Icma.az
close
up
RU
Xınalıq yolunda gözlənilməz DOĞUŞ Ananı xəstəxanaya çatdıra BİLMƏDİLƏR ÖZƏL

Xınalıq yolunda gözlənilməz DOĞUŞ Ananı xəstəxanaya çatdıra BİLMƏDİLƏR ÖZƏL

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün səhər saatlarında Quba-Xınalıq yolunun Qəçreş kəndindən keçən hissəsində maraqlı hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qalayxudat kənd sakini, 32 yaşlı Rahidə Şakir qızı Hacıyeva təcili yardım avtomobilində qız övladı dünyaya gətirib.
Belə ki, Quba Təcili Tibbi Yardım Şöbəsinin Xınalıq filialına doğuş sancılarının başlaması barədə məlumat daxil olub. Tibb heyəti dərhal yaxınlıqdakı Qalayxudat kəndinə yollanıb. Ana Quba Regional Perinatal Mərkəzinə aparılarkən, doğuş elə yolda — təcili yardım maşınında baş verib.
Hadisə ilə bağlı Bizim.Media-ya açıqlama verən Xınalıq Təcili Tibbi Yardım filialının feldşeri Məcnun Süleymanov bildirib ki, 40 illik təcrübəsində ilk dəfə belə bir vəziyyətlə qarşılaşıb:
"Biz ananı operativ şəkildə xəstəxanaya çatdırmağa çalışırdıq, lakin doğuş maşında başladı və körpə elə orada dünyaya gəldi".
Respublika Təcili Tibbi Yardım Stansiyasının mətbuat katibi Nəzrin Adıgözəlzadə də faktı təsdiqləyərək bildirib ki, həm Xınalıq, həm də Quba Təcili Tibbi Yardım stansiyalarının tibb heyəti doğuşun problemsiz başa çatmasını təmin ediblər:
“Doğuş artıq başlamışdı və ananı digər təcili yardım avtomobilinə yerləşdirmək mümkün olmadı. Tibb heyəti yüksək peşəkarlıqla müdaxilə edərək körpənin sağlam şəkildə dünyaya gəlməsini təmin etdi”.
Məlumata görə, Rahidə Hacıyevanın dünyaya gətirdiyi körpənin çəkisi 2 kiloqram 800 qramdır. Hazırda ana və uşağın vəziyyəti qənaətbəxşdir və onlar Quba Regional Perinatal Mərkəzində həkim nəzarətindədirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri