XİN də yeni idarə yaradıldı
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən ”Təbiət Naminə Ölkələri Səfərbər Edən Kənd Təsərrüfatı” Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, həmin idarə bundan sonra iqlimlə bağlı beynəlxalq platformalar çərçivəsində aparılan danışıqların davamlı iştirakçısı kimi bu prosesdə Azərbaycanın töhfəsini təmin edəcək.
“Təbii ki, proseslərə uyğun olaraq həm iqtisadiyyatımızda, həm də iqlim məsələlərinə yanaşmada yeni siyasi mövqelərimiz formalaşdırılacaq. Ancaq bizim üçün əsas hədəf indiyədək əldə olunmuş nəticələrin reallaşmasına, yəni ambisiyadan icraya yönələn bir addıma keçirilməsidir", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















