Icma.az
close
up
RU
Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlərin iqtisadi əlaqələrini gücləndirəcək ŞƏRH

Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlərin iqtisadi əlaqələrini gücləndirəcək ŞƏRH

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə bildirib ki, Xəzəryanı ölkələri öz ətrafında birləşdirən Xəzər İqtisadi Forumu nəqliyyat, tranzit, ticarət, bank sahələrində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi üçün Azərbaycana əlavə fürsətlər yaradır. Rusiya və Qazaxıstanla MDB, Qazaxıstan və Türkmənistanla Türk Dövlətləri Təşkilatı (TDT), İran ilə D-8 çərçivəsində əməkdaşlığı Azərbaycanı Xəzər İqtisadi Forumunda şaxəli diplomatik əlaqələrə malik ölkə kimi xarakterizə edir. Bu baxımdan, Xəzər İqtisadi Forumunda Azərbaycanın iqtisadi diplomatik gücünü daha effektiv və təsirli hesab etmək olar.
Nicat Hacızadənin sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşları arasında yer alan Xəzəryanı ölkələrlə qeyri-resurs mənşəli xarici ticarət əlaqələrinin dinamikası son illər artmaqdadır.
“Ölkəmizin regionda əsas nəqliyyat qovşağına çevrilməsi, qərb bazarlarına çıxış üçün alternativ və unikal dəhliz funksiyalarını yerinə yetirməsi Xəzər İqtisadi Forumunda Azərbaycanın mövqeyini göcləndirir. Digər tərəfdən, bir sıra regionlarda geosiyasi və iqtisadi şəraitin dəyişməsi fonunda Azərbaycan Xəzəryanı ölkələr arasında investisiya mühitinə və yeni istehsal müəssisələrinin yaradılması imkanlarına görə digər respublikalardan fərqlənir”, - deyə şöbə müdiri əlavə edib.

İİTKM-in şöbə müdiri diqqətə çatdırıb ki, 2024-cü ilin doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatına Xəzəryanı ölkələr tərəfindən 400 milyon dollara yaxın birbaşa xarici investisiya qoyuluşu həyata keçirilib: “Bu göstərici ümumi xarici sərmayə axınının təxminən 10 faizə yaxın hissəsinə bərabərdir. Şübhəsiz, son 10 ildə Xəzəryanı ölkələrin müəyyən hissəsinin iqtisadi dalğalanmalara məruz qalması inflyasiya və investisiya göstəricilərinə təsir göstərib. Bu baxımdan, Xəzər İqtisadi Forumu qarşılıqlı investisiya mübadiləsinin artırılması baxımından əhəmiyyətli platforma hesab edilə bilər”.
Forumda çıxış edən Baş nazir Əli Əsədov Xəzərin dayazlaşması problemi, nəqliyyat dəhlizləri və regionda təhlükəsizlik məsələlərindən danışıb. O, Xəzəryanı ölkələr arasında xarici ticarət əlaqələrinin perspektivinə də toxunub. Belə ki, 2024-cü ildə Azərbaycanla Xəzəryanı ölkələr arasında xarici ticarət dövriyyəsi 2023-cü ilə nəzərən 6,2 faiz artaraq 6,3 milyard dollar təşkil edib. Bu göstərici ümumi ticarət dövriyyəsinin 13,2 faizini təşkil edir. Bundan əlavə, Azərbaycanın Xəzəryanı ölkələrə ixrac dövriyyəsi 1 faiz artaraq 1,4 milyard dollar təşkil edib.
Nicat Hacızadə əlavə edib ki, Xəzər İqtisadi Forumunda “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizlərində Azərbaycanın rolu xüsusi vurğulanıb. Bildirilib ki, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır. Bu dəhlizlər Azərbaycanın regional logistika qovşağı kimi əhəmiyyətini də artıraraq, ölkəmizin təkrar ixrac rolunu da artıra bilər.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Fevral 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri