Xəzərdəki təlimdə həlak olan hərbçilər təltif edildi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuları ölümündən sonra təltif edib.
“Qafqazinfo” xəbər verir ki, müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.
Sənədə əsasən, taqım komandiri Oljas Muxtarulu göstərdiyi şücaət və fədakarlığa görə “Aybın” ordeninin 2-ci dərəcəsi (Bauırjan Momışulı adına) ilə təltif edilib.
Eyni hərbi hissənin daha 13 hərbi qulluqçusu ölümündən sonra “Aybın” ordeninin 3-cü dərəcəsi (Raximjan Qoşkarbayev adına) ilə təltif olunub. Onların arasında bölmə komandirləri, dənizçilər və mütəxəssislər var.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 27 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















