Icma.az
close
up
RU
Xocalıda yeganə məktəb direktoru: Ağırlıq etməsin deyə corablarını çıxarıb qaçırdılar

Xocalıda yeganə məktəb direktoru: Ağırlıq etməsin deyə corablarını çıxarıb qaçırdılar

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir ad insan qəlbini yaralaya bilərmi? Torpağın qoxusu fərqli ola bilərmi?!

Ərazisi kiçik, əhalisi az, dərdi böyük Xocalı.  

Xocalıda bircə məktəb var. Oranın direktoru Nəvai müəllimlə biz ilk dəfə Xocalıda tanış olmuşduq. Çox qəribə hiss edirdim. Ömrümdə ilk dəfə həmin yerlərə ayaq basırdım. Qəhər bassa da, qürur və fərəh hissi də gözümü güldürürdü. Nəvai müəllim bir vaxtlar oxuduğu məktəbə direktor olaraq qayıdıb, oranın təhsilini dirçəltmək uğrunda bütün gücünü səfərbər edirdi.

Məktəbdəki, xüsusən ibtidai siniflərin və məktəbəhazırlıq qruplarının siniflərini bizə göstərəndə onun gözləri bir ayrı parıldayırdı. “Heç bir el-oba uşaqsız qalmasın”,- deyirdi.  

Məktəbin pəncərəsindən baxanda, “Hə, bax, orada olmuşdu soyqırım…”, - deyirdi.

Modern.az xəbər verir ki, AzEdu.az illər sonra yurduna dönən Xocalılı direktor Nəvai Həsənovlahəmsöhbət olub.

- Azad Xocalının ilk direktorunu daha yaxından tanımaq istəyərik.

- Mən, Həsənov Nəvai İmran oğlu.1979-cu ildə Xocalı şəhərində anadan olmuşam. Birinci sinifdən altıncı sinfədək Xocalı şəhərində 1 nömrəli tam orta məktəbində oxumuşam.1992-ci ildə məlum “Xocalı faciəsi” zamanı ailəmizlə birlikdə Xocalını tərk etmişəm. 1992-ci ildən 2011- ci ilədək Naftalan şəhərində məskunlaşmışdıq. 2011-ci ildən isə Goranboy şəhərində məcburi köçkünlər üçün salınan qəsəbədə həyatımızı davam etdik. Xocalı şəhər 1 nömrəli tam orta məktəb 1992-ci ildən Naftalan şəhərində fəaliyyətə başlayandan təhsilimi həmin məktəbdə davam etdirdim. Məzun olduqdan sonra 1996-cı ildə Gəncə Dövlət Universitetinə daxil oldum. 

2000-2001-ci ildə hərbi xidmətə yollandım. 2000-ci ildən məzunu olduğum Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə ilk pedaqoji fəaliyyətimə başladım. 2005-ci ildən 2023-cü ilədək  Xocalı Rayon təhsil Sektorunda metodik kabinetin müdiri, 2023-cü ildə isə direktorların işə qəbulu imtahanında uğur qazanaraq vakant olan Xocalı şəhər 1 nömrəli tam orta məktəbə direktor təyin olundum.

- Ara-sıra yollarınız ayrılsa da, tale sizi Xocalı məktəbinə bağlayıbmış sanki.Nəvai müəllim, soyqırımındanöncəki günlər Xocalıdakı həyat xatirinizdə necə qalıb?

- Faciəyə qədər biz xocalılar çox əziyyət çəkdik. Hər gün gecə-gündüz demədən şəhəri müxtəlif silahlardan atəşə tuturdular. 1988-ci ildən başlayan erməni iddiaları hər tərəfdən mühasirədə olan Xocalını daha çox çarəsiz qoymuşdu. Xocalının ətrafındakı yaşayış məntəqələrinin hamısı erməni şəhər və kəndləri idi. Xocalı həm də strateji bir ərazidə yerləşirdi. Normal uşaqlar kimi biz çıxıb küçədə oynaya bilmirdik. Anidən iri çaplı silahlara, yaxud raket atəşlərinə məruz qalırdıq. Onlar bu cür hərəkətlərlə bizi qorxudub qovmaq istəyirdilər. Ancaq çətin də olsa biz Xocalıda qalıb yaşamağı üstün tuturduq.

- Həmin gecə hücumlardan necə xəbər tutdunuz? Sizin eviniz hadisənin baş verdiyi əraziyə yaxın idi?

- Faciə baş verən gecə biz də Xocalıda idik. Həmin günün bizim üçün “adi” günlərdən biri olduğunu sanırdıq. O vaxt böyük qardaşım Xocalı özünümüdafiə bataliyonunda xidmət edirdi. Artıq ermənilər 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalının qərb istiqamətindən ağır zirehli texnika və tanklarla hücuma keçmişdilər. O zamanlar  xocalılarda yüngül silahlar var idi. Onlar da tank və PDM qarşısına çıxmaq üçün yetərsiz idi. 

Qardaşım postdan gəlib bizə xəbər verdi ki, artıq ermənilər şəhərə daxil olub. Hücum olunan istiqamətdən əhali çıxıb. Təəssüf ki, bundan sonra biz də öz doğma evimizi, yurdumuzu tərk etməli olduq.

- Ev-eşiyinizdən qaçmalı oldunuz… Sonra nə oldu bəs? Yolda başınıza nələr gəldi?

- Həmin gecə ailəmizlə birlikdə biz də qarlı meşələrə üz tutduq. Meşənin ətəyində insanlar o qədər idi ki, getdikcə yaxınlarını yolda itirə bilirdin. Şaxtalı fevral gecəsi meşəyə qalxmaq üçün əhali hələ Qarqar çayını da keçməli idi. Təşvişə düşmüş insanlarla məcburən Qarqar çayını keçməli olduq. Nəhəng insan seli, qaranlıq meşə içərisində adamlar bir-birini itirirdilər. Evdən bir yerdə çıxsaq da yolda qardaşımı itirdik. Hamı meşədə kimi isə axtarırdı. Qarlı-şaxtalı gecə, dərə-təpə yollar. Biz də hamı kimi Ağdam istiqamətinə yola düşdük. Yolda fikrimiz hələ də qardaşımda idi. Yolun yarısında qardaşım gəlib bizi tapdı. Anamı,qardaşımı,bacımı və məni atam Naxçıvanik-Əsgəran yolundan Ağdam istiqamətinə keçirib özü geri döndü. Çünki geridə qoca nənəm və iki bibim də vardı. Biz atamsız Ağdama çatdıq. Ağdamda yerli əhali bizləri qarşılayırdı. Bizi qohum evinə apardılar. Atamdan xəbər çıxmadı. Hər gün gələn meyitlərin arasında biz də öz yaxınlarımızı axtarırdıq. 

Fevralın 28-də Ağdam məscidinə gətirilən meyitlərin arasında atamın da meyiti var idi... Onda azyaşlı olsam da, insanların qışqırığı, ah-naləsi hələ də qulaqlarımdadır. Atamı o vaxt Ağdam Şəhidlər xiyabanında dəfn etdik. Ancaq nənəm və bibilərimin taleyindən hələ də xəbərimiz yoxdur…

İnsanlar yolda o qədər taqətdən düşmüşdülər ki, ayaqlarından corablarını çıxarıb atırdılar ki, barı o ağırlıq etməsin. Yolda dayanan, dincəlmək istəyən insanları görürdük. Düzdür, mən onları tanımırdım, amma sonradan öyrəndim ki, onların çoxu donub ölüb, ya da bədənlərinin hansısa hissəsi donvurmaya məruz qalıb...

Biz Naxçıvanik yolunu keçəndən bir az sonra ermənilər həmin yolu BTR-lə kəsib, Ağdam tərəfə gələn insanları gülləboran etmişdilər. Hələ caamaatın çoxu Xocalı istiqamətindən gəlirdi. Düzənlikdə insanların gizlənməyə də yeri yox idi. 

Bəzi şahidlər deyir ki, güllədən qorunmaq üçün meyitlərin arxasında gizlənirdik. “Xocalı soyqırımı"nın hər bir iştirakçısı ayrı-ayrı dəhşətləri yaşayıb.                                        

- Hər xocalılı fərqli tale yaşasa da, onları ortaq bir məfhum bağlayır - “İtirmək".  Evini-eşiyini, ailəsini,doğmasını, yurdunu, nəhayət öz canını…

Həmin gündən sonra sizin həyatınız necə dəyişdi?

- Atamın 7 mərasimindən sonra ailəmizlə birlikdə Naftalan şəhərində sanatoriyada məskunlaşdıq. İlk illər çox çətin keçdi. Ailə başçısını itirmiş bir qadın və 4 övladı… Həm mənəvi həmdə maddi cəhətdən hər şeyimizi itirmişdik. Ayaqda qalmaq çətin idi, ancaq dözdük, mən məktəbi davam etdirib, ali təhsil aldım və zamanla çətin günlərimiz yavaş-yavaş geridə qaldı.

- Çox şükür, yalınayaq qaçan məktəbli, indi direktor kimi Xocalıya- yurduna dönüb.

Heç olurmu ki, bəzən gözünüz boşluğa dalıb, əvvəlki günləri sizə xatırlatsın? Xocalınızdan əsər əlamət qalıbmı?

- İndi ətrafa baxıram əvvəlki Xocalıdan əsər əlamət qalmayıb. Uşaqlıqda oynadığım yerlərin heç biri yoxdur. Qonşularımızın evləri dağlıb. Xocalının hər iki tərəfindən çay axırdı. İndi onun da biri quruyub. Həmin çaylardan balıq tutardıq. Heyif ki, o günlərin davamını gətirmək olmur. Xocalının hər tərəfindən bulaqlar qaynayırdı. İndi onların çoxu quruyub. Xatirələrimin hamısı 33 il əvvəldə qaldı. Sanki təbiəti də üzdəniraqlar küsdürüblər…

- Nəvai müəllim, Xocalıya qayıdanda nələr canlandı gözünüzdə?

- Hazırda ata evimizin yerində mənə yeni ev tikilir. Xocalıdan çıxanda ancaq meşədən evlərin yandığını gördüm. Sonrakı həyatımız isə ağrı verən anlarla qaldı xatirimdə. Buraya qayıdanda bir müddət Xocalılı həyatımın 13 ili gözlərimin qarşısında canlandı. Ailəmiz, xoşbəxt günlərimiz, 33 il müddətində itirdiyimiz doğmalar…

Biz xocalılar həyatda elə ağır günlər yaşadıq ki…

Mən heç vaxt düşünmədim ki, kiməsə özümü acındırıb bu həyatda yer tapım. Özümü inkişaf etdirib məqsədimə nail olmağa çalışmışam.

- Biz Xocalıda olanda bildirmişdiniz ki, bu məktəbin pəncərəsindən baxanda görünən ərazidə yaşanıb faciə... Biz baxanda orada fəsillərin gətirdiyi fərqlilikləri görürük, bəs Nəvai müəllim baxanda nə görür?

- Həmin əraziyə müxtəlif aylarda, fəsillərdə baxanda gözəl görünür. Ancaq fevral ayı baxanda insanın gözlərinin önündə faciə iştirakçısı kimi tamam başqa bir mənzərə açılır. 

Buna baxmayaraq bu gün biz Xocalıdayıq. Evimizə qayıtmışıq. Xocalılar 33 il əvvəl bu torpaqda necə xoşbəxt yaşayırdılarsa, indidən sonra da elə yaşayacaqlar. Xocalını gələcək nəsillər qurub tikəcək və gözəlləşdirəcək. Allah bir daha xalqımızı bu cür faciələrlə sınağa çəkməsin. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri