Icma.az
close
up
RU
Xəzər Dəniz Gəmiçiliyinin 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

Xəzər Dəniz Gəmiçiliyinin 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 31 dekabr 2024-cü il tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatında istiqrazlarla bağlı mühüm məqamlar açıqlanıb.

Oxu.Az maliyyə hesabatına istinadən xəbər verir ki, 12 mart 2024-cü il tarixində QSC Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, ümumi nəzarətdə olan müəssisə tərəfindən buraxılmış 158 milyon manat dəyərində istiqrazlar əldə edib. İlkin tanınma zamanı istiqrazlar ədalətli dəyərlə uçota alınıb və ədalətli dəyərlə balans dəyəri arasındakı 55 milyon 583 min manat məbləğində fərq əməliyyatın ümumi nəzarətdə olan müəssisə ilə və hökumətin göstərişi əsasında həyata keçirilməsi səbəbindən birbaşa kapitalda tanınıb.

İstiqrazların ədalətli dəyərinin müəyyən edilməsi zamanı emitentin maliyyə əmsalları və likvidliyi nəzərə alınmaqla ehtimal olunan CCC+ kredit reytinqi əsas götürülüb və bazar gəlirliliyi 17.01 faiz səviyyəsində qiymətləndirilib. Hesablamada istifadə edilən diskont dərəcəsi (gələcəkdə əldə olunacaq pul vəsaitlərinin bugünkü dəyərini hesablamaq üçün istifadə olunan faiz dərəcəsi) rəhbərliyin təxminindən 1 faiz yüksək və ya aşağı olsaydı, istiqrazların ədalətli dəyəri müvafiq olaraq 2 milyon 926 min manat azalacaq və ya 3 milyon 44 min manat artacaqdı.

Hesabat tarixinə QSC rəhbərliyi istiqrazların ilkin tanınma tarixindən etibarən kredit riskində əhəmiyyətli artımın olub-olmadığını qiymətləndirib. Müqavilə üzrə ödənişlərdə gecikmələr və emitentin maliyyə göstəricilərinin davamlı pisləşməsi nəzərə alınaraq, istiqrazlar kredit üzrə dəyərsizləşmiş aktiv kimi qiymətləndirilib və 3-cü mərhələyə (iqtisadi ədəbiyyatda defolt mərhələsi kimi xarakterizə olunur) keçirilib.

Nəticədə, "GKZ Moody`s"in illik defolt araşdırmasına əsasən, emitent üçün 100 faiz defolt ehtimalı qəbul olunub. Defolt halında zərər göstəricisi nəzərə alınmaqla hesablanan 69 milyon 623 min manat məbləğində dəyərsizləşmə zərəri, ümumi nəzarətdə olan müəssisələr arasında aparılan əməliyyatlara uyğun olaraq, birbaşa kapitalda tanınıb.

Hesabatda 158 milyon manat dəyərində istiqrazı alınan müəssisənin adına aydınlıq gətirilməyib.

Elmidar Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri