Icma.az
close
up
RU
Xəzər dənizi içməli su mənbəyinə çevrilir? AÇIQLAMA

Xəzər dənizi içməli su mənbəyinə çevrilir? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Dəniz suyunun təmizlənərək istifadəsi yeni bir üsul deyil. Bu metod artıq dünyanın bir çox ölkəsində geniş şəkildə tətbiq olunur. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail kimi ölkələrdə, eləcə də Yaponiya və Avstraliyada bu texnologiyadan uzun illərdir istifadə edilir. Səbəb də sadədir ki, bu ölkələrdə şirin su ehtiyatları məhduddur və dəniz suyunun təmizlənməsi əsas prioritetə çevrilib".
Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
O, bildirib ki, dəniz suyunun içməli suya çevrilməsi adi çay suyunun təmizlənməsindən xeyli fərqlidir və daha mürəkkəb texnoloji proses tələb edir:
"Bunun üçün xüsusi zavodlar, boru xətləri, nasoslar, filtrlər və membran sistemləri qurulur. Dənizdən götürülən su əvvəlcə iri tullantılardan, qum, yosun və digər fiziki çirklərdən təmizlənir. Bu mərhələdə iri ölçülü filtrlər istifadə olunur. Sonrakı mərhələlərdə isə su daha incə filtrlərdən və membranlardan keçirilir. Burada artıq nanoölçülü filtrasiya tətbiq olunur və suda həll olunmuş duzlar, metallar və digər maddələr ayrılır. Məsələn, Xəzər dənizində duzluluq təxminən 1–1,3 faiz, okeanlarda isə 4–4,5 faiz civarındadır. Bundan əlavə, dəniz suyunda natrium, maqnezium, kalsium kimi metallar, eləcə də kimyəvi və bioloji maddələr mövcuddur və bunların hamısı filtrasiya və kimyəvi emal yolu ilə sudan çıxarılır". 
Ekoloq bildirib ki, nəticədə demək olar ki, tam təmiz, minerallardan məhrum su alınır:
"Lakin insan orqanizmi üçün bəzi minerallar vacib olduğundan, son mərhələdə su yenidən minerallaşdırılır və bundan sonra içməli su kimi istifadəyə verilir. Bu sistem Yaponiyada, İsraildə, Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, Avstraliyada və bir çox digər ölkələrdə uğurla tətbiq olunur və su təminatının əsas mənbələrindən biridir". 
Onun sözlərinə görə, Azərbaycan şəraitində belə zavodların qurulması yüksək texnoloji təminat tələb edir:
"Filtrlər və membranlar duz və digər maddələrlə tez tutulduğuna görə tez-tez dəyişdirilməlidir. Bu isə daimi texniki xidmət və əlavə xərclər deməkdir. Böyük həcmli zavodlar qurulduqda bir ton suyun maya dəyəri o qədər də yüksək olmur. Lakin kiçik həcmli sistemlər üçün bu, daha baha başa gəlir. Belə layihələr iri investisiyalar, davamlı texniki xidmət və fasiləsiz nəzarət tələb edir. Buna görə də dəniz suyunun təmizlənməsi effektiv olsa da, ciddi maliyyə və texnoloji resurslar tələb edən bir prosesdir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Yanvar 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri