Icma.az
close
up
RU
Praqmatik siyasət və çoxtərəfli əməkdaşlıq

Praqmatik siyasət və çoxtərəfli əməkdaşlıq

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Vaşinqton, Pekin, Nyu-York, Kopenhagen... Prezident İlham Əliyevin avqust-oktyabr ayları ərzində gerçəkləşdirdiyi xarici səfərlər, imzalanmış sənədlər, verilən bəyanatlar Azərbaycanın artıq “regional aktor” statusuna qalxdığını sübut edir. Bununla belə, dünya liderləri Azərbaycan Prezidentini qlobal problemlərin müzakirəsinə dəvət edərək, bir çox istiqamətlər üzrə Azərbaycan təcrübəsini öyrənməyə açıq işarələr vurur ki, bu da ölkəmizin tədricən “qlobal aktorlar” klubuna üzv olmağa yaxınlaşdığından xəbər verir.
Özü də tək geosiyasi anlamda deyil, həm də iqtisadi sferada Azərbaycan planetin nəhəng korporasiyaları üçün sürətlə maraq məkanına çevrilir. Tiencin şəhərində Çinin, Nyu-Yorkda isə ABŞ-nin qabaqcıl texnologiyalar sahəsində böyük uğurları olan şirkətlərinin Prezident İlham Əliyevlə məhsuldar danışıqları da onu göstərir ki, Bakı dünyanın nüfuzlu biznes strukturları üçün əməkdaşlıq qapılarını tam açır.
TDT - yeni dövrün flaqmanı
Bəli, Azərbaycan əməkdaşlıq coğrafiyasını və praqmatik fəaliyyətini genişləndirməkdə davam edir. Bu həftə ölkəmizdə daha bir nüfuzlu tədbir - Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü baş tutacaq. Artıq Qəbələdə keçiriləcəyi dəqiqləşən sammitdə təşkilat üzvləri qurumun perspektivlərini və beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu müzakirə edəcəklər.
Əlbəttə, indiki mərhələdə üzv ölkələrin nüfuzu, sahib olduqları təbii sərvətlər və coğrafi mövqeləri Qərb supergüclərinə türk dünyası ilə hesablaşmaqdan başqa çıxış yolu qoymur.
Çünki, 2009-cu il oktyabrın 3-də Naxçıvan sazişi ilə təməli qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən 16 il ərzində genişmiqyaslı platformaya çevrilib. 2021-ci il noyabrın 12-dən etibarən Türk Dövlətləri Təşkilatı adını alan birlik bu gün qlobal proseslərə uğurlu transformasiyasının həlledici mərhələsini yaşayır.
1.Türk Dövlətləri Təşkilatı siyasi dialoqu gücləndirməkdə,
2.İqtisadi əlaqələri dərinləşdirməkdə,
3.Mədəni mübadiləni irəli aparmaqda,
4.Beynəlxalq arenada ortaq mövqedən çıxış etməkdə maraqlıdır.
Türk dünyasının iqtisadi gücü
Supergüclərin Türk Dövlətləri Təşkilatının beynəlxalq arenaya çıxması ilə barışmasının kökündə ciddi səbəblər durur. Hər şeydən əvvəl, üzv ölkələrin liderləri regional əməkdaşlığın möhkəmləndirilməsi, birliyin beynəlxalq arenadakı rolunun genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsinə nail olmaq üçün səmimi davranış ortaya qoyur. İkincisi, təşkilat dünya iqtisadiyyatına dinamik və praqmatik statistika ilə daxil olur. Məsələn, TDT platformasında
-2023-cü ildə yaradılan Ticarət və Sənaye Palataları İttifaqı üzv ölkələrin iş adamları arasında əlaqələri gücləndirir, ticarət və investisiyaların artmasına imkan yaradır;
-2024-cü ildə təsis edilən və 600 milyon dollarlıq kapitala sahib İnvestisiya Fondu böyük layihələrin maliyyələşdirilməsini həyata keçirir;
-hazırda TDT ölkələrinin ümumi ÜDM-i 2,1 trilyon dollara, ticarət dövriyyəsi isə 45 milyard dollara çatır;
-xarici kapitala malik müəssisələrin sayı isə 53 mindən artıq 92 minə yüksəlib.
 

Bir sözlə, Türk Dövlətləri Təşkilatı üçün prioritet hədəf ticarətin daha da inkişaf etdirilməsidir. Bu məqsədlə birlik çərçivəsində institusionallaşma həyata keçirilir və bəlli sahələr üzrə komitələr yaradılır. Məsələn, 2019-cu ildə təsis edilən Türk Ticarət və Sənaye Palatası üzv dövlətlər arasında daxili ticarət göstəricilərinin artırılması məqsədilə davamlı biznes proqramları və layihələri hazırlamaqla məşğuldur.


2023-cü ildə əsası qoyulan və 500 milyon dollarlıq ilkin kapitala sahib Türk İnvestisiya Fondunun əsas məqsədi qarşılıqlı investisiya imkanlarını artırmaq, xüsusilə, kiçik və orta bizneslərin inkişafını dəstəkləməklə sahibkarlığı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, innovasiyaları gücləndirmək və nəticədə TDT ölkələrində iqtisadi və sosial inkişafı təşviq etməkdir. Fond üzv dövlətlərin iqtisadi potensialını səfərbər etmək qabiliyyətinə malik güclü maliyyə aləti qazandırır.
Azərbaycan “Türk ailəsi”nin gələcəyinə inanır
Azərbaycan TDT-nin ən fəal və təşəbbüskar üzvlərindən biridir. XXI əsri “Türk əsri” adlandıran Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışında dediyi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləri ölkəmizin yeni dövr xarici siyasətinin “yol xəritəsi”dir. Türk Dövlətləri Təşkilatının mütəmadi görüşlərinin təşkili, eyni zamanda, qurumun genişlənmə xətti tutması “XXI əsri türk əsrinə” çevirməyin tamamilə mümkün olduğundan xəbər verir. Bu proseslərin flaqmanı isə məhz Azərbaycandır.
Orta Dəhlizin rəqəmsallaşdırılması, Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarını və ticarəti sadələşdirməyi nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması perspektivləri, Bakıda 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalının inşası TDT-nin nəqliyyat-enerji potensialının realizəsi üçün ilkin şərtlər sırasında yer alır. Açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməkdədir. TDT ölkələri ilə əməkdaşlığı möhkəmləndirmək üçün isə böyük potensial var. Məsələn, təşkilat 2025-ci ildə birgə ticarəti ən azı 60 milyard, əlavə dəyərləri isə 2 trilyon dollara çatdırmağı hədəfləyir.
Həmçinin,
-2024-cü il Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 1,219 milyard dollar təşkil edib;
-Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına birbaşa 248,957 milyon dollar sərmayə qoyub;
-ölkəmizdəki birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyə yatırımlarının payı 17,3 faizə bərabərdir;
-Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə yatırıb;

-xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyalarda türkdilli ölkələrin payı 30 faizə yaxındır.
Türk İttifaqı qlobal proseslərdə öz sözünü deməlidir
 

Türk dövlətləri arasında inteqrativ təmasların güclənməsinə istiqamətlənmiş fəaliyyət bunlarla da yekunlaşmır. Türk xalqlarının yaşadıqları regionlar – Cənubi Qafqaz və Mərkəzi Asiya bir çox geosiyasi üstünlüklərə sahibdir.


Məsələn, TDT-nin inkişafı onu göstərir ki, üzv ölkələr yalnız mədəni və sivilizasiyalararası əməkdaşlıqda deyil, həm də beynəlxalq arenada türk dünyasının roluna dair ortaq baxış formalaşdırmaqda maraqlıdır. Təşkilatın gücü həm də bəyanatlardan konkret addımlara keçid imkanında olmasında, risklərin birgə qiymətləndirilməsində, pilot layihələr reallaşdırması və sınaq mexanizmlərinin tətbiqindədir. Birlik çərçivəsində qəbul edilən sənədlər Türk Dövlətləri Təşkilatı üzvlərinin həm siyasi, həm iqtisadi, həm nəqliyyat-enerji, həm də mədəni münasibətlər sferasında beynəlxalq aktorlar sırasında yerini almağa başladığının real təsdiqidir.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri