Xocalı şəhərinə daha 136 sakin köçürülüb FOTO
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 21-də Xocalı şəhərinə novbəti köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, 136 nəfərdən ibarət 25 ailə doğma yurduna qayıdıb.
Sakinlər uzun illərdir respublikanın müxtəlif ərazilərində çətin şəraitdə məskunlaşmış ailələrdən seçilib. Xocalıya çatan ailələr Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri tərəfindən qarşılanıb.
Yeni evlərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Xocalıya növbəti köçün həyata keçirilməsi həm tarixi, həm də rəmzi məna daşıyır: “Uzun illər həsrətində olduğumuz Xocalıya geri dönüşün daha bir mərhələsinə şahidlik edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ‘Böyük Qayıdış’ proqramı işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən canlanmasını təmin edir. Bu gün Xocalının yenidən dirçəlməsi Azərbaycan dövlətinin gücünün, xalqın iradə və birliyinin göstəricisidir”.
S. Qəhrəmanovun sözlərinə görə, Xocalıda genişmiqyaslı tikinti-quruculuq işləri davam edir və köç mərhələli şəkildə həyata keçirilir. Artıq Xocalı şəhəri ilə bərabər rayonun bir neçə kəndinə də insanların qayıdışı davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 21 Noyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















