Icma.az
close
up
RU
“Xəzərdə suyun dayazlaşması fəlakətin başlanğıcı ola bilər” Ekoloq

“Xəzərdə suyun dayazlaşması fəlakətin başlanğıcı ola bilər” Ekoloq

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Xəzər dənizində dayazlaşma problemi keçən əsrdən baş verməyə başlayıb. Ən çox səviyyə -29 metrəyə qədər enib. Bu rekord azalma 1977-ci ildə baş verib. Dayazlaşmanın müxtəlif səbəbləri var. Sudan istifadə, buxarlaşma, çayların səviyyəsinin azalması əsas səbəblərdəndir. Xəzərin su təminatının 80%-ni Volqa çayı təmin edir. Volqa çayı 8000 kub metr saniyə sürətlə axan böyük çaydır. Kürlə müqayisə etsək, olduqca böyükdür. Həmin çayda suyun azalması Xəzərə ciddi təsir göstərir. İqlim dəyişikliyi də dayazlaşmaya zəmin yaradır. Atlantik Okeanda olan dəniz dalğaları Volqanın şimal hissəsində suyun azalmasına səbəb olur. Hava axınları Volqa çayına çatmır. Bu elə də ciddi faiz deyil. Ancaq Rusiyanın 45% sənaye sahəsi Volqanın hövzəsində yerləşir”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
“Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevlə rusiyalı həmkarının görüşməsi böyük hadisədir. Su balansının artması haqqında danışıqlar əhəmiyyətlidir. Volqa çayında suyun səviyyəsinin artmasına nail olmaq mümkün ola bilər. Ural və Terek çaylarında da suyun səviyyəsi aşağıdır. Qazaxıstanda və Rusiyada bu çayların istifadəsi dayazlaşma yaradır”. 
O bildirib ki, Kür çayının illərdir dayazlaşmasının şahidi oluruq:
“Hətta keçən il Kür çayı Xəzərə çatmırdı. Xəzərdə dayazlaşma 2050-ci ilə qədər davam edəcək. Su təsərrüfatında baş verən israfçılıq və iqlim dəyişikliyi bunda rol oynayır. Ümid edirik ki, bu səviyyə rekord dayazlaşmaya çatmayacaq. Bu fəlakətin başlanğıcı ola bilər. Razılaşmalar nəticəsində çaylarda suyun səviyyəsinin artması vəziyyəti normallaşdırar. Ən azından azalmanın sürətini zəiflədə bilərik”.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri