“Xiaomi” yeni elektrikli SUV modelini təqdim etdi
Lent az saytına istinadən Icma.az xəbər verir.
Çinin smartfon və elektron cihaz istehsalçısı olan “Xiaomi”, keçən il ilk dəfə girdiyi elektrikli avtomobil bazarında yeni modelini təqdim edib.
Lent.az xəbər verir ki, şirkət ötən gün Pekində keçirilən tədbirdə özünün "YU7" adlı elektrik SUV modelini təqdim edib.
Xüsusiyyətlərinə görə cəmi 9 rəng variantı ilə 3 versiyada satışa çıxarılan avtomobilin başlanğıc qiyməti 253 min 500 yuan (təxminən 35 min 400 dollar) olaraq müəyyən edilib.
Bildirilib ki, yeni modelin akkumulyatoru ilə 835 kilometr məsafə qət etmək mümkündür.
Qeyd edək ki, bu model şirkətin ikinci elektrikli avtomobil modelidir. “Xiaomi” 2024-cü ilin mart ayında "SU7" adlı ilk elektrikli idman avtomobil modelini təqdim etmişdi.

“Xiaomi” elektrikli yolsuzluq avtomobili buraxacaq
25 Noyabr 2024 23:53
Xiaomi ən ucuz smartfonunu təqdim etdi...
17 May 2025 21:43
“Xiaomi” ilk elektrik krossoverini təqdim etdi
13 Dekabr 2024 14:22
Volvo məşhur SUV modelini canlandırır...
07 May 2025 23:15
Xiaomi ağıllı mətbəx su kranı TƏQDİM ETDİ
01 May 2025 16:24

