Icma.az
close
up
RU
Xəzəryanı Ölkələrin Valilərinin Zirvə Görüşü regional əməkdaşlıq üçün geniş imkanlar açır

Xəzəryanı Ölkələrin Valilərinin Zirvə Görüşü regional əməkdaşlıq üçün geniş imkanlar açır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 noyabr, AZƏRTAC

Rəştdə keçirilən Xəzəryanı Ölkələrin Valilərinin (Ostan/Əyalət Başçılarının) Zirvə Görüşü çox yeni və konstruktiv bir təşəbbüsdür. Bu format davam etdirilərsə və mütəmadi əsasda təşkil olunsa, iqtisadi əməkdaşlığın genişləndirilməsinə ciddi töhfə verə bilər. Bunun başlıca səbəbi İranla Xəzəryanı ölkələr arasında münasibətlərin təkcə dövlət səviyyəsində deyil, həm də əyalətlər səviyyəsində inkişaf etməsinin xüsusi əhəmiyyət daşımasıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri, siyasi ekspert Möhsün Pakayin bildirib. Onun sözlərinə görə, İranın dörd əyaləti Azərbaycan Respublikası ilə qurudan, iki əyaləti isə dəniz yolu ilə əlaqəlidir. Digər üç əyalət - Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil Ermənistanla sərhəddə yerləşir. Xorasan Rəzəvi, Cənubi Xorasan və Şimali Xorasan əyalətləri isə Türkmənistan və Əfqanıstanla sıx bağlıdır (Əfqanıstanı Xəzəryanı ölkə kimi qəbul etdikdə). Bundan əlavə, İranın üç əyaləti Xəzər vasitəsilə Rusiya və Qazaxıstanla dəniz ticarəti həyata keçirir və liman infrastrukturu aktiv şəkildə fəaliyyət göstərir.

Ekspertin fikrincə, bu səbəbdən əyalətlər səviyyəsində əməkdaşlığın, xüsusilə də ticarət, səhiyyə və turizm sahələrində gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. İxrac potensialı yüksək olan Xəzərsahili əyalətlər regional rəqabətdə üstün mövqeyə malikdir. Məsələn, Türkmənistan, Azərbaycan və Ermənistanla həmsərhəd bölgələr regional ticarətdə xüsusi rol oynayır. Ərdəbil əyaləti Azərbaycan bazarı üçün nəzərəçarpacaq iqtisadi imkanlara malikdir və bu ölkənin tələbat duyduğu məhsulların böyük bir hissəsini təmin edə bilər. Gilan əyalətinin ipəyi böyük həcmdə Çinə ixrac olunur. Region ölkələri inkişaf mərhələsində olduğundan ərzaq məhsullarına və tikinti materiallarına tələbat yüksəkdir. İran şirkətlərinin texniki və mühəndislik xidmətləri də geniş ixrac potensialına malikdir.

Bu cür zirvə görüşləri həm də İran ilə Xəzəryanı ölkələr arasında ikitərəfli turizmin inkişafı üçün əlverişli şərait yaradır. İran Xəzərsahili ölkələrin turizm imkanlarından yararlana, eyni zamanda, həmin ölkələrin turistlərini öz istiqamətlərinə cəlb edə bilər. Səhiyyə sahəsində isə, İranda tibbi xidmətlərin yüksək səviyyəsi və münasib qiymətləri nəzərə alınaraq, Xəzəryanı ölkələr, hətta Rusiya da daxil olmaqla, müalicə məqsədilə İrana üz tuta bilər.

“Bu zirvə görüşü Xəzəryanı əyalətlər arasında əməkdaşlıq üçün geniş imkanlar açır. Lakin bu əməkdaşlıqların kağız üzərində qalmaması üçün praktik addımlar atılmalıdır”, - deyə Pakayin vurğulayıb. Onun sözlərinə görə, ilk növbədə, viza məsələlərinin həlli vacibdir. Üzv ölkələr bu platforma çərçivəsində viza rejiminin ləğvi və ya prosedurların asanlaşdırılması istiqamətində addımlar ata bilərlər. Ticarətçilərin vizanı daha rahat əldə etməsi iqtisadi mübadilələrin inkişafına ciddi təkan verəcək.

Ekspert əlavə edib ki, ikinci mühüm addım sərhədlərin, xüsusilə quru keçidlərinin yenidən açılmasıdır. Hazırda Azərbaycanla sərhəd koronavirus dövründən bəri sərnişinlər üçün bağlı qalsa da, yükdaşımaları davam edir. Həm sərnişin, həm də yükdaşımaları üçün keçid imkanlarının genişləndirilməsi zəruridir. Eyni zamanda, gömrük rüsumlarının azaldılması ticarət dövriyyəsini artırmaqla yanaşı, beynəlxalq gediş-gəlişi də asanlaşdıracaq.

Pakayin milli valyutalarla ticarətin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bu mexanizm həm milli valyutaların dayaqlılığını artırır, həm də əməliyyatların daha sürətli və ucuz başa gəlməsini təmin edir. Onun sözlərinə görə, İran artıq Rusiya, Azərbaycan və Türkmənistanla lokal valyutalarla ticarəti genişləndirə bilər. O, Azərbaycanla sərhəd bölgələrində rialın birbaşa mübadiləsinin həyata keçirildiyini şəxsən müşahidə etdiyini söyləyib.

Ümumilikdə ekspert hesab edir ki, zirvə görüşü çox dəyərli təşəbbüsdür və Xəzər hövzəsində əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır. O, həmçinin Xəzərdə gəmiçiliyin tənzimlənməsi, sərnişin və yük daşımalarının artırılması, dəniz turizminin inkişafı və əyləncə infrastrukturunun gücləndirilməsi kimi sahələrə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Valilər arasında təcrübə mübadiləsi də mühüm əhəmiyyət daşıyır və səlahiyyətlərin genişləndirilməsi fonunda bu rol daha da artır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri