Icma.az
close
up
RU
Xəzərin suyu duzsuzlaşdırılacaq... Dəniz suyunun duzsuzlaşdırılması həddindən artıq isti ölkələrdə tətbiq edilir

Xəzərin suyu duzsuzlaşdırılacaq... Dəniz suyunun duzsuzlaşdırılması həddindən artıq isti ölkələrdə tətbiq edilir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ötən günlərdə Azərbaycan və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında "Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş" imzalanıb. Yeni layihə çərçivəsində dəniz suyundan şirin su əldə olunması planlaşdırılır.

Mövzu ilə bağlı Bizimyol.info portalına danışan ekoloq Sadiq Həsənov bildirib ki, bu metod həddindən artıq su ehtiyatları az olan ölkələrdə istifadə olunur: “Dənizdən suyun təmizlənib istifadə olunması artıq uzun müddətdir tətbiq olunan bir metoddur. Bu, əsasən su ehtiyatları həddindən artıq az olan ölkələrdə - Səudiyyə Ərəbistanında, Omanda, Birləşmiş Ərəb Əmirliklərində, Qətərdə İsraildə, Avstraliyada, ABŞ-nin bəzi yerlərində, İspaniyada tətbiq olunur. Həddindən artıq istilərin olduğu bu ölkələrdə su qıtlığını aradan qaldırmaq üçün dəniz suyunu duzsuzlaşdıraraq, həm içməli su kimi, həm də kənd təsərrüfatında istifadə edirlər. Məsələn; Qətər özünün su ehtiyatının 96 %-ni həmin bu duzsuzlaşdırılmış mənbələrdən istifadə ilə ödəyir. Burda əsas problem odur ki, duzsuzlaşdırmaq üçün "Əks Osmos" qurğuları quraşdırılmalıdır. Əks Osmos qurğularında su yüksək təyziq altında membranlardan keçir, sonra bir neçə mərhələdə duzsuzlaşdırılır. Yəni onun tərkibində olan natrium xlor, (NaCl) magnezium oksidləri və digər metal oksidlərindən fiziki və mexaniki cəhətdən təmizlənir. Bundan sonra artıq onun dizenfeksiya prosesləri aparılır, çünki suyun tərkibində bakterioloji birləşmələr qala bilər. Bu prosesdən sonra suyun istifadəyə verilməsi başa çatdırılır”.

Sadiq Həsənov

Ekoloq qeyd edib ki, sadəcə dəniz suyunda onun işlənmə səviyyəsi və duzsuzluğun yüksək olması əlavə problemlər yarada bilər deyə bunun üçün istifadə olunan qurğudakı membranlar tez-tez dəyişdirilməlidir: “Membranlar həddindən artıq kiçik olur. Ona görə nano ölçüdə olur ki, su təzyiq altında ordan keçəndə mexaniki və fiziki elementlər, xüsusilə natrium xlor, duz elementləri, maqnezium oksidləri və digər duz oksidləri membrandan keçməsinlər. Çünki membranlar çox tez sıradan çıxır.

Hətta Avstraliyada bir mütəxəssisin açıqlamasına görə, onlar kənd təsərrüfatında duzsuzlaşdırma qurğusundan, yəni Əks Osmos qurğularından istifadə edirlər. Avstraliyalı mütəxəssis məsləhət görür ki, bu qurğulardan çox istifadə etməsinlər, çünki tez-tez sıradan çıxır. Kənd təsərrüfatında bu qurğudan istifadə etmək üçün ehtiyac yaranır. Onun dezinfeksiya olunması, xlorlaşdırılması tamamilə içməli su halına gətirməsi üçün böyük bir texnoloji prosesə ehtiyac var”.

Sadiq Həsənov bildirib ki, suyu duzsuzlaşdırdıqdan sonra yaranan metal qalıqlarının dənizə, yaxud su mənbələrinə atılması problem yarada bilər: “Azərbaycanda buna ehtiyac yoxdur. Dövlətin proqramı var, artıq bunu həyata keçirirlər. “ACWA Power” şirkəti də dünyada dünyada duzsuzlaşdırma suyunu istehsal etməkdə birincilər sırasındadır.

Azərbaycanda su ehtiyatları əgər qənaətlə və səmərəli istifadə olunsa, biz uzun müddət həm kənd təsərrüfatında, həm də içməli su kimi istifadə də bilərik. Ancaq görünür ki, içməli su ehtiyatlarımızda həddindən artıq itkilər çox olduğuna görə, hökumət bəzi regionlarda qurğuların quraşdırılmasına qərar verib.

Dəniz suyunun duzsuzlaşdırılıb istifadə olunması Xəzər dənizinin ekoloji sisteminə elə bir ciddi təsiri olmayacaq. Sadəcə suyu duzsuzlaşdırdıqdan sonra müəyyən duzlar-natrium xlor, maqnezium və digər metal qalıqları yaranacaq ki, bunlar da artıq tullantı sayılacaq. Təbii ki, əgər bu tullantıların yenidən qaytarılıb dənizə və ya ətraf mühitin hər hansı bir torpaq yerlərinə, su mənbələrinə atılması əlavə problemlər yarada bilər. Əgər onların səmərəli istifadəsi mümkün olsa, bu dənizin ekosisteminə və ətraf mühit sisteminə ciddi təsir etməz”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri