Icma.az
close
up
RU
“Xəzər”in yeni həyatı

“Xəzər”in yeni həyatı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı olan “Xəzər” tərcümə, ədəbiyyat və mədəniyyət jurnalının 2-ci sayı işıq üzü görüb.

Əslində, “Xəzər” 1989-cu ildən çıxmağa başlayıb və Azərbaycan tərcümə məktəbinin inkişafında müstəsna rol oynayıb. Lakin Dövlət Tərcümə Mərkəzi ləğv olunandan sonra dərginin Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin nəşri kimi fəsliyyətini davam etdirməsi qərara alınıb.

Budur, “Xəzər”in 2025-ci il 2-ci sayı qarşımızdadır. Jurnalın məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir. Yaradıcı heyət isə Saday Budaqlı, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev, Püstə Axundova və Cavid Zeynallıdan ibarətdir. Həmçinin jurnalın Türkiyə, Gürcüstan, İtaliya, Rusiya, Qazaxıstan və başqa ölkələrdən olan tanınmış naşir və yazıçılardan ibarət beynəlxalq şurası var. Oxucuların bədii zövqünün yüksəlməsi, estetik dəyərlərin təbliği kimi amillər dərginin əsas hədəfidir.

Yeni sayda elmi-nəzəri araşdırmalar, orijinaldan bədii tərcümələr yer alıb, klassik və çağdaş dünya ədəbiyyatının seçmə nümunələri təqdim olunub. İlk səhifələrdə “Şərq mədəniyyəti” rubrikası altında böyük türk yazıçısı, ədəbiyyatşünası və ictimai xadimi Ahmet Hamdi Tanpınarın (1901-1962) “Beş şəhər və bütöv məmləkət sevgisi” seriyasından Ankara haqqında tarixi-etnoqrafik-mədəni məqaləsi yer alıb.

Yeni sayın Avropa, Latın Amerikası və Şimali Amerika ədəbiyyatı bölmələri də maraqlı yazılarla zəngindir. Avropa bölməsi bu dəfə rus ədəbiyyatına həsr edilib. Nikolay Qoqolun “Nevski prospekti” povestinin (çevirəni E.Başkeçid) və Anton Çexovun “Böyük yolda” pyesinin (tərcüməçi Yaşar) maraqla qarşılanacağı şübhəsizdir. “Gümüş dövrün sirləri rubrikasında Kamal Abdulla rus poeziyasının görkəmli nümayəndələri Nikolay Qumilyov, Konstantin Baltmont, Mixail Kuzmin, Valeri Bryusov, Anna Axmatova və Osip Mandelştamdan dilimizə çevirdiyi şeirləri təqdim edib.

Latın Amerikasından Xuan Qabriel Vaskas, Freddi Nyanyes və Mario Benedettiyə, Şimali Amerika ədəbiyyatından isə Rey Bredberiyə məxsus poema, roman və hekayələr Saday Budaqlının, Mahir N.Qarayevin, Ofelya Məmmədovanın tərcüməsində verilib.

Jurnalda, həmçinin Nəriman Əbdülrəhmanlının tərcümə sənətinə aid müsahibə və çevirmə yazıları, Cavanşir Yusiflinin “Billinqvist mətn arxeologiyası” məqaləsi dərc edilib. “Müsabiqə” və “Müsahibə” rubrikalarında Rusiyada keçirilmiş bədii yarışmanın qalibi Ədalət Mədətoğlu və polşalı türkoloq Danita Cmielovska ilə söhbətlər təqdim olunub.

“Yaddaş” rubrikası bu dəfə ukraynalı şair və tərcüməçi Mikola Miroşniçenkoya həsr edilib. Tərcümə aləminə aid faktlar və yeniliklər də oxucuya geniş bilgilər verir.

Ə.ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see647

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see277

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see265

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see251

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see233

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see233

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see223

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see214

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see205

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see197

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see193

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see193

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see187

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see186

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see183

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see182

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see178

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see176

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see170

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri