Icma.az
close
up
RU
Xırdalanda fəhlə döyüldü Dükan sənindi?

Xırdalanda fəhlə döyüldü Dükan sənindi?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Telman mebel dükanında fəhlə işləyən Murada (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində yerləşən “Ər-riyad” Ticarət Mərkəzində baş verib. 
Telman onun mebel ustası işlədiyi mebel dükanına həmin mərkəzdə fəhlə işləyən Muradın tanışı Əhmədlə girib, orada uca səslə danışmalarına irad bildirib. Bu zaman mağazadan çıxararaq pilləkənlərdən düşərkən aralarında bu zəmində mübahisə yaranıb. Mübahisə zamanı Telman qəsdən iki dəfə əli ilə Muradın sifət nahiyəsinə vurub. 
Telmanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Ər-riyad” ticarət mərkəzində mebel ustası işləyir: “Muradı təxmini 2-3 aya yaxın tanıyıram. O, işlədiyim ticarət mərkəzində qonşu mağazada satıcı kimi işləyib. Lakin Murad və onunla birlikdə işləyən dostu Əhmədlə münasibətlərim yaxşı olmayıb. Həmin şəxslərin hərəkətləri mənə xoş gəlməyib. Çünki, biz dəfələrlə işlədiyim mağazaya gələrək səs-küy saldıqlarına görə aramızda mübahisə yarandı. Buna görə də aramızda yüngül də olsa, ədavət olub”. 
Telman qeyd edib ki, məlum hadisə günü saat 16-17 radələrində işdə olan zaman Murad və onunla birlikdə işləyən Əhməd adlı şəxs sərxoş vəziyyətdə işlədiyi mağazaya daxil olub: “Onların hər ikisi bir-biriləri ilə zarafatlaşdı, səs-küy saldılar. Bu zaman mağazada müştəri olduğu üçün hər ikisini çıxarmaq istədim. Buna görə onlara yaxınlaşdım, mağazadan çıxmalarını bildirdim. Lakin onlar hərəkətləri ilə mənə acıq verdilər. Nəticədə onların hər ikisini mağazadan çıxararaq pilləkənlərlə aşağı endirdim. Lakin Əhməd mənimlə söz mübahisəsi etməyə başladı. Mən də Əhmədin etdiyi hərəkətlərin səhv olduğunu izah etməyə çalışdım. Ancaq Murad sifət nahiyəsinə əl-qol ataraq “Dükan sənindir? Nə var?” ifadələrini işlətdi. Muradın əl-qol atması, mənə yüngül xəsarət yetirməsinə əsəbləşdim. Mən də əl ataraq Muradın yaxasından dartdım. Nəticədə Muradın köynəyi cırıldı. Murad yenə də üzərimə hücum çəkərək əl-qol atdı. Buna görə də onun sifət nahiyəsindən iki dəfə şillə vurdum. Həmin vaxtı Əhməd bizi ayırdı”. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, zərərçəkənin ondan şikayətçi olmamasını nəzərə alınıb, Telmanın barəsində olan cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Hökmdə təqsirləndirilən şəxsə hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilib.
Həmçinin oxu:
13-cü dəfə burun əməliyyatı oldu
Xəyalə Quliyeva “Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu
'Elif' əri öləndən sonra ilk dəfə bu şəxslə münasibətə başladı — FOTO
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Mart 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri