Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Xocalı qələbənin və Böyük Qayıdışın rəmzi oldu

Xocalı qələbənin və Böyük Qayıdışın rəmzi oldu

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tarix  heç vaxt cinayəti və cinayətkarı unutmur və bağışlamır. Əlləri günahsız insanların qanına batan zalımlar gec-tez ədalətin qarşısında diz çökürlər. Zaman hər şeyi yerinə qoyur, haqsızlığa göz yumanları və zülm edənləri unutqanlığın qaranlığına gömmür. Tarixin hökmü qaçılmazdır – ədalət bərqərar olur və cəlladlar öz layiqli cəzalarını alırlar.

XX əsrin sonlarında dost bilib əl uzatdığımız, süfrəmizin ən ləziz nemətləri ilə qonaq etdiyimiz xain erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal etdilər. Günahsız azərbaycanlıları amansız bir qətliama məruz qoyaraq misli görünməmiş vəhşilik törətdilər. Həmin gecə Xocalının göyləri fəryad sədaları ilə sarsıldı. Qocaların, cavanların, günahsız körpələrin ah-naləsi havaya qarışdı, insan qanına bələnmiş şəhər qırmızı laləyə bənzədi. Təbiət belə bu faciəyə laqeyd qalmadı – buludlar göz yaşına döndü, qışın sərt şaxtası, qar-boranı və düşmənin amansız hücumları birləşərək xocalıları öz doğma yurdlarından didərgin saldı. O gecə Xocalı yalnız bir şəhər kimi yox, bütün xalqın taleyində sağalmaz yaraya çevrildi.

Fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tamamilə alova büründü. Mühasirəyə alınmış 2500-ə yaxın Xocalı sakini Ağdama çatmaq ümidi ilə şəhəri tərk etsə də, düşmənin amansız gülləsinə tuş gəldi. Nəticədə 613 günahsız insan amansızcasına qətlə yetirildi. Bu soyqırım zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, ümumilikdə 613 Xocalı sakini həyatını itirdi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Düşmənin açdığı atəş nəticəsində 487 nəfər yaralandı, onlardan 76-sı uşaq idi. Həmçinin 1275 Xocalı sakini əsir götürüldü, 150 nəfər isə itkin düşdü.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımının bütün dəhşətlərini və miqyasını dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Bu cinayətlərin soyqırımı siyasəti kimi tanınmasına nail olmaq əsas hədəflərdən biri idi.Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Bu sənəddə Xocalı faciəsinin başvermə səbəbləri və günahkarları ətraflı şəkildə açıqlandı. Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və erməni qəsbkarlarının beynəlxalq miqyasda ifşa edilməsi mühüm vəzifələrdən biri kimi ön plana çəkildi. 

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm və təsirli tədbirlər həyata keçirildi. Bu addımlar təkcə tarixi ədalətin bərqərar olması üçün deyil, həm də Xocalının günahsız müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuz idi. Uzun illər düşmən tapdağı altında qalan Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Bu, təkcə bir şəhərin azad edilməsi deyil, həm də Xocalı qurbanlarının qanının yerdə qalmadığını, Azərbaycan xalqının əzmini və haqlı mübarizəsinin nəticə verdiyini bir daha sübut etdi.
Bu gün Xocalıda Azərbaycan Bayrağı qürurla dalğalanır. Bu bayraq, təkcə bir şəhərin azadlığını deyil, həm də 1992-ci ildə Xocalıda törədilmiş soyqırıma verilən tarixi cavabı simvolizə edir. Azərbaycan dövləti və xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq, onun qurbanlarının xatirəsini daim yaşadacaq və bu faciənin dünya səviyyəsində tanınması istiqamətində mübarizəsini davam etdirəcək.

Artıq beş ildir ki, Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə ruhu ilə anılır. İllər boyu ürəklərdə ağrı və nisgil yaradan bu gün indi sevinc və qürur hissi ilə qeyd edilir. Vaxtilə məcburi köçkün və qaçqın adlandırılan soydaşlarımız üçün yeni bir dövr başlayıb – bu, Böyük Qayıdış dövrüdür. İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış, Azərbaycan xalqının sabahına açılan əbədi günəşdir. Bu parlaq günəş, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz iradəsinin, düşmənin başı üzərində daim hazır olan dəmir yumruğunun və güclü Azərbaycan Ordusunun sayəsində doğmuşdur.

Xocalı artıq yalnız bir faciənin simvolu deyil, həm də Azərbaycanın gücünün, xalqımızın yenilməzliyinin, dövlətimizin əzmkarlığının göstəricisidir. Bu gün Xocalıda açılan hər səhər yeni bir ümid, yeni bir başlanğıc deməkdir. Bir zamanlar qanla yoğrulmuş torpaqlarda indi həyat yenidən canlanır. Xocalıda yeni körpələr dünyaya göz açır, dağıdılmış evlərin yerində müasir şəhər salınır, illərlə həsrət çəkən xocalılar öz doğma yurdlarına qayıdırlar.Vaxtilə ata-baba torpağından didərgin düşənlərin ruhu bu gün Xocalıda rahatlıq tapır. Azərbaycanın cəsur və uzaqgörən lideri, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Xocalı yenidən dirçəlir, xoş günlərini yaşayır. Xocalı artıq məğlubiyyətin deyil, qələbənin, Böyük Qayıdışın və gələcəyə ümidin simvoluna çevrilib. Bu gün biz yalnız Xocalını yad etmirik, həm də onun bərpasını, dirçəlişini, tarixə yazılan yeni şanlı səhifələrini qeyd edirik. Azərbaycan xalqı üçün Xocalı faciəsi heç vaxt unudulmayacaq, lakin bu torpaqda yenidən həyatın bərqərar olması, haqlı mübarizənin zəfərlə nəticələnməsi tariximizin ən böyük ədalət qələbələrindən biridir.

İndi hər yeni səhər, Xocalıda bir ümidin, bir diləyin doğuşudur. Bu torpaqda artıq yeni körpələr dünyaya göz açır, həyat yenidən canlanır. Yurdundan didərgin düşənlərin ruhları, indi Xocalının azad və dinc gündəlik həyatında rahatlıq tapır. Bu gün Xocalı, Prezident İlham Əliyevin müdrik siyasəti və cəsarətli rəhbərliyi sayəsində yeni, işıqlı və firavan günlər yaşayır. Bu gün Xocalı, xalqımızın, ordumuzun və birliyimizin möhkəm təməli, igid əsgərlərimizin fədakarlığı və rəşadəti sayəsində azad və işıqlı bir gələcəyə doğru yol alır. Həmin günlərin acı xatirələri, igid döyüşçülərimizin canı bahasına qazandıqları zəfərin və millətimizin gücünün təcəssümü olaraq tarixdə qalacaq. Xocalı, artıq bir yara deyil, həm də xalqımızın qalibiyyətə olan inamının və həmrəyliyinin simvoluna çevrilib. Bugünkü firavan həyatımız, o igidlərin mübarizəsinin və şücaətinin nəticəsidir. Bu qələbə, yalnız bizə deyil, bütün dünyaya göstərdi ki, heç bir güc xalqın azadlıq və müstəqillik arzusunu sarsıda bilməz. Artıq, keçmişin ağrılarını unutmaq, sabahın parlaq ümidlərinə doğru addım atmaq mümkündür. Xocalı bu gün yalnız bir məğlubiyyətin yox, qalibiyyətin və əbədi dirçəlişin simvoludur. Xocalı qələbənin və Böyük Qayıdışın rəmzi oldu.
                                                             

Gülxarə Əhmədova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri