Icma.az
close
up
RU
Xocalı faciəsini niyə

Xocalı faciəsini niyə

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 33 il ötür.

1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti münaqişənin ən qanlı səhifəsidir.

Belə ki, erməni silahlı birləşmələri tərəfindən aylarla blokada şəraitində saxlanılaraq, ərzaq, elektrik enerjisi və bütün kənar yardımlardan məhrum edilən 2500-ə yaxın Xocalı sakini düşmənin çoxsaylı təhdidlərinə baxmayaraq, şəhəri tərk etməkdən imtina etmişdi. Fevralın 25-dən 26-na keçən gecə davamlı artilleriya atəşindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək, mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutublar.

Həmin qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilib.

Antiterror əməliyyatı nəticəsində azad olunan Xocalı bu gün quruculuq mərhələsindədir. Rayonun Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Kənndə 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib.

Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyətə soyqırımı kimi tanıdılması üçün müxtəlif platformalarda qaldırılır.

Artıq dünyanın 20-dən çox ölkəsi Xocalı faciəsini soyqırımı kimi tanıyıb və qınayıb. Bu il də Azərbaycanın bir çox ölkələrdəki səfirlikləri, diaspor təşkilatları və hüquq müdafiəçiləri faciənin soyqırımı kimi tanınması üçün çağırışlarını davam etdirir.

Azərbaycanın rəsmi qurumları və xarici siyasət idarələri bir daha beynəlxalq təşkilatlara və dövlətlərə müraciət edərək Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımağa və ədalətin bərpa olunmasına dəstək verməyə çağırıblar. Bununla yanaşı, bir sıra ölkələrin parlamentlərində və beynəlxalq tribunalarda faciənin hüquqi qiymətləndirilməsi ilə bağlı yeni təşəbbüslər müzakirə olunur.

Modern.az-ın məlumatına görə, həm insanlıq anlamında, həm də beynəlxalq hüquqda soyqırımı insanlığa qarşı ən böyük cinayətdir. Bu, mübahisəli görünməsə də, ayrı-ayrı hadisələrə gəldikdə, dünyada nəyin soyqırımı sayıla biləcəyi ilə bağlı heç də həmişə fikir birliyi olmayıb. Soyqırımı anlayışı ilk dəfə hüquqi termin kimi 1943-cü ildə polşalı yəhudi hüquqşünas Rafael Lemkin tərəfindən istifadə edilib. 

Lemkin yunanca irq və ya tayfa mənasını verən "genos" sözlərini latınca "cide" - öldürmək mənasını verən sözlə birləşdirmişdi.

O, yəhudi soyqırımının (Holokost) dəhşətlərinin şahidi olub və bir qardaşından başqa bütün ailəsi öldürülüb. Lemkin bütün həyatı boyu soyqırım anlayışının beynəlxalq hüquq tərəfindən cinayət kimi müəyyən edilməsi və qəbul edilməsi üçün mübarizə aparıb. Onun səylərinin töhfəsi ilə 1948-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Soyqırımı Konvensiyası qəbul edilib və 1951-ci ilin yanvarında qüvvəyə minib. Konvensiyanın 2-ci maddəsində soyqırımı “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədi ilə törədilən aşağıdakı hərəkətlərdən hər hansı biri” kimi təsbit edilir:

- Qrup üzvlərini öldürmək,

- Qrup üzvlərinə ciddi fiziki və ya ruhi zərər vurmaq,

- Qrupu fiziki cəhətdən tamamilə və ya qismən məhv etmək üçün hesablanmış həyat şərtlərinin yaradılması,

- Qrup daxilində doğumların qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi,

- Qrupun uşaqlarını götürüb başqa qrupa vermək.

Bu Konvensiya həmçinin imzalayan dövlətlərin üzərinə soyqırımın qarşısının alınması və cəzalandırılması üçün ümumi məsuliyyət qoyur. Bəzi ekspertlər deyirlər ki, bu konvensiyada soyqırım anlayışı çox dar çərçivədə verilib və ona görə də imzalanandan bəri baş verən kütləvi qətllərin heç biri bu tərifə daxil edilməyib. 

Bundan başqa, arqumentlərdən birinə görə, tərifdə axtarılan əməllərin arxasında məhvetmə məqsədinin dayandığını qeyd-şərtsiz sübut etmək çox çətindir.

Digər bir arqument isə bundan ibarətdir ki, konvensiyanın qeyri-müəyyən məqamlarına münasibət bildirəcək heç bir beynəlxalq hüquq institutu yoxdur. 

Qrup üzvlərinin “qismən məhv edilməsi” anlayışının hansı miqyasda qətliamın soyqırımı sayıla biləcəyi ilə bağlı çətin sual yaratdığını iddia edənlər də var. 

Xocalı sakinləri sırf azərbaycanlı olduqları üçün öldürülüb, əsir götürülüb və işgənclərə məruz qalıb. Beləliklə, Xocalı faciəsi beynəlxalq hüquq normalarına əsasən soyqırımı kimi qiymətləndirilməlidir, çünki burada etnik təmizləmə faktı açıq şəkildə özünü göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri