Icma.az
close
up
RU
“XIX əsr İrəvan mətbəxi” Qrant layihəsinin təqdimatının nəzəri hissəsi keçirildi

“XIX əsr İrəvan mətbəxi” Qrant layihəsinin təqdimatının nəzəri hissəsi keçirildi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı “aşbaz” və “qənnadci,şirniyyatçı” ilk peşə hazırlıq kurslarında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə  “XIX əsr İrəvan mətbəxi” Qrant layihəsinin təqdimatının nəzəri hissəsi keçirildi. Təqdimatda çıxış edənlər, həmçinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə nəşr olunmuş “Qərbi Azərbaycanın şirin inciləri”, 2021-ci ildə Parisdə Dünyanın ən yaxşı kitabı adını almış və ingilis dilində nəşr edilmiş “İrəvan xanlığı bölgə mətbəxi” kitablarından danışdılar. AMKA-nın prezidenti Tahir Əmiraslanov çıxışında ölkə Prezidentinin rəhbərliyi ilə Qərbi Azərbaycana böyük qayıdışa hazırlıq getdiyini qeyd etdi və bildirdi ki, Qarabağa qayıdışda olduğu kimi bu qayıdışda da öz dədə-baba yurduna yalnız əhalimiz deyil, həm də mədəniyyətimiz və mədəniyyətimizi qoruyan, özündə əks etdirən milli mətbəximiz də qayıdacaq.

Başqa qonaqlar - “Qərbi Azərbaycanın şirin inciləri” kitabının əsas mənbələrindən olan Elmira Hüseynova və qənnadçı-şirniyyatçı kursun müəllimi Leyla Rəhimli öz ürək sözlərini bildirərək, Qərbi Azərbaycan mətbəxinin əsas xüsusiyyətlərindən söz açdılar.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Prezident Administrasiyasına bu işə göstərdikləri diqqətə və AMKA-ya göstərdikləri yüksək etimada görə təşəkkür bildirildi.

Aşpazlıq kurslarının müəllimi, Əməkdar Mədəniyyət İşçisi “İrəvan xanlığı bölgə mətbəxi” kitabının müəlliflərindən biri Oruc Əliyev XQ-yə danışdı: - Mən özüm İrəvanın Zəngibasar bölgəsində doğulmuşam. Gənclik illərindən bu günə kimi bu  sahədə 50 ildən çoxdur işləmişəm. Tahir müəllimlə də 35 ildir bir yerdəyik. Düşünürəm ki, bu kitabı ərsəyə gətirməyimiz mətbəx mədəniyyətimiz üçün böyük uğurlardan sayılır. Mənim də çoxdankı arzum idi ki, İrəvan mətbəxinin yemək, şirniyyat və digər reseptlərini bir yerə toplayaq. Belə bir təklif gəldi. Çox şad oldum. Tahir müəllimin də köməkliyi ilə İrəvan bölgəsindən olan bir çox insanlardan həmin reseptləri götürdük. Daha da təkmilləşdirdik. Öz bildiyimiz reseptləri də bura əlavə etdik. Təxminən, bu işə 2010-cu ildən başlamışıq. 2020-ci ildə isə İrəvan mətbəxinə aid ilk kitab işıq üzü gördü. Pandemiya dövrünə təsadüf etdiyi üçün kitabın təqdimatını keçirə bilməmişdik. Sonra, ingilis dilində ikinci kitab “İrəvan xanlığının bölgə mətbəxi” nəşr olundu. Araşdırmalar Mərkəzində kitabın geniş təqdimatı oldu. 1500 nəfərlə müsahibə aparılaraq, çoxsaylı tarixi, etnoqrafik və digər elmi mənbələri araşdırıldı. Nəticədə, 413 xörək nümunəsi toplanıb, onların texnoloji təhlili aparılıb, reseptlər texnoloji, tarixi, coğrafi və etnoqrafik baxımdan dəqiqləşdirilərək hazırlanıb fotoşəkilləri çəkildi. İrəvan mətbəxinə dair tədqiqatlar kitabın 74 səhifəsində, xörək reseptləri isə 389 səhifədə yer alıb. Kitabın sonunda 5-dən çox dəqiq resept təqdim etmiş 64 respondentin siyahısı da verilmişdir.

Qeyd edək ki, iyulun 17-də müdavimlər layihənin təcrübə hissəsində iştirak edəcəklər və onlara sertifikatlar təqdim olunacaq.

Fidan SALMANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri