Xırdalanda qəzaya səbəb olan kanalizasiya lyuku ilə bağlı TƏDBİR GÖRÜLƏCƏK VİDEO YENİLƏNİB
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xırdalan şəhərində, yolun ortasında standartlardan kənar yerləşdirilmiş kanalizasiya lükünün yaratdığı problemin aradan qaldırılması üçün müvafiq işlər görüləcək.
Bu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib.
"Xırdalan şəhəri, Həsən Əliyev küçəsində müşahidə olunan vəziyyətlə bağlı əraziyə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qəza qrupu tərəfindən baxış keçirilib, problemin aradan qaldırılması üçün müvafiq işlərə başlanılacaq", - deyə məlumatda bildirilir./oxu.az
***
Xırdalan şəhərində yolun ortasında standartlardan kənar yerləşdirilmiş kanalizasiya lükü yol-nəqliyyat hadisəsinə səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.
Bildirilib ki, hadisə Qafqaz Universitetindən Xırdalana gedən, sürücülər arasında "çöl yol" kimi tanınan, Həsən Əliyev küçəsində baş verib. Həmin yolda kanalizasiya lükünün asfalt səthindən xeyli aşağıda yerləşməsi səbəbindən yaranmış çalaya düşən motosiklet sürücüsü idarəetməni itirərək yıxılıb və xəsarət alıb.
Motosiklet sürücüsünün sözlərinə görə, hərəkət zamanı yolun ortasında belə bir çökəyin olduğunu görmək mümkün olmadığı üçün o, həmin çuxura düşüb və arxadan gələn avtomobillərin altında qalmaqdan son anda xilas ola bilib.
Müzakirələrə qoşulan digər sürücülər problemin yeni olmadığını bildiriblər. Onların sözlərinə görə, sözügedən ərazidə kanalizasiya lükü uzun müddətdir bu vəziyyətdədir.
"Bir dəfə mənim də avtomobilimin sol təkəri həmin yerə düşmüşdü. Burada lük yol səviyyəsinə uyğunlaşdırılmalıdır ki, daha ağır hadisələr baş verməsin", - deyə şikayətlərdən birində qeyd olunub.
Oxunub 80
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















