Icma.az
close
up
RU
Xocalının sabiq icra başçısı: Bütün ərazilərimizin işğalında 366 cı alay iştirak edib, bütün cinayətlərə ortaq olub

Xocalının sabiq icra başçısı: Bütün ərazilərimizin işğalında 366 cı alay iştirak edib, bütün cinayətlərə ortaq olub

Icma.az, Oxu.az-ə istinadən məlumat verir Xocalının sabiq icra başçısı: Bütün ərazilərimizin işğalında 366 cı alay iştirak edib, bütün cinayətlərə ortaq olub.

"Mənimlə əlaqə saxladılar ki, ermənilər heç bir əməliyyat keçirməyəcəklər, sadəcə, bizi aldadırlar. Əksinə, ermənilər özləri satqındırlar, bir-biri ilə əməliyyat keçirib-keçirməməklə bağlı mübahisə edirlər. Gedin, başınıza çarə qılın!"

Bunu Oxu.Az-a müsahibəsində Xocalı rayonunun sabiq icra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov deyib. Sabiq icra başçısı ilə birlikdə tarixə ekskurs edərək həmin dövrün siyasi-ictimai mənzərəsini canlandırmağa çalışdıq. Müsahibəni təqdim edirik:

- Elman müəllim, Xocalı faciəsinə gedən yol necə başladı və bu prosesləri necə xatırlayırsınız?

- 1988-ci ildə ermənilər tərəfindən "miatsum" şüarı ilə başlayan konflikti, əslində, onlar uzun illər gündəmdə saxlayırdılar. Yəni Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaranandan sonra heç bir hüququ əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti də yaradıldı və həmin gündən bu proses heç vaxt səngiməmək şərti ilə start götürdü. 1987-ci ildə Mixail Qorbaçov erməni fitnə-fəsadına razılıq verdi. Ermənilər də bu məsələnin onların lehinə həll edilməsini çoxdan istəyirdilər, sadəcə, məqam yetişmirdi. Lakin SSRİ-yə Qorbaçov kimi xəyanətkar, erməni siyasətini dəstəkləyən rəhbər gələndən sonra bu hadisənin reallaşması üçün razılıq verildi. Bir sözlə, fitnə mənbəyi Moskva və Amerika Birləşmiş Ştatları, Fransa və bir çox dövlətlərdə olan müəyyən siyasətçilər idi. Onlar Qorbaçovun razılığını almaq üçün ona təzyiq göstərirdilər. Eyni zamanda, bir sıra dövlətlərin kilsə rəhbərləri, din xadimləri də bu məsələdə siyasətçilərdən heç də geridə qalmırdılar. Yəni bu proses üçün artıq zəmin formalaşdırılmışdı və nəticə də məlumdur. Təsəvvür edin, eyni bir dövlətin tərkibində olan iki müttəfiq respublika bir-birinə qarşı elan olunmamış müharibəyə başlayıb, əsas söz sahibi Moskva isə ermənilərin xeyrinə fətva verir.

- Bəs bu gedişatı dayandırmaq, yaxud vəziyyəti dəyişdirmək heç bir halda mümkün deyildi?

- Əgər Moskva istəsəydi, olardı. Ancaq Moskva bunu istəmədi və hadisələr olduğu kimi davam etdi. Hətta 1991-ci ilin payızına qədər bu, milli zəmində bir münaqişə olsa da, bundan sonra qarşıdurma müharibəyə çevrildi. Bu müharibədə Ermənistan dövlət kimi iştirak etsə də, bizim müqavimətimiz şəhər, rayon, kənd səviyyəsində idi. Səbəb isə ölkəyə rəhbərlik edənlərin məsuliyyətsizliyi, səriştəsizliyi və səhlənkarlığı idi. Çünki rəhbər olmaqla lider olmaq ayrı-ayrı anlayışlardır. Lider olmaq xalqın, vətənin müqəddəratına məsuliyyətlə yanaşmaq və öndə gedən komandan olmaqdır. O dövrdə bunları edə bilən, lider səviyyəsində rəhbərimiz yox idi. Halbuki bugünkü Azərbaycan xalqı o dövrdə də var idi, xalq həmin xalqdır, amma xalqa rəhbərlik edən lider və komandan çatmırdı.

Əslində, bizim məğlubiyyətimizin əsas səbəblərindən biri də bu idi. Hətta 1992-ci ilin 24 fevralında o dövrdəki rəhbər şəxslərdən biri mənə zəng edib dedi ki, "Qorxmayın, gəlmişəm! Ağdamdayam. Sabah çayımızı Xocalıda içəcəyik". Təbii ki, bizim, onsuz da, gedəcək yerimiz yox idi və bizə belə ümid verə-verə dəstəyimizə yetişən olmadı. Xocalı 1991-ci ilin noyabrından işğal olunan günə qədər mühasirədə qaldı. Bakı ilə əlaqəmiz bir telefonla idi, bir də vertolyot. Vertolyot da hər şəraitdə uçmurdu. Çünki hava şəraiti, vurulmaq təhlükəsi və digər bu kimi təhlükəli məqamlar əlaqələrimizi məhdudlaşdırırdı. 1992-ci ilin 28 yanvarında Ağdamdan Şuşaya uçan vertolyot Xankəndidə ermənilər tərəfindən vuruldu və bununla da mülki vertolyotların Xocalıya uçuşu dayandı. Mən sonuncu dəfə fevralın 13-də Gəncədəki hərbi aeroportdan vertolyotları müəyyən vasitələrlə iki dəfəyə və hərəsində üç vertolyot olmaqla Xocalıya gətirə bildim.

- Ermənilərin hücumu necə başladı? Qəfildən, ya hücum başlayanda artıq bilirdiniz?

- Fevralın 25-də ermənilər tərəfdən bir dənə də olsun güllə atılmırdı. Elə bir sükut çökmüşdü ki, sanki belə bir şey olmayıb və olmayacaq. Bizim yerli sakinlərin Ağdamda olanlarından bəziləri və prokurorumuz Atakişi Atakişiyev mənimlə əlaqə saxladılar ki, ermənilər heç bir əməliyyat keçirməyəcəklər, sadəcə, bizi aldadırlar. Heç bir əməliyyat olmayacaq, əksinə, ermənilər özləri satqındırlar, bir-biri ilə əməliyyat keçirib-keçirməməklə bağlı mübahisə edirlər. Gedin, başınıza çarə qılın!

- Başınıza çarə qılın deyərkən nəyi nəzərdə tuturdular? Mübarizə aparmaq, ya getmək?

- O zaman Xocalının müdafiəçiləri yarısilahlı özünümüdafiə qüvvələri idi. Onlar da xocalılar idi. Həmin vaxt Azərbaycan əhalisinin sayı təxminən səkkiz milyon nəfər idi, lakin Xocalıya dəstək üçün cəmi 21 nəfər könüllü gəlmişdi. Onların da 12-si Xocalı soyqırımında qəhrəmancasına şəhid oldu. O zaman Azərbaycanı idarə edənlər bizi köməksiz qoydular. Biz dörd ay mühasirədə yaşadıq. Bu müddət ərzində Azərbaycan rəhbərliyinə yalvardıq, tələb və xahiş etdik ki, bizə kömək etsinlər, mülki əhalini ərazidən çıxaraq, döyüşçülər isə qalıb mübarizə aparsınlar, ancaq heç bir faydası olmadı. Halbuki Ağdam ilə Xocalı arasındakı məsafə 16 kilometr idi. Əgər Ağdamdakı Azərbaycana məxsus hərbi qüvvələr Əsgərandan yolu açıb Xocalıya keçsəydilər, təbii ki, biz məğlub olmayacaqdıq. Ancaq bunu etmədilər və fevralın 25-i axşam saat 19-20 radələrində mənə bütün postlardan məlumatlar daxil oldu ki, düşmən hər tərəfdən hərbi texnika ilə Xocalıya doğru irəliləyir. Halbuki ermənilərin o zaman nə tankı var idi, nə topu, nə də ayrı bir artilleriyası, bütün hərbi texnika Xankəndidə dislokasiya olan 366-cı motoatıcı alaya məxsus idi.

Bu alay tamamilə ermənilərin tərəfində idi və Xocalıya hücum zamanı həmin alayın bütün canlı qüvvəsi və hərbi texnikası bu hücumda iştirak edirdi. Bunu yalnız biz demirik, Xocalıya hücum gecəsi Xankəndidə olan hərbi jurnalist Viktoriya İvleva da öz xatirələrində yazır ki, şəhərə hücumda 366-cı alayın bütün hərbi texnikası və canlı qüvvəsi iştirak edib. Onlar irəlidə, ermənilər isə onların arxasında gedirdilər. Bunu da rus jurnalist Viktoriya İvleva yazır, çünki həmin hücumda onun özü də jurnalist kimi iştirak etmişdi. Ermənilər həm Rusiyadan, həm də başqa dövlətlərdən müxtəlif yollarla 30-dan çox jurnalist gətirib 366-cı alayın qərargahında saxlayırdılar. Həmin jurnalistləri təlimatlandırmışdılar ki, hücum vaxtı gördüyünüzdən asılı olmayaraq belə yazacaqsınız: "Hücum edən tərəf azərbaycanlılar, qırğına məruz qalan isə ermənilərdir". Bunu Viktoriya İvleva yazır. Yəni bu, real sübutdur. Beləliklə, Xocalıya hücum başladı. Qüvvələr nisbəti qeyri-bərabər idi. Ermənilər tərəfdən 366-cı motoatıcı alay, Xankəndi və bütün ətrafdakı ermənilərin quldur dəstələri və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən erməni terror təşkilatlarının üzvləri iştirak edirdilər. Təbii ki, biz bu qüvvələrin qarşısında tab gətirə bilməzdik.

- Sözün əsl mənasında xocalılar təkbaşına birləşmiş qüvvələrə qarşı mübarizə aparıblar...

- Elədir. Təəssüf ki, o dövrdə bunlar açıqlanmırdı, məlumatlar yox idi, ancaq artıq bütün məlumatlar ortadadır. Məsələ burasındadır ki, 366-cı motoatıcı alay təkcə Xocalının yox, Xocalıdan əvvəl fevralın 11-də Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalında, fevralın 17-də isə Xocavəndin Qaradağlı kəndində törədilən qətliamda iştirak etmişdi. Bu qətliamlarda yüzə yaxın dinc sakin qətlə yetirildi. Bir sözlə, bütün ərazilərimizin işğalında həmin alay iştirak edib və bütün cinayətlərə ortaq olub.

- Faciənin baş verdiyi gecəni necə xatırlayırsınız?

- Fevralın 25-i axşam saatlarında məlumatlar gəldi ki, bir neçə istiqamətdən Xocalıya tərəf hərbi texnika irəliləyir. Bu proses təxminən üç saata qədər davam etdi. Artıq saat 23 radələrində Xocalıda qətliam başladı. Özümüzü müdafiə etmək üçün isə bizdə silah yox idi. Təsəvvür edin, Xocalı od tutub yanır, alov göyə qalxırdı. 16 km məsafədən Ağdamda camaat Xocalıdan qalxan alovu görüb deyirdi ki, Xocalı yanır və heç bir kömək yoxdur. Biz bir neçə saat tab gətirə bildik. Əhali gecə saat 3-dən sonra məcbur şəhəri tərk etməyə başladı.

Biz Qarqar çayından keçib Kətik meşəsi ilə irəliləyərək Ağdamın Şelli və Şıxbabalı kəndləri istiqamətində gedirdik. Əhalinin bir hissəsi isə qruplara bölünərək müxtəlif istiqamətlərə dağılmışdı. Kütləvi qırğın isə Ağdam və Əsgəranın ortasında yerləşən Qaraqaya deyilən ərazidə baş verdi. Çünki orada ermənilərin səngərləri var idi. Biz erməni səngərlərini keçib neytral ərazidən Ağdam istiqamətində getməli idik. Bunun üçün Xocalı döyüşçüləri erməni səngərlərini müxtəlif yerlərdən yarır və əhali o neytral zonaya daxil olurdu ki, Ağdama gedə bilsin. Ancaq ermənilər əraziyə bələd idilər, səngərləri var idi, texnikalarını cəlb etmişdilər və atəş nöqtəsi yaratmışdılar. Həmin əraziyə gələnlər də atəş altına düşürdülər. Beləliklə, Xocalıda soyqırımı törədildi, günahsız insanlarımız ermənilər tərəfindən şəhid oldular. Təbii ki, silahsız insanlar qaçıb canlarını qurtarmalı idilər, ancaq onların xilas olmasına şərait yaradan xeyli sayda döyüşçümüz də şəhid oldu. Mənim anam, iki nənəm, xalamın oğlu və əri, qayınanam, qayınatam, iki qaynım, baldızım və dörd körpəsi, əmimin övladları - bir sözlə, 30-dan çox ailə üzvüm, qohumlarım bu faciədə şəhid oldular.

- Xocalı faciəsi ermənilərə işğalçılıq əməllərini davam etdirməkdə necə rol oynadı?

- Çox vacib məqama toxundunuz. Çünki ermənilər Xocalıda qəsdən vahimə yaratmış və vəhşilik törətmişdilər ki, azərbaycanlıların canına qorxu düşsün. Öldürdükləri insanların meyitlərini təhqir edir, tanınmaz hala salır, əsir götürülənlərin ləyaqətini alçaldırdılar. Balanın başını anasının gözünün qabağında kəsir və sonra ananı zorla ölən övladının yanına aparırdılar. Bu canilərin ideoloqlarından olan Zori Balayan "Ruhumuzun dirçəlişi" kitabında yazır:

"Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Həmçinin Xocalıda Qəhrəmanovlar ailəsi var idi. Uşaqlarının gözü qarşısında atalarını məftillə sarıyıb yandırmış, uşaqları da üstünə buraxmışdılar ki, gedin, atanızı xilas edin. Bunlar hamısı erməni vəhşiliyinin sübutlarıdır. Lakin burada yeganə günahkar ermənilər deyil, onları müdafiə edən, cinayətlərinə ortaq olan beynəlxalq qurumlar və ölkələr də günahkardır. Çünki cinayətkarı, terrorçunu, bu ideologiya ilə yaşayanı müdafiə etmək cinayətə şərik olmaq deməkdir.

- Bu cinayətə şəriklik 30 il sürsə də, nəhayət biz yalnız öz gücümüzə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Artıq Xocalı ürəyimizdəki nisgillə yanaşı, həm də alınan qisas sayəsində qürur və iftixar yerinə çevrilib.

- Bizim ərazilərimiz nə qədər ki işğal altında idi, sözümüzü heç kim eşitmirdi, lakin biz gücləndik və bizdən qorxmağa başladılar. Bu o deməkdir ki, hər şeyi güc həll edir, haqq-ədaləti bərpa etmək üçün beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə güvənmək lazım deyil, özünə güvənməlisən. Bunu ümummilli lider Heydər Əliyev, ondan sonra da Prezident İlham Əliyev güclü iqtisadiyyat, güclü ordu və onun fövqündə dayanan güclü dövlət ilə sübut etdilər. Azərbaycan beynəlxalq hüququn edə bilmədiyi, ATƏT-in keçmiş Minsk qrupunun ermənipərəst həmsədrlərinin bacarmadığı, Birləşmiş Millətlər Təşkilatının uzun illər masa üzərində qalıb icra olunmayan qətnamələrini öz gücü ilə icra etdi və şükür ki, bu gün bütün torpaqlarımız azaddır.

Bu il fevralın 19-da Prezident Xocalı rayonunun Ballıca kəndində yerli əhali ilə görüşdü, keçən il isə fevralın 26-da Xocalı şəhərində Xocalı soyqırımına həsr olunmuş kompleksin bünövrəsini qoydu. Bu gün Azərbaycanın işğaldan azad edilən bütün ərazilərində bərpa-quruculuq işləri gedir, əhali artıq Böyük Qayıdış layihəsi çərçivəsində dədə-baba yurdlarına qayıdır.

Bu, Azərbaycan xalqının və dövlətinin gücü və iradəsidir. Bunu xalq-ordu birliyi və bu xalqa və orduya rəhbərlik edən Prezidentimiz, müzəffər Ali Baş Komandamız bacardı. Mən söhbətimizin əvvəlində də dedim ki, rəhbər olmaq olar, ancaq lider və bacarıqlı komandan olmaq hamıya nəsib olmur. Bu, cənab Prezidentimizə nəsib olub.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see194

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see183

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see127

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see127

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see126

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see125

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

25 Fevral 2025 00:38see124

Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək

24 Fevral 2025 21:57see119

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see118

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see117

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see116

Müharibə bir neçə həftə ərzində başa çata bilər Trampdan açıqlamalar

24 Fevral 2025 23:24see116

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see116

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see115

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see113

Byanka Senzori bu dəfə ÇADRA geyindi

25 Fevral 2025 06:02see112

Leyla Əliyeva Forumda iştirak edir FOTOLAR

25 Fevral 2025 09:44see112

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see110

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see108

Zelenski danışır, onlar diqqətlə dinləyirlər FOTO

25 Fevral 2025 11:31see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri