Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Xocalı qurbanlarının xatirəsi uca tutulur ŞƏRH

Xocalı qurbanlarının xatirəsi uca tutulur ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Xocalıya ədalət!” çağırışı illər boyu Azərbaycan xalqının həm mənəvi, həm də hüquqi tələbi kimi səslənmişdir. Bu tələb təkcə bir şüar deyil, xalqın yaddaşına həkk olunmuş ağır bir faciənin – Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması, günahkarların məsuliyyətə cəlb olunması və tarixi həqiqətin bərpası istiqamətində aparılan mübarizənin ifadəsidir.

1992-ci ilin fevral ayında baş verən Xocalı faciəsi nəticəsində yüzlərlə dinc sakin – qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilmiş, minlərlə insan yaralanmış və əsir götürülmüşdür. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyində dərin iz buraxmış, XX əsrin ən ağır humanitar cinayətlərindən biri kimi tarixə düşmüşdür. Bu faciə beynəlxalq humanitar hüququn, o cümlədən müharibə zamanı mülki əhalinin qorunmasını nəzərdə tutan konvensiyaların kobud şəkildə pozulması idi.

Azərbaycan dövləti uzun illər ərzində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl siyasət yürütmüşdür. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası müxtəlif ölkələrdə maarifləndirmə tədbirləri, konfranslar, sərgilər və parlament qərarları vasitəsilə bu faciənin tanınmasına xidmət etmişdir. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırımı və ya kütləvi qırğın kimi tanımış, bununla da tarixi həqiqətin təsdiqinə öz töhfələrini vermişlər.

Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığıdır. Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllinə üstünlük vermiş, danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmişdir. Lakin beynəlxalq hüququn norma və prinsipləri icra olunmadıqda, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədikdə və işğal faktı davam etdikdə, dövlətlərin öz suveren hüquqlarını təmin etmək üçün addımlar atmaq hüququ mövcuddur.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu proses beynəlxalq hüququn tanıdığı suverenlik və özünümüdafiə hüququ çərçivəsində həyata keçirilmişdir. Döyüş meydanında əldə olunan qələbə yalnız hərbi-siyasi nəticə deyil, eyni zamanda uzun illər pozulmuş ədalətin bərpası kimi qiymətləndirilir. Bu qələbə ilə Azərbaycan BMT tərəfindən tanınmış sərhədləri daxilində öz suveren hüquqlarını təmin etmiş oldu.

“Xocalıya ədalət!” tələbi məhz bu kontekstdə tarixi və hüquqi məna kəsb edir. Ədalət anlayışı intiqam deyil, beynəlxalq hüququn aliliyinin təmin olunması, cinayətlərin cəzasız qalmaması və gələcəkdə belə faciələrin təkrarlanmaması deməkdir. Azərbaycan xalqı üçün ədalət – Xocalı qurbanlarının xatirəsinin uca tutulması, onların əziz xatirəsinin beynəlxalq səviyyədə tanınması və günahkarların məsuliyyətə cəlb olunmasıdır.

Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu proses həm də ədalətin praktik təzahürüdür. Çünki torpaqların azad olunması ilə yanaşı, həmin ərazilərdə həyat yenidən bərpa olunur, dağıdılmış şəhər və kəndlər yenidən qurulur, mədəni və tarixi abidələr bərpa edilir.

Beləliklə, “Xocalıya ədalət!” tələbimiz həm mənəvi, həm siyasi, həm də hüquqi baxımdan tam haqlıdır. Bu ədalətin döyüş meydanında təmin edilməsi isə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin özünümüdafiə hüququna və tarixi ədalətin bərpası zərurətinə əsaslanır. Əsas məqsəd regionda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasıdır. Xocalı qurbanlarının xatirəsi isə hər zaman xalqımızın yaddaşında yaşayacaq və ədalət uğrunda mübarizəmizin simvolu olaraq qalacaqdır.

Əmir Babayev

YAP Şərur rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see455

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see330

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see318

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see302

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see297

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see273

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see259

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see256

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see236

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see230

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see221

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see221

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see218

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see209

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see207

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see204

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see203

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see198

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri