Icma.az
close
up
RU
Xocalı ilə bağlı bütün proseslərin Azərbaycan tarixində xüsusi bir yeri var ŞƏRH EDİLDİ

Xocalı ilə bağlı bütün proseslərin Azərbaycan tarixində xüsusi bir yeri var ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Xocalı ilə bağlı bütün proseslərin Azərbaycan tarixində xüsusi bir yeri var. Xocalının vaxtı ilə işğal edilməsi və insanlığa tam zidd olan vəhşiliyin həyata keçirilməsi Azərbaycana ağır bir yara vurmuşdur. Lakin illər sonra Xocalının azad olunması Xocalı qurbanlarının xatirəsinə, ruhuna ən böyük hədiyyə olunmaqla bərabər, tariximizin önəmli bir səhifəsidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Xocalı sakinlərinin öz yurdlarına qayıtmaqları və yenidən orada məskunlaşmaları Azərbaycan tarixinin əhəmiyyətli səhifəsidir: "Bu bir daha Ermənistana və bütün dünyaya bir mesajdır ki, Xocalıya qarşı nə qədər ağır cinayət törədilmiş olsa da, amma Xocalı əhalisi sınmadı, xocalılar yaşamaq və döyüşüb, mübarizə aparmaq əzmini hələ də saxlayırlar. Onlar Xocalını əvvəlkindən də daha görkəmli və gözəl vəziyyətə qaytarmaq iddiasında və gücündədirlər. Xocalıların məskunlaşdırılması, erməni vandalizmini Azərbaycandan silmək baxımından da önəmlidir. Çünki Xocalıda və ümumiyyətlə keçmiş Dağlıq Qarabağın bəzi yerlərində erməni vandalizminin izləri daha dəhşətli və daha dərindir. Bu nöqteyi-nəzərdən Xocalı xüsusi bir status daşıyır. Xocalıda ermənilərin törətdiyi vandalizm aktının tarixdə bənzəri yoxdur. Bu cəhətdən Xocalının abadlaşdırılması, məskunlaşdırılması həm Xocalı şəhidlərinin xatirəsinə olunan hörmətdir, onları uca tutmaqdır, həm də erməni vandalizminin və onun havadarlarına ciddi bir mesajdır ki, Xocalı faciəsinin, Xocalı vandalizminin izləri heç bir zaman silinməyəcək. Xocalı vandalizminin acı xatirəsi Azərbaycan xalqının yaddaşlarında hər zaman yaşanacaq. Xocalıda bu gün əhalinin məskunlaşdırılması çox önəmli bir hadisədir. Eyni zamanda Azərbaycan dövləti bir daha heç vaxt Xocalı kimi faciələrin və vandalizm aktlarının təkrarlanmasına imkan verməyəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri