Icma.az
close
up
RU
Xəzərin şor suyu necə və nə vaxt içməli hala gətiriləcək? DETALLAR

Xəzərin şor suyu necə və nə vaxt içməli hala gətiriləcək? DETALLAR

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə müzakirə olunan mövzulardan biri də Xəzər dənizinin suyunun duzsuzlaşdırılaraq istifadəyə yararlı hala gətirilməsi ilə bağlıdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda əks olunan həmin məsələ necə və hansı ardıcıllıqla icra ediləcək?

Prezident İlham Əliyevin ölkənin su təhlükəsizliyinin təmin edilməsi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzaladığı Sərəncamla "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi" istiqamətində birinci mərhələyə uyğun olaraq işlər davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qeyd edilib ki, dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı üzrə pilot layihə üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında 2025-ci il sentyabrın 22-də Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müqavilə imzalanıb.

"Layihənin icrası üçün Sumqayıt şəhər ərazisi müəyyən edilib. 30 hektara yaxın ərazini və sahil zolağını əhatə edir. Duzsuzlaşdırma zavodunun gündəlik istehsal gücü 300 min kub metrdir. Bu da təxminən 100 milyon kub metr su istehsalı deməkdir. Bu da Abşeron yarımadasının indiki su tələbatının 20 faiz artırılmasına şərait yaradacaq. Duzlu su təmizlənərək, içməli suya çevriləcək”.

Qurumdan əlavə edilib ki, 2026-2028-ci illər Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi də nəzərdə tutulub.

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın ərazisində cəmi 30% su formalaşır. Qalan 70% transsərhəd suları hesabına yaranır. Bu da müəyyən problemlərə səbəb olur:

"Çünki hər bir dövlətin inkişaf etməsində, yeni dövrün tələblərinə uyğun əlavə su ehtiyatlarına ehtiyac var. Vaxtilə Taxtakörpü su anbarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı proseslər olmasaydı, Bakı bu günlərdə çox ciddi problemlərlə qarşılaşa bilərdi”.

Komitə sədri qeyd edib ki, Xəzər dənizinin suyunun təmizlənməsi-duzsuzlaşdırılması işləri paralel aparılacaq.

"Dəniz suyunun duzsuzlaşdırılması dünyada tətbiq olunan təcrübədir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və İtaliyada bu texnologiyalar tətbiq edilib. Prezident İlham Əliyevin müşavirədə qaldırdığı bu məsələ Azərbaycanın gələcəkdə ekoloji problemlərlə qarşılaşmaması üçündür”.

Hidroloq Rövşən Abbasov Trend-ə açıqlamasında bildirib ki, dəniz suyunun duzsuzlaşdırılması beynəlxalq praktikada uzun müddətdir ki, tətbiq olunur. ABŞ, Küveyt, Qətər, İsrail, Səudiyyə Ərəbistanı kimi ölkələrdə su ilə təmin olunmanın əsasını dəniz sularının duzsuzlaşdırılması təşkil edir.

"Xəzərin suyu digər dənizlərlə müqayisədə 3 dəfə az duzludur. Bu o deməkdir ki, Xəzərin suyunun duzsuzlaşdırılmasına 3 dəfə daha az xərc tələb olunacaq. Xəzər dənizinin suyu iqtisadi baxımdan daha effektiv şəkildə duzsuzlaşdırılacaq”.

R.Abbasov qeyd edib ki, təxminən 50%-dək su təmizlənmədən Bakıdan Xəzərə axıdılır. Bu çirklənmənin qarşısının alınması üçün Bakıda əmələ gələn kalizasiya suları təmizlənərək Xəzərə və Abşeron yarımadasındakı digər göllərə axıdılmalıdır. Həmçinin yağış sularının kanalizasiya sularından ayrılması nəzərdə tutulur. Bu da kömək edəcək ki, suyun təmizlənmə xərcləri aşağı düşsün. Xəzər dənizinin suyunun duzsuzlaşdırılma prosesinin icra ediləcəyi zavodun tikintisə artıq başlanılıb. Həmin zavod Sumqayıt istiqamətində yerləşəcək”,- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri