Xırdalanda sosial eksperiment adı ilə vətəndaşın pulunu ələ keçirən şəxs saxlanılıb
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonu ərazisində bir vətəndaş üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.
Oxu.Az-ın məlumatına görə, zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhəri ərazisində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün 1 manat yardım istəyib.
Ona pul verərkən zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını iddia edib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Elvin Əvəz oğlu Mehdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Yanvar 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















