Icma.az
close
up
RU
Xəzərin suyu duzsuzlaşdırılacaq 140 milyon dollar ayrılıb

Xəzərin suyu duzsuzlaşdırılacaq 140 milyon dollar ayrılıb

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin 140 milyon dollar məbləğində maliyyələşdirilməsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Banker.az ADB-yə istinadən məlumat yayıb.

Bildirilib ki, kredit vəsaitləri hər biri 70 milyon dollar olmaqla, iki tranşla veriləcək.

Layihənin ümumi dəyəri 407 milyon dollar olaraq qiymətləndirilir. Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası,maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər.

Təşəbbüsün reallaşdırılması dövlət-özəl tərəfdaşlığı üzrə 25 illik müqavilə əsasında həyata keçirilir. Bütün duzsuzlaşdırılmış su dövlət operatoru “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə istiqamətləndiriləcək. Bu layihə Azərbaycanın su sektorunda suyun duzsuzlaşdırılması üzrə ilk genişmiqyaslı müəssisə və dövlət-özəl tərəfdaşlığı üzrə ilk layihə olacaq. Onun əsas vəzifəsi Bakı və Abşeron yarımadasındakı yaşayış binalarının və kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır.

Layihə ADB-nin Azərbaycanla 2025–2029-cu illər üçün Tərəfdaşlıq Strategiyası (CPS) kontekstində həyata keçirilir ki, bunun da prioritetləri sırasında ekoloji baxımdan dayanıqlı və “təmiz infrastruktur”un yaradılması yer alır. Daha əvvəl Asiya İnfrastruktur İnvestisiya Bankı daha əvvəl Azərbaycanda suyun duzsuzlaşdırılması üzrə zavodun tikintisi üçün 45 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını artıq təsdiqləyib.

Layihənin inkişaf etdiricisi Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti, baş podratçısı isə Çinin HDEC (“PowerChina” qrupuna daxil olan “Huadong Engineering Corporation”) şirkətidir. HDEC-nin subpodratçısı qismində İspaniyanın “Savener” mühəndislik şirkəti artıq mühəndis-layihələndirmə işlərinin icrasına başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Noyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri