XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirildi FOTO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2026-cı ilin mart ayında təşkil ediləcək XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çinin Quançjou şəhərində toplantı keçirib.
Mərkəzdən Bizim.Media-ya bildirilib ki, toplantıda Forumun konseptual çərçivəsi, əsas mövzular və beynəlxalq tərəfdaşların cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri iştirak ediblər.
Müzakirələr zamanı qlobal təhlükəsizlik, davamlı inkişaf, iqtisadi transformasiya və texnoloji dəyişikliklərin təsirləri Forumun prioritet istiqamətləri kimi müəyyənləşdirilib.
Forum çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə yüksəksəviyyəli birgə panellərin keçirilməsi və əməkdaşlığın gücləndirilməsi barədə danışılıb.
Bununla yanaşı, Forum çərçivəsində Dünya İncəsənət və Elm Akademiyası (WAAS) və “The Economist” jurnalı ilə birgə yan tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Toplantıda, həmçinin Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Mərkəzin iştirakı və dəstəyi, eləcə də “UN-Habitat” ilə bu istiqamətdə əməkdaşlıq müzakirə olunub.
Qeyd edilib ki, növbəti hazırlıq toplantısı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 07 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















