Icma.az
close
up
RU
“Xəzər TV” və “M Group Production” rəhbərliyindən ŞİKAYƏT: “Dövlət qurumunun qərarını heçə sayırlar, pulumuzu qaytarmırlar” KONKRET

“Xəzər TV” və “M Group Production” rəhbərliyindən ŞİKAYƏT: “Dövlət qurumunun qərarını heçə sayırlar, pulumuzu qaytarmırlar” KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“KANQ MEDİA PRODUCTİON” MMC-nin rəhbəri “Xəzər TV” və “M Group Production” MMC-dən şikayət edir.

Bu barədə adıçəkilən prodakşının rəhbəri KONKRET.az-ın redaksiyasına ünvanladığı şikayət məktubunda deyib.

Şirkət rəhbərinin sözlərinə görə, 2021-ci ilin 12 yanvar tarixində təsisçisi və direktoru olduğu “KANQ MEDİA PRODUCTİON” MMC ilə “M Group Production” arasında serial çəkilişinə dair müqavilə imzalanıb. Beləcə şirkət rəhbəri öz komandası ilə “Xəzər TV”nin sifarişi ilə “Zeynəb” teleserialının istehsalına başlayıb. Prodakşın rəhbəri bildirib ki, “M Group Production” MMC ilə müqavilə bağlanmazdan öncə eyni serialın çəkilişinə görə Xəzər TV ilə müqavilə imzalanıb. Lakin sonra televiziyanın rəhbər vəzifədə çalışan əməkdaşlarından biri Xəzər TV-nin büdcəsində maliyyə azlığını əsas gətirərək müqaviləyə xitam verməyi və “M Group Production”la yeni müqavilə imzalamağı təklif edib:

“Bütün şərtlər eyni qalmaq şərtilə müqavilə imzaladıq. Beləliklə, 1 bölümü 2000 AZN olmaqla serialın sifarişi olundu və biz çəkilişlərə start verdik. İlk 17 bölüm təhvil verildikdən sonra kanal iki dəfə 8 min, bir dəfə isə 4 min manat olmaqla ümumilikdə 20 min AZN vəsaiti “KANQ MEDİA PRODUCTİON” MMC-nin bank hesabına köçürdü. Biz çəkilişlərə davam etdik və köçürülən vəsait tam olaraq serialın istehsalının bir hissəsinə xərcləndi. Artıq yenə çəkilişlərin və montaj prosesinin dayanmaması üçün qalan vəsaitin köçürülməsinə ehtiyac yarandı. Bunu Xəzər TV-yə bildirdikdə kanal müxtəlif bəhanələrlə ödənişi etməkdən yayınırdı. Qeyd edim ki, müqavilə “M Group Production”la bağlansa da, bütün işgüzar danışıqlar Xəzər TV-nin rəsmi ofis binasına və Xəzər TV-nin əməkdaşlarıyla aparılırdı. Və sonda kanal mənə “Qalan bölümlərin hamısını çək təhvil ver, ondam sonra bütün pulları ödəyəcəyik” dedi. Mən isə bir az borca girib, kredit götürüb çəkilişləri sona çatdırdım. Və bölümləri montaj edib kanala təhvil verməyə başladım. Qeyd edim ki, tapdığım pul yalnız çəkiliş heyətinin yemək, nəqliyyat və montaj prosesinə çatırdı. Aktyorlar, texnika və texniki heyətin heç birinin hələ də ödənişlərini edə bilməmişəm. Bütün bölümləri təhvil verəndən sonra kanalın “OTK” adlandırılan şöbəsi serialın bölümlərinin normal olduğunu, yalnız xırda texniki düzəlişlərdən sonra tam efirə buraxılacağını bildirdi. Biz düzəlişləri edib yenidən bölümləri təqdim etdikdə isə kanal rəhbərliyi artıq serialdan imtina etdiyini açıqladı. Səbəb kimi isə çəkiliş və montajın keyfiyyətsiz olduğunu göstərdilər. Burda sual yaranır: Əgər biz serialı keyfiyyətsiz çəkmişdiksə, niyə 10 bölümün ödənişini, yəni 20 min AZN-i köçürüblər? Üstəlik, 17 bölüm bizdən təhvil alıblar. Və əgər belə bir məsələ var idisə, niyə bizə “Serialı tam şəkildə çəkin gətirin, qalan pulu ödəyək” deyirdilər? Mən dəfələrlə kanal rəhbərliyinə çəkiliş heyətinin pulunu vermədiyimi, 32 nəfərə yaxın insanın əziyyət çəkdiyini, onların zəhmət haqqlarını almalı olduqlarını bildirdim. Ancaq onlar pulu ödəmək əvəzinə, öz fikirlərində qaldılar və üstəlik köçürdükləri 20000 AZN ödənişi də məndən geri istədilər”.

Şikayətçi əlavə edib ki, belə olan halda məcbur qalaraq məsələni məhkəmə yolu ilə həll etmək qərarına gəlib:

“Ölkəmizin məhkəmə-hüquq sisteminə güvəndim və Bakı Kommersiya Məhkəməsinə vəkilim Şahin Rəfiyev vasitəsilə “M Group Production” MMC-dən hüquqi şəxs olaraq “KANQ MEDİA PRİDUCTİON” adından şikayət verdim. Onlar da eyni vaxtda mənim şirkətimdən məhkəməyə şikayət verdilər və ödədikləri 20000 AZN-i məhkəmə vasitəsilə yenidən məndən istədilər. Şikayətimə tam ədalətli şəkildə baxıldı və mən qalib gəldim. Məhkəmə şikayətimi tam olmasa da, qismən təmin etdi və Xəzər TV-nin mənə borclu qaldığı məbləğin bir hissəsinin ödənilməsi barədə qərar çıxardı. Bu məbləğ isə yalnız serialın bütün istehsal xərclərini ödəməyə kifayət edə bilər və mənim heç bir gəlirim olmur. Buna baxmayaraq mən yenə də qərardan apelyasiya şikayəti vermədim və razı oldum. Ancaq “M Group Production” qərardan Apelyasiya şikayəti verdi. İşə Bakı Apelyasiya Məhkəməsində yenidən baxıldı. Və yenə də ədalətli qərar verildi. Belə ki, Bakı Kommersiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Ardınca “M Group Production” qərardan yenə narazı qalaraq Ali Məhkəməyə şikayət verdi. Ali Məhkəmə isə Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək, işə natamam baxıldığını əsas gətirdi və serialın keyfiyyətinin xüsusi ekspertlər tərəfindən yoxlanılmasını tələb etdi. Bakı Apelyasiya Məhkəməsində işə yenidən baxıldı və serialın keyfiyyətinin yoxlanılması üçün Mədəniyyət Nazirliyinin tabeliyində olan Kino Agentliyindən və Azərbaycan Kinomatoqrafçılar İttifaqından müvafiq ekspertlər təyin edildi. Hər iki ekspert serialın tam keyfiyyətlə çəkildiyini və aradan qaldırılması mümkün olan çox az və xırda qüsurların varlığı haqqında rəy verdi. Verilən rəylərə əsasən Bakı Apelyasiya məhkəməsi növbəti dəfə “M Group Production”ın apelyasiya şikayətini ləğv edərək, Bakı Kommersiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Beləliklə, mən ardıcıl olaraq 3 məhkəmədə qalib gəldim. Bundan sonra biz qarşı tərəfin daha Ali Məhkəməyə şikayət verməyəcəyini və pulumuzu ödəyəcəyini düşünürdük. Lakin “M Group Production” (bilavasitə Xəzər TV) serialda işləyən bütün kollektivin halalca haqqı olan pulu ödəməmək üçün növbəti dəfə qərardan Ali Məhkəməyə şikayət verdi. Mən yenə də qanunun aliliyinə və məhkəmənin ədalətinə güvənirəm. Ancaq mən artıq 4 ildir ki, məhkəmələri gəzməkdən yoruldum. Odur ki, media vasitəsilə “Xəzər TV” və “M Group Production”dan haqqımız olan pulu istəyirəm. Onların sonuncu şikayəti artıq dövlət qurumu olan Azərbaycan Kino Agentliyinin qərarını heçə saymaqdır. Bu da elə Dövlət qurumuna qarşı çıxmaq deməkdir. Onsuzda məhkəmə qərarı bizə borclu olduqları məbləğin hamısını təmin etməyib. Heç olmasa təyin olunan məbləği qaytarsınlar”.

Məsələ ilə bağlı Xəzər TV-nin İctimaiyyətlə əlaqələr şöbəsinə bir həftə boyunca sorğu ünvanladıq və zəng etdik. Telefonumuza cavab verən Vüsalə adlı xanım sorğumuzun müvafiq şöbəyə yönləndirildiyini bildirdi və cavab veriləcəyini dedi. Lakin üzərindən bir həftə vaxt keçməsinə baxmayaraq nə sorğuya cavab gəldi, nə də müvafiq şöbədən bizə zəng edən oldu. Sonradan isə zənglərimizə ümumiyyətlə cavab verən olmadı. Ümid edirik ki, “Xəzər TV” və “M Group Production” rəhbərliyi səslənən fikirlərlə bağlı mövqe sərgiləyəcək və problem tezliklə öz müsbət həllini tapacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri