Icma.az
close
up
RU
Xocalıda işləyən ustanın başına gələnlər: silah tapdı, təhvil vermədi və...

Xocalıda işləyən ustanın başına gələnlər: silah tapdı, təhvil vermədi və...

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Goranboy sakini olan usta Xocalıdakı evlərdə təmir işi ilə məşğul olarkən oradan odlu silah – 7.62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı avtomat tapdığını bildirir.

Bizimyol.info xəbər verir ki, əslən Kəlbəcərdən olan, lakin Goranboy rayonunun Qaraçinar kəndində yaşayan 1982-ci il təvəllüdlü Gündüz Əliyev qanunsuz silah saxlama ittihamı ilə həbs olunub. İttihama əsasən, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına onun üzərində silah olması barədə əməliyyat məlumatı daxil olub. Polislər onun Xocalıdan gələrkən yolda mindiyi “Ford Transit” markalı avtomobili saxlayıb. Avtomobilin yük yerinə baxış keçirərkən çantanın içindən yorğana bükülmüş silah tapılıb. O, etiraf edib ki, silah ona məxsusdur və rəngsaz işlədiyi Xocalı rayonunun Ballıca kəndindəki evdən tapıb. Onun sözlərinə görə, ailəsini dolandırmaq üçün ustalıqla məşğuldur.

“Bakı Abadlıq” şirkəti Xocalı rayonu ərazisində iş götürüb və orada dağılmış evlərin təmiri ilə məşğuldur. O da, həmin şirkətlə razılaşaraq, Xocalı rayonu Ballıca kəndi ərazisində fərdi yaşayış evlərinin rəngsaz işlərini görüb. Təmir etdiyi evdə tək işlədiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, həyətyanı sahədə təxminən 500-mm diametrində, 2 metr uzunluğunda dəmir borunun olduğunu görüb. Həmin dəmir boru diqqətini cəlb etdiyi üçün içinə baxıb və qundağı qatlanmış avtomat olduğunu görüb. Bundan sonra, həmin silahı götürüb ki, Goranboya – yaşadığı evə aparsın: “Evdə olan yorğana bükdüm. Öz geyimlərimi yığdığım iri çantanın içinə qoydum. Axşam saat 6 radələrində yol kənarına çıxdım. Xankəndi-Ağdam yolunda ağ rəngli “Ford Transit” markalı yük avtomobilinin gəldiyini gördüm. Əl edib, saxlamasını istədim. Sürücü saxladı”.

Təqsirləndirilən şəxs əlavə edib ki, sürücü çantanın içində silah olduğunu bilməyib. Yolda onları polislər saxlayıb.

Goranboy Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi dəfələrlə ictimaiyyətə müraciət edərək, silahları könüllü şəkildə təhvil verməyə çağırıb. Silahı könüllü şəkildə təhvil verən şəxs cinayət məsuliyyətindən də azad olunur.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 İyul 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri