Icma.az
close
up
RU
Xolesterini yüksək olanlar nəyə diqqət etməlidir:

Xolesterini yüksək olanlar nəyə diqqət etməlidir:

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı alimlər belə qənaətə gəliblər ki, qanda “pis” xolesterinin səviyyəsi yüksək olan insanlar üçün qidalanmada şəkərin azaldılması əvvəllər düşünüldüyündən daha vacib ola bilər. Əvvəllər isə əsas diqqət doymuş yağların məhdudlaşdırılmasına yönəldilirdi.

Tədqiqatın nəticələri BMJ Evidence-Based Medicine elmi jurnalında dərc olunub.

Mütəxəssislər bildirirlər ki, az karbohidratlı pəhriz xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan, artıq çəkidən, hipertoniya və ya diabetdən əziyyət çəkən insanlar üçün faydalı ola bilər.

Tədqiqatçıların fikrincə, qanda şəkərin səviyyəsini yüksəldə bilən məhsulların, o cümlədən çörək və kartofun istehlakını minimuma endirmək lazımdır. Onların yanaşmasına görə, bu, ciddi sağlamlıq problemlərinin qarşısını almağa kömək edə bilər.

Kardioloq və professor Devid Daymond qeyd edir ki, son onilliklər ərzində ailəvi hiperkolesterinemiyası olan xəstələrə doymuş yağların qəbulunu azaltmaqla xolesterinin səviyyəsini aşağı salmaq tövsiyə edilirdi. Lakin son tədqiqatlar ürək sağlamlığı üçün şəkər istehlakının azaldılmasının daha vacib ola biləcəyini göstərir.

Hiperkolesterinemiya nədir və hansı təhlükələr yaradır?

Hiperkolesterinemiya qanda xolesterinin səviyyəsinin normadan iki-dörd dəfə yüksək olması ilə xarakterizə edilən vəziyyətdir. Bu, aterosklerozun əsas risk amillərindən biridir. Ateroskleroz zamanı xolesterin damarların divarlarında toplanaraq lövhələr əmələ gətirir.

Nəticədə ürəyi qanla təmin edən koronar arteriyalar, beyni qidalandıran damarlar və aşağı ətrafların arteriyaları zədələnə bilər.

Xolesterini azaltmağa hansı məhsullar kömək edə bilər?

Daha əvvəl dietoloq Mixail Ginzburq xolesterinin səviyyəsini azaltmağa kömək edə biləcək məhsullar barədə danışıb.

Onun sözlərinə görə, soğan və sarımsağın müntəzəm istehlakı damarların sağlamlığını dəstəkləyə bilər. Qurudulmuş almaların da qidalanmaya daxil edilməsi tövsiyə olunur. Darçının isə “pis” xolesterinin səviyyəsinə müsbət təsir göstərə biləcəyi bildirilir.

Xolesterini nəzarətdə saxlamaq üçün nə etmək lazımdır?

Xolesterinin normal səviyyədə saxlanılması ürək-damar xəstəliklərinin profilaktikasının vacib hissəsidir. Bunun üçün yalnız qidalanmaya diqqət yetirmək deyil, həm də fiziki cəhətdən aktiv həyat tərzi keçirmək lazımdır. Fiziki aktivlik lipid mübadiləsinin tənzimlənməsinə və damarlarda xolesterin yığıntılarının yaranma riskinin azaldılmasına kömək edə bilər.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Oktyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri