlandırıla biləcək ABŞ-Azərbaycan-İsrail hərbi-siyasi ittifaqı ABŞ-nın rəhbərlik etdiyi dünya nizamını sarsıtmağa yönəlmiş Çin, Rusiya, İran və Şimali Koreyanı birləşdirən şər oxunun (CRINK) öz təsirini Avrasiyanın dörd bir yanına yaymaq siyasətinə qarşı ən effektli güc ola bilər.
“Xəzər asayişi” Alyansı CRINK-a qarşı effektli sədd olduğu kimi, Yaxın Şərqdə yüksələn radikal islamçı cəryanların doğurduğu və bundan sonra doğurması gözlənilən təhlükələrin qarşısını ala biləcək möhtəşəm Alyans ola bilər. “Xəzər asayişi” Alyansının bölgədə sülh, sabitlik və rifahın təminatçısı olaraq yeni dünya düzənin pozitiv istiqamətdə formalaşmasına yön verməsi mümkündür. Dünya düzənin pozitiv istiqamətdə formalaşması isə “Xəzər asayişi” Alyansında birləşəcək hər üç dövlətin həyati əhəmiyyətli maraqlarının təmin edilməsi üçün çox böyük imkanlar yaradacağına şübhə ola bilməz.
“Xəzər asayişi” Alyansı Xəzər hövzəsinin sərvətlərini bölgə xalqlarının maraqlarına xidmət edəcək şəkildə birgə istifadəsini təmin edə bilər. Hazırda Rusiya və Çin arasında sıxışıb qalmış Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan) “Xəzər asayişi” Alyansının simasında güclü tərəfdaş qazanaraq malik olduqları zənginlikləri Moskva və Pekindən asılı olmadan hasil və ixrac etmək imkanı qazanarlar. Hazırda Mərkəzi Asiya respublikaları Rusiya və Çinin birgə təzyiqlərinə məruz qalmamaq üçün Qərb dövlətləri ilə çox yaxın münasibətlər yaratmaqdan çəkinirlər. Moskvanın təhlükəsizlik qayğılarının nəzərə alınmasında israr edən Çin bununla Mərkəzi Asiya ölkələrinin suverinliyini məhdudlaşdıraraq Qərblə əməkdaşlığı genişləndirməyin qarşısını alır. Çin və Rusiyanın birgə təzyiqləri qarşısında istinada çevriləcək güc mərkəzi olmadığı üçün Mərkəzi Asiya respublikaları suverinliklərinin məhdudlaşdırmasına boyun əyməkdən, Moskva və Pekinin təsir dairəsində qalmağa razılaşmaqdan başqa yol görmürlər.
“Xəzər asayişi” Alyansı Mərkəzi Asiya respublikalarının Çin və Rusiya təzyiqnə qarşı dayana bilmələri üçün istinad ediləcək güc ola bilər. Bu isə Amerika sərmayəsi üçün zəngin sərvətlərə malik Mərkəzi Asiyada əlverişli imkanlar yaradar. ABŞ-nın Mərkəzi Asiya respublikaları ilə C5+1 formatı genişlənərək C5+3 formatında dayanaqlı əməkdaşlıq platformasına çevrilə bilər. Belə bir əməkdaşlıq Çinin nadir torpaq metalları üzərindəki inhisarçılığını da aradan qaldırar.
Son zamanlar Çinin nadir torpaq metallarından iqtisadi silah kimi istifadə etdiyi açıq müşahidə olunur. Mərkəzi Asiya respublikalarının zənginliklərinin birgə istifadəsi Çinin nadir torpaq metallarını iqtisadi silaha çevirən siyasətinin iflasına səbəb ola bilər. Bu isə Qərb ölkələrinin, ilk növbədə ABŞ iqtisadiyyatının Çindən asılılığını ortadan qaldıra və yaxud minimum səviyyəyə salar. Mərkəzi Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına çıxarılması Avropa ölkələrinin Rusiya və ərəb ölkələrindən enerji asılılığını kəskin azaldarcaqdır. Buna görə də “Xəzər asayişi” Alyansının yaradılması Avropa ölkələrinin də maraqlarına uyğundur.
Mərkəzi Asiya respublikaları və Azərbaycan üçün ən böyük təhlükələrdən biri, bəlkə də birincisi Xəzər dənizindən Balxaş gölünə qədər bütün əsas su hövzələrinin qurumasının nəticəsi olan geniş bir çoğrafiyanın səhralaşmasıdır. Bu ekoloji böhran Xəzər dənizinin hər iki sahilində, eləcə də bütün Mərkəzi Asiyada yaşayan milyonlarla insanın yaşam şərtlərini təhdid edir. Yaranmış və dərinləşməkdə olan ekoloji böhranın birinci səbəbi Volqa çayından Xəzərə su axınının azalmasıdır. Qazaxıstanın vəziyyətdən çıxış yolu kimi, ilk olaraq Volqa çayından Xəzər dənizinə minimum su axınını təmin etməsi üçün Rusiyanın öhdəlik götürməsi ilə bağlı təklifini Moskva rədd edir. Su qıtlığının bir çox ölkələrin əsas probleminə çevrilməsi yaxın gələcəkdə su mənbələri uğrunda müharibələri qaçılmaz edəcək. Azərbaycan və Mərkəzi Asiya respublikaları bu problemi həll etmək gücündə deyillər. Xəzərətrafı ölkələri, ilk növbədə Azərbaycan, Qazaxıstan və Türkmənistanı təhdid edən su qıtlığını yalnız “Xəzər asayişi” Alyansının dəstəyi ilə həll etmək mümkündür.
İsrail hökumətinin bu ilin mart ayında gündəmə gətirdiyi və təşviq etdiyi ABŞ-Azərbaycan-İsrail üçtərəfli strateji müttəfiqlik təşəbbüsünün Ermənistanla Azərbaycan arasında sülh prosesinə güclü təkan verməsi, Zəngəzur dəhlizi ətrafında gedən rəqabətin ortadan qalxmasına səbəb olması sübut edir ki üç dövlətin birgə əməkdaşlığı dərhal fayda verir. Əgər bu əməkdaşlıq hərbi-siyasi alyansa çevrilərsə, o zaman “Xəzər asayişi” Alyansının Şərqi Avropadan Mərkəzi Asiyaya, Qafqazdan Yaxın Şərqə kimi geniş çoğrafiyada sülhü, sabitliyi və rifahı təmin edəcəyinə şübhə olmamalıdır.
Azərbaycan dövlətinin təhlükəsizliyini, Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarının gerçəkləşməsini təmin edəcək hərbi-siyasi ittifaqın - “Xəzər asayişi” Alyansının yaradılmasının vaxtı çatıb.
P.S. “Xəzər asayişi” Alyansının zəruriliyini və prespektivini əsaslandıran konsepsiya hazır olan kimi ABŞ və Azərbaycanın dövlət başçılarına və İsrailin baş nazirinə göndərəcəyəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri