Icma.az
close
up
RU
Xocalıda oftalmoloji aksiya keçirilir

Xocalıda oftalmoloji aksiya keçirilir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası Xocalı rayonunda tibbi aksiya keçirir.

AZƏRTAC xəbər verir ki, aksiya 20-21 noyabrı əhatə edir.

Aksiyanın məqsədi azad edilmiş ərazilərdə yaşayan əhalinin keyfiyyətli oftalmoloji xidmətlərə əlçatanlığını artırmaq və göz sağlamlığının qorunmasına dəstək verməkdir. Aksiya müddətində sakinlər üçün geniş oftalmoloji müayinələr aparılacaq, görmə problemləri erkən aşkarlanacaq və mümkün olduqda ilkin tibbi yardım göstəriləcək. Müayinələr nəticəsində ciddi patologiyalar aşkarlanarsa, həmin vətəndaşların daha ətraflı diaqnostika və müalicəsi üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndirilməsi təmin olunacaq.

Müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunan Avtomobil Səyyar Klinikası 2005-ci ildən fəaliyyət göstərir. Bu klinikanın yaradılmasında əsas məqsəd əhalinin vaxt itirmədən, yaşadığı bölgələrdə keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaratmaqdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi illərdir ölkənin müxtəlif regionlarında humanitar tibbi aksiyalar həyata keçirir və bu tədbirlərin sayı ildən-ilə artır. Mərkəzin bütün filialları ən müasir texnologiyalarla təmin olunub, burada təcrübəli və beynəlxalq təlimlər keçən həkim-oftalmoloqlar fəaliyyət göstərirlər. Bundan əlavə, səyyar xidmətlərin daha da genişləndirilməsi məqsədilə 2018-ci ildən etibarən Dəmiryolu Səyyar Klinikası da əhaliyə xidmət göstərməyə başlayıb.

Qeyd edək ki, müayinələrdən faydalanmaq istəyən sakinlər (+994 50) 891 94 51, (012) 568 28 90 nömrəli telefonlara zəng edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see263

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see258

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see241

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see233

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see218

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see211

Fazil Mustafadan hadisə kimi MÜSAHİBƏ: “Onlar səadəti Mehdinin zühurunda axtarır”

08 Avqust 2026 09:24see209

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see201

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see194

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see183

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see176

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see176

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see171

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see171

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see168

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see166

Məlumatsız informasiya mərkəzi

08 Avqust 2026 09:35see163

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see156

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see155

PAŞİNYAN KREMLDƏN İCAZƏ ALINA BİLMƏYİB Bunu təkcə biz yox, ABŞ da görür...

08 Avqust 2026 16:48see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri