Icma.az
close
up
RU
Xocalıda 11 doğmasını itirərək, kənddə ən çox şəhid verən ailə olub

Xocalıda 11 doğmasını itirərək, kənddə ən çox şəhid verən ailə olub

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“1980-ci ildə Xocalıda anadan olmuşam. Hadisələr baş verəndə mən Ağdamda, ailə üzvlərimin hamısı Xocalıda idi”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Oxu.az-a Xocalı faciəsində 11 yaxınını itirən Zərif Zəkəra qızı Quliyeva deyib.

“Atışma çox güclü idi, hər kəs canını qurtarmağa çalışırdı. Kiçik qardaşım ailəsinin aralı düşdüyünü eşidib geri qayıdıb ki, onları tapsın. O, çox mərd idi. Üstündə qumbara olduğu deyilib mənə. Qumbara ataraq dörd ermənidən qisas alıb. Daha sonra ona tərəf qumbara atılıb. Həmin partlayış zamanı qardaşım ağır yaralandığı üçün qucağındakı uşaqla orada şəhid olub. Böyük qardaşımın adı Əkbər, kiçik qardaşımın isə Taleh idi”, - o bildirib.

Z.Quliyeva qeyd edib ki, Xocalı soyqırımında ailəsi çox ağır itkilər verib: “Atam, anam, iki qardaşım, qardaşlarımın övladları, bacım, bacımın qızı, böyük bacımın oğlu - hamısı şəhid oldu. Bir gecənin içində səkkiz şəhid verdik. Sonrakı illərdə iki bacımın yoldaşları şəhid oldu. Ümumilikdə Quliyevlər ailəsi olaraq 11 şəhid verdik. Bununla da, kəndimizdə ən çox şəhid verən ailə olduq. Böyük bacım həm şəhid ailəsi üzvüdür, həm də şəhid anasıdır. Onun 17 yaşlı oğlu atəş altında qalaraq həlak olub. Hadisələrdən sonra Ağdamda xocalıları qarşılama mərasimində iki bacım gəldi. Qardaşlarımızdan xəbər yox idi. Daha sonra qardaşımın yoldaşı ilə səkkiz yaşlı qızı gəldi. Hər ikisi yaralı idi. Qardaşım qolundan, qardaşımın qızı isə qarnından güllə yarası almışdı. Qızı çox keçmədən dünyasını dəyişdi.

Biz Ağcabədiyə getdik. Qardaşım, qardaşımın qızı və əmimin gəlini bizdən əvvəl oraya aparılmışdılar. Atamla anamdan isə hələ xəbər yox idi. Martın 5-i və 6-da atamın və anamın meyitləri gəldi. Martın sonlarında böyük qardaşımdan da xəbər çıxdı. Sonra bacımgilin meyitlərini gətirdilər. Onlar Ağdamda dəfn olundular. Həmin vaxt heç kim Ağdamın işğal olunacağını düşünmürdü. Başımız bir cənazədən digərinə qarışmışdı. Böyük qardaşım barədə bir müddət “sağdır, əsir düşüb” deyirdilər. Onu çox gözlədik. Ard-arda itkilər verdik. Ermənilərin öldürdükləri böyük qardaşımın 29, kiçik qardaşımın 24, bacımın 26 yaşı vardı. Atam 53, anam 58 yaşında idi. Şəhid olan uşaqların səkkiz və iki yaşı vardı. Bacımın oğlu 17 yaşında idi. Çox ağırdır, danışmaq çətindir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri