XİN: Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələrini daha da möhkəmləndirəcək
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bakı-Tbilisi-Qars dəmir yolunun yük daşıma potensialı 2034-cü ilə qədər 17 milyon tona qaldırılacaq.
APA xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının “Avrasiya konnektivliyinin gücləndirilməsi” sessiyasında deyib.
Orta Dəhliz barədə danışan XİN rəsmisi bu dəhlizin Avropa və Çin arasında ticarətin inkişafına gətirib çıxaracağını, Türkiyənin bu prosesdə mühüm rol oynayacağını vurğulayıb.
O əlavə edib ki, Orta Dəhlizin potensialının gücləndirilməsi üçün Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələrini daha da möhkəmləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 09 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















