“Xırdalan dairəsini tıxaca görə yenə sökmək istəyirlər” ELMƏDDİN MURADLI VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu yaxınlarda Xırdalan istiqamətində hərəkət edənlər tıxacdan şikayət edirlər. Nəqliyyat eksperti Elməddin Muradlı bu məsələ ilə bağlı “AvtoFM” radiosunda maraqlı fikirlər səsləndirib.
Avtosfer.az xəbər verir ki, ekspert hərəkət zamanı tez-tez bu vəziyyətlə rastlaşdığını bildirib:
“Bu yaxınlarda özüm də Xırdalan dairəsindən keçirdim. Tunelə qədər dəhşət tıxac var idi. Amma “Ekologiya postu”na çatanda vəziyyət düzəlir, avtomobillər normal hərəkət edir. Fikirləşirəm ki, bura tıxanmayıb, sadəcə sağa çıxıb Xırdalan dairəsinə girənlər tıxaca düşürlər və bu, artıq əbədi problemə çevrilib. Halbuki Masazır və Sumqayıt istiqaməti boşdur. Bəzən elə olur ki, heç bir səbəb olmadan da sıxlıq yaranır. Elə bil, sürücülər o qədər tıxaca öyrəşiblər ki, yolda boşluq görəndə narahat olurlar, düşünürlər ki, niyə biz burda tıxaca düşmədik”.
Elməddin Muradlı Xırdalan dairəsinin genişləndirilməsi zamanı verdiyi təklifdən də danışıb:
“Dairə genişlənəndə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə demişdim ki, orada obyektin yarısını söküb əlavə zolaq yaratmaq problemin həlli deyil. Əvvəllər bir zolaq idi, indi iki zolaq oldu, amma əsas məsələ bu deyil. Oradan həm geriyə dönənlər, həm də müxtəlif istiqamətlərə şaxələnən yollar var. Mən təklif etmişdim ki, “Koroğlu” metrosu üzərindəki asma körpünün mini variantını orada qurmaq lazımdır. O vaxt demişdim ki, zaman gələcək oranı yenə sökməli olacaqsınız. İndi elə həmin zamandır – oranı yenidən sökmək istəyirlər”.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















