Icma.az
close
up
RU
Xocalı sakinləri qalib xalqın nümayəndəsi kimi qürurlu şəkildə öz yurdlarına geri dönürlər POLİTOLOQ ŞƏRH ETDİ

Xocalı sakinləri qalib xalqın nümayəndəsi kimi qürurlu şəkildə öz yurdlarına geri dönürlər POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ermənistanın 1988-ci ildən açıq müstəviyə keçən Azərbaycana qarşı ərazi iddiaları nəticəsində formalaşan keçmiş Dağlıq Qarabağ münaqişəsi dövrünün ən faciəli, tarixdə yayı-bərabəri olmayan qanlı hadisələrindən biri də təbii ki, Xocalıda baş vermiş soyqırımı olub. Xocalı faciəsi bütövlükdə dünyada bir dövlətin digərinə qarşı XX əsrdə etnik təmizləmə siyasəti zəminində törətdiyi ən dəhşətli soyqırımlarından biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elmir Səftərov deyib.

Onun sözlərinə görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin uzunmüddətli planlarının tərkib hissəsi olan bu faciədə ümumilikdə Xocalı şəhərinin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti ilə əldə edilən Vətən müharibəsi və antiterror zəfərləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Beləliklə, 1992-ci ildən bəri Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində yaşadan, həyatında daşıyan xocalı sakinləri artıq qalib xalqın nümayəndəsi kimi qürurlu şəkildə öz yurdlarına geri dönürlər. Tarixi ədalətin bərpa olunması nəticəsində, həmçinin bu gün bütün şəhidlərimizin ruhları şaddır. Uzun illər ərzində ağrı-acı ilə yad etdiyimiz Xocalı faciəsi, artıq Azərbaycan xalqının sarsılmaz birliyinin, vətəndaş həmrəyliyinin simvoluna çevrilib.

Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də gündən-günə dirçəlir. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin də artıq doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün Xocalı azad olsa da, faciənin mahiyyətini, orada olanları illər, əsrlər keçsə də gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see370

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see284

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see178

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see153

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see148

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see137

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see130

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see129

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see124

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see123

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see122

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see121

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see121

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri