Icma.az
close
up
RU
Xəzərin duzlu suyu nə vaxt içməli olacaq? Rəsmi CAVAB

Xəzərin duzlu suyu nə vaxt içməli olacaq? Rəsmi CAVAB

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı sahəsində ölkəmizdə ilk pilot layihə həyata keçirilir".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu layihə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən icra olunur.

"İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində elan edilmiş müsabiqənin nəticələrinə əsasən "ACWA Power" şirkətinin rəhbərlik etdiyi Konsorsium 1-ci yeri tutub. Sentyabr ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və "ACWA Power" şirkəti arasında Xəzər dənizində suyun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş imzalanıb".

Məlumata görə, layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək və içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq məqsədi daşıyır. Bu baxımdan, layihə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına töhfə verəcək.

"Layihə çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında gündəlik istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Zavodun tikintisi ilə bağlı müqavilə 1 ay öncə imzalanıb, yəni hələ layihənin icrasının ilkin işləri layihələndirmə və s. icra olunur. Bu baxımdan maya dəyəri və s. qarşıdakı dövrlərdə müəyyənləşdirildikdə və ya layihə ilə bağlı yeni məlumatlar olduqca ictimaiyyətlə bölüşüləcək", - deyə məlumatda vurğulanıb.

Banu Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri