Icma.az
close
up
RU
“Xocalı faciəsindən sonra Ağdama ezam olundum və...”

“Xocalı faciəsindən sonra Ağdama ezam olundum və...”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Azərbaycan dövləti Xocalı qatillərindən  sağ qalanların hamısını tapıb cəzalandırılmalıdır. Necə? Müxtəlif yollarla. Məsələn...”

“Çox təəssüf ki, bütün bunları anlaya-anlaya yenə Rusiyaya sığınan, yenə “Rusiya güclüdür- biz ona nə edə bilərik” deyib bu azğın imperiya qarşısında alçalmağa meyilli bir kəsim var... Düşmən bizim içimizdədir...”

“Xocalı soyqırımı baş verəndə mən Bakıda idim. Həkim işləyirdim. Amma artıq tez-tez cəbhə bölgəsinə gedib-gəlirdik. Faciə baş verəndən 2-3 gün sonra  isə Ağdama ezam olundum. O zaman hələ hərbi tibbi xidmət təşkil olunmamışdı və biz Ağdam rayon mərkəzi xəstəxanasında yerli həkimlərə yaralıların müalicəsi üçün yardım edirdik...  Mənim ilk anladığım o oldu ki, Xocalı qətliamını məqsədli şəkildə dinc əhaliyə qarşı törədiblər. Və şübhəsiz ki, bu yalnız separatçı erməni və terrorçularının işi deyildi, bunun arxasında Rusiya faktoru var idi. 366-cı moto-atıcı alay Rusiyanın tabeliyində olan hərbi birləşmə idi və birbaşa cinayətdə iştirak etmişdi. Məqsəd qorxu, xof yaratmaq idi”.

Bunu Moderator.az-a açıqlamasında keşmiş təhlükəsizlik zabiti Ərəstun Oruclu "1992-ci ilin həmin müdhiş günləri harada idiniz, nə ilə məşğul idiniz,  ilk bir neçə ayda onun səbəbləri haqda hansı nəticəyə gəlmişdiniz, indi – 33 il sonra hansı fikirdəsiniz?" sualına cavab verərkən söyləyib.  

“Yaxşı xatırlayıram, həmin Ağdam ezamiyyəti zamanı bir günlük Şəmkirə gedəsi olmuşdum.  O zaman həyat yoldaşım və yenicə doğulmuş kiçik oğlum orada idi. Atam-anam dedi ki, oğul, götür uşaqları apar, bizə nə olar-olar... Onu demək istəyiəm ki, Şəmkir Xocalıdan xeyli məsafədə olsa da, artıq Azərbaycanda bir xof yaranmışdı, insanlar anlayırdılar ki, onların müdafiəsi yoxdur, başlarına hər şey gələ bilər. Və Xocalı qətliamını bu şəkildə törətməkdə də məqsəd xalqımızı sındırmaq idi. İmperiya artıq 200 ildən çoxdur bu cür davranıb Azərbaycan xalqıyla. Azərbaycan torpaqlarına ermənilərin yerləşdirilməsi də, Azərbaycanın müqavimət göstərən xanlıqlarının xanlarının ailələri ilə birgə vəhşicəsinə məhv edilməsi də, 1920-ci ildə müstəqil dövlətimizin işğal olunması da, bundan sonra Gəncədə işğalçı Qırmızı orduya qarşı üsyanın amansızcasına yatırılması da, 30-cu illərin repressiyaları da, “Ermənistan” adlanan tarixi torpaqlarımızdan soydaşlarımızın metodik şəkildə köçürülməsi də, 20 Yanvar qırğını da, Xocalı soyqırımı da, Tərtər qətliamı da - bunlar hamısı imperiya siyasətinin zəncirinin həlqələridir.  Və çox təəssüf ki, bütün bunları anlaya-anlaya yenə Rusiyaya sığınan, yenə “Rusiya güclüdür- biz ona nə edə bilərik” deyib bu azğın imperiya qarşısında alçalmağa meyilli bir kəsim var... Düşmən bizim içimizdədir- mənim təsəvvürümdə bu kəsim düşməndir. Bu təslimçi kəsim, bu opportunist kəsim düşmən kəsimdir. Bu gün də elə fikirləşirəm, o zaman da elə fikirləşmişdim”, -deyə həmsöhbətimiz davamında bildirib. 

“Bu gün həm də onu fikirləşirəm ki, Azərbaycan dövləti Xocalı qatillərindən  sağ qalanların hamısını tapıb cəzalandırılmalıdır. Necə? Müxtəlif yollarla. Məsələn, gözümüzün önündə İsrail nümunəsi var.  Görürük ki. bu dövlət özünə düşmən saydıqlarını ən müxtəlif ölkələrdə tapıb məhv edir. Azərbaycan dövləti də belə etməlidir. Çünki onlar müharibə iştirakçıları olmayıblar, onlar terrorçular olublar, onlar dinc əhaliyə, uşaqlara, qocalara, xəstələrə, qadınlara qarşı amansız soyqırımı törədiblər və onlar məhv olunmalıdırlar. Amma ən başlıcası, bütün bu addımlar elə atılmalıdır ki, Azərbaycan xalqının inamı, özgüvəni özünə qayıtsın. Bax, bu maraq varmı – onu mən bilmirəm, daha doğrusu...” – deyə Ərəstun Oruclu diqqətə çatdırıb.

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Fevral 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri