Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Qacarlar Birinci məqalə

Qacarlar Birinci məqalə

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vasif QULİYEV

Qacarlar kimlərdir?

Bu suala tarixə kiçik bir səyahət etməklə cavab vermək olar.

Qacarların ulu əcdadları ta əzəldən qədim türklərin ana vətəni olan Türküstan çöllərində yaşamış, bütün ömürləri boyu köçəri həyat tərzi keçirərək maldarlıqla məşğul olmuşlar. Onlar uzun illər qonşu tayfalarla mübarizə aparmış, öz şücaətləri ilə ad-san çıxarmış, nəsillərini bütün türk ellərində tanıtmışlar.

Qacarların yüksəlişi, böyük bir tayfaya çevrilməsi bu boydan olan beş qardaşın adı ilə bağlıdır. Hətta bu qardaşlara şeirlər də yazılmış, mahnılar qoşulmuş, igidlikləri bədii və tarixi ədəbiyyatda tərənnüm olunmuşdur. Naməlum bir şairin qacarlara olan rəğbəti, ehtiramı aşağıdakı şeir parçasında görün öz gözəl ifadəsini necə də tapıb:

Biz bir kökdən gələn beş qardaşıq,

Beş barmaq kimi bir-birimizə sirdaşıq.

Biz qalxanda qələbə bayrağı bizimdir,

Birləşəndə düşmənin başına bir daşıq.

Türk mənşəli bu tayfanın adı bəs hardan əmələ gəlib?

Deyilənə görə, həmin qardaşların böyüyünün adı Qacar imiş və tayfanın adı da bundan götürülüb. Qacar Şərqin ən böyük hökmdarlarından olan türk xalqlarının böyük sərkərdəsi Çingiz xanın oğlu Kaan Lunun qızını oğluna almış və həmin vaxtdan etibarən də bu nəsil Kovan Lu (Qovanlu) Qacar adlandırılmışdır.

Qacarlar Çingiz xan dövründən başlayaraq sonuncu dəfə 1256-cı ildə Hülakü xanın qoşunlarının tərkibində uzaq Türküstan ellərindən İslam məmləkətlərinə, yəni Ön Asiyaya gəlmiş və Elxanilər dövlətinin sütunundan sonra Suriya və İraq ərazilərinə yayılmışlar. Oğuz xanın İrana yürüşü zamanı onun ordusunun əsgərlərinin böyük bir qismi qacarlardan təşkil edilmişdi. İranın məğlubiyyətindən sonra onlar öz yaylaq və qışlaqlarını Diyarbəkir və Yerlatda salmışdılar. Teymurləngin vaxtında və sonralar Sultan Həsən Ağqoyunlunun (1453-1478) hökmdarlığı zamanında isə Diyarbəkirdən dağılaraq Qarabağ, Gəncə və İrəvan ərazilərində məskunlaşmışdılar.

Tanınmış Azərbaycan  tarixçisi İsgəndər bəy Münşi (1560-1634) özünün məşhur "Tarixi-aləm-arayi-Abbasi" əsərində bu tayfa haqqında geniş məlumat vermiş, qacarların və onlara qohum olan digər tayfaların Qarabağın ən qədim əhalisi olduğunu göstərmişdir.

Əbdürrəzzaq bəy ibn Nəcəfqulu isə 1826-cı ildə Təbrizdə nəşr olunmuş "Məasiri-sultaniyyə" (qacarların tarixi haqqında yazılmış ilk əsərlərdən biri) kitabında yazır: "...Teymur onlardan (qacarlardan) 50.000 ailəni gətirib, İrəvan, Gəncə və Qarabağ nahiyələrində yerləşdirdi. Onlar gündən-günə artıb, cah-cəlal sahibi oldular. Qacar əmirlərindən bir çoxu da səfəvilər dövründə etibarlı hökumət adamları olub, Ermənistanda və Şirvanda yüksək iqtidara malik idilər. İrəvan hakimləri həmin nəsildən olmuşlar. Gəncə və Qarabağ hakimləri də Ziyadoğlu ləqəbilə Xudafərin körpüsündən başlayaraq Sınıq körpüdən yuxarı olan Şulaver kəndinə qədər hökmranlıq edirdilər..."

Qacarlar haqqında xatirələr hal-hazırda Qarabağda Qacar kəndinin, Zəngəzurda Qacar şəhərinin adlarında əbədiləşmişdir. Şəmkirin aşağı tərəfində, çayın sol sahilində onların yurd yerlərinin adları indi də qalmaqdadır.

Bu tayfa da bir çox başqa türkdilli tayfalar-cavanşirlər, bayatlar, kəngərlilər, zülqədərlilər, şamlılar, qaramanlılar və digərləri kimi Azərbaycan xalqının etnogenezində çox mühüm və aparıcı rol oynamışdır. Çoxəsirlik bir mübarizə yolu keçmiş qacarların şanlı və şərəfli tarixləri olduqca maraqlı və dramatik hadisələrlə doludur. Ümumiyyətlə, həmin dövrlərdə qacarların ən yaxşı, ən seçilmiş nümayəndələri ölkə ərazisində gedən ən mühüm və çoşqun ictimai-siyasi, tarixi hadisələrin mərkəzində olmuş, onların fəal iştirakçılarına çevrilmişdilər.

Sultan Yaqubun və Əlvənd Mirzənin dövrlərində qacarların tanınmış adamları istər Azərbaycanın, istərsə də İranın bir çox böyük əyalətlərində hakimlik etməyə başlamışdılar. Səfəvilər dövründə isə onların nüfuzu və hörməti həm sadə xalq arasında, həm də yüksək dairələrdə xeyli artmışdı. Bu da təsadüfi deyildi. Şah İsmayılın böyük bir şəxsiyyət kimi yetişməsində və hakimiyyətə gəlməsində qacarların böyük rolu olmuşdu. Qacarların tarixinə ilk qəhrəmanlıq səhifələri yazanlardan biri Qara Piri bəy Qacarın bütün həyatı Şeyx Heydərin üç oğlunun - Sultan Əlinin, İbrahimin və İsmayılın yanında keçmiş və o, bu uşaqların təlim-tərbiyəsi ilə məşğul olaraq lələlik vəzifəsini şərəflə yerinə yetirmişdi. Məhz onun ağıllı məsləhətləri ilə sonralar İsmayıl  şahlıq taxtına çıxmış, görkəmli sərkərdə və hökmdar kimi tanınmışdı.

1503-cü ilin iyun ayında Şah İsmayılın ilk döyüşlərinin birində Qara Piri bəy Qacar xüsusilə fərqlənmiş və Ağqoyunlu həmkarı Muradla qızğın vuruşmalarda şəxsi igidlik göstərmişdi. Onun məharəti və bacarığı ilə düşmən qoşunları darmadağın edilmiş və səfəvilər ilk böyük döyüş qələbələrini qazanmışdılar. Bu döyüşdən sonra çevikliyi, qətiyyəti, döyüşçü hünəri  və bacarığına, sərkərdəlik məharətinə görə Qara Piri bəy Qacara xalq "Tozqoparan" ləqəbi vermişdi.

Ümumiyyətlə, qacarlar Səfəvilər dövləti tarixində çox mühüm və əhəmiyyətli rol oynamış, dövlətin bel sütunlarını təşkil etmişdilər. Bunun da müqabilində qacarların məskunlaşdıqları ərazilərə həmin yerlərin sahibliyi haqqında sənəd verilərək vəzifələrə gətirilmiş, bütün dövlət əhəmiyyətli məsələlər məhz onların iştirakı ilə həll olunmağa başlamışdı.

Səfəvilər dövlətindən bu yana Qarabağın və Gəncənin bəylərbəyliyi və vərəsəlik hüququ qacarlar tayfasından olan Ziyadoğullara verilmişdi. Kəmaləddin Şahverdi Sultan Ziyadoğlu, İbrahim Sultan Ziyadoğlu, Yusif Sultan Ziyadoğlu, Peykər Sultan Ziyadoğlu, İmamqulu xan Ziyadoğlu müxtəlif vaxtlarda Qarabağın bəylərbəyləri olmuşlar. Şəkinin ilk səfəvi hakimi Toyqun bəy Qacar, İrəvan vilayətinin ilk hökmdarı Qulu xan Qacar, İrəvan xanlığının banisi Həsənəli xan Ziyadoğlu Qacar, Əliqulu xan Qacar, Uğurlu xan Qacar, Hüseyn xan Müsahib Qacar, Məmmədqulu xan Ziyadoğlu Qacar, Əmirgünə xan Qacar, Əmirqulu xan Qacar, Cavad xan Ziyadoğlu Qacar və bu tayfanın onlarca digər nümayəndəsi görkəmli dövlət xadimləri və sərkərdələri kimi adlarını həmişəlik bu nəslin şanlı tarixinin səhifələrinə yazmışlar. Ümumiyyətlə, Ziyadoğullar on altıncı əsrdən, az qala, fasiləsiz olaraq on səkkizinci əsrin sonlarına qədər bu vilayətlərə hakimlik etmişlər.

I Şah Abbas Səfəvilər taxtında oturandan sonra qacarların İranda get-gedə güclənmələrindən ehtiyat edərək onların imtiyazlarını azaltdı. Yeni şah öz mövqeyni möhkəmləndirmək üçün farslaşdırma siyasəti aparır, qacarları saraydan və hərbi işlərdən uzaqlaşdırır, onları fars mənşəli adamlarla əvəz edirdi. Bununla da, Şah Abbasın dövründə qacarların nüfuzu get-gedə azalır, hakimiyyətləri zəifləyirdi. Şah Abbasın onlara olan bu cür münasibətinin başqa səbəbləri də vardı. 1590-cı ildə iranlılar osmanlılarla sülh müqaviləsi bağlamağa çalışırdı. Bu müqaviləyə əsasən Qarabağ, Şirvan, Təbriz və bəzi qərb əraziləri osmanlılara qalırdı. İran şahının bu güzəşti ilə razılaşmayan qacarlar Məhəmməd xan Ziyadoğlunun başçılığı ilə üsyan qaldıraraq Qarabağı tamamilə əllərinə keçirib, Gəncəni mühasirəyə aldılar. Şah Abbas türklərin tələbi ilə qacarları dilə tutaraq bu işdən əl çəkmələrini xahiş elədi və Gəncə qacarların mühasirəsindən çıxdı. Qacarların bu hərəkətinin əvəzini çıxmaq üçün sonralar Şah Abbas onlara cəza vermək məqsədi və guya, İran sərhədlərini möhkəmləndirmək bəhanəsi ilə otuz min qacar ailəsini Qarabağdan və Gəncədən üç istiqamətdə ölkənin müxtəlif yerlərinə köçürtdü. Qacarların bir hissəsi İranın şimal-şərq sərhədlərini türkmənlərdən qorumaq üçün Qorqan və Astrabadın, Mübarək qalasının ətrafına, yəni, Ətrək çayının sahillərinə, bir hissəsi özbəklərin basqınlarının qarşısını almaq üçün Xorasana və Mərvə köçürüldü, bir hissəsi isə şimaldan ləzgilərin hücumlarını dəf etmək üçün Qarabağ və Gürcüstan sərhədlərində saxlanıldı. Xorasana sürgün olunan qacarlar çox çəkmədən assimilasiya olunub, farslaşdılar.

Sonralar Nadir şah dövründə də qacarların İrana köçürülməsi davam etdirildi. 1736-cı ildə Nadir Muğanda özünə tacqoyma mərasimi keçirərkən yalnız Qarabağ bəylərbəyi Uğurlu xan Qacar açıq şəkildə onun şah olmasına etirazını bildirdi və Səfəvi dövlətinin bərqərar olmasını tələb etdi. Və üstəlik, çoban oğlu çobanın şahlıq taxtında oturmasının əleyhinə çıxdı. Sonralar qarabağlıların və gəncəlilərin bu hərəkətləri onlara baha başa gəldi. Nadir İran səltənətinə sahib olan kimi qacarlarda olan hayfını yerdə qoymadı. Onun ilk hücum etdiyi yerlərdən biri də Qarabağ oldu. Bu hücum nəticəsində qacarlar öz torpaqlarının, mülklərinin böyük bir hissəsini itirdilər. Nadir şah Qarabağ əhalisinin çoxunu Xorasana köçürtdü. Bərgüşad torpaqlarını və Qarabağ Xəmsə məliklərini onların əllərindən alıb, Azərbaycan valisinə tapşırdı. Qazax və Borçalı mahallarının əhalisini isə Gürcüstan valisinin ixtiyarına verdi. Beləliklə də, Nadir şah Qarabağ torpaqlarını parçalayaraq ancaq Gəncəni və ona yaxın ətraf yerləri qacarlarda saxladı.

Bu, azmış kimi, Nadir şah Əfşarın ölümündən sonra onun qardaşı oğlu Əliqulu (Adil) şahın taxta çıxması da qaçarlara xeyir gətirmədi. Əliqulu şah onun hakimiyyətindən narazı olan qacarların qalanını da sürgün elətdirərək Mazandaran vilayətinə tökdü. Beləliklə, İran şahları Qarabağdan və Gəncədən qacarların kökünü, demək olar ki, kəsdi və bununla da, Qarabağın faciəli dövrü başlandı.

Qarabağdan köçmüş Astrabad və Qorqan qaçarları sonralar Azərbaycanın və İranın ictimai-siyasi və mədəni həyatında fəal iştirak eləməyə başladılar. İran şahlarının  nəsli Astrabadda yaşamış Qarabağ qacarlarındandır və onlar təxminən 130 il şahlıq taxtına yiyəlik etdilər. Üzərində günəş və aslan rəsmi olan bayraq isə Qacar dövlətinin rəmzinə çevrildi. Həmin hökmdarların adlarını burda çəkmək yerinə düşər:

1.Ağa Məhəmməd şah (1796-1797)

2.Fətəli şah (1797-1834)

3.Məhəmməd şah (1834-1848)

4.Nəsrəddin şah (1848-1896)

5.Müzəffərəddin şah (1896-1907)

6.Məhəmmədəli şah (1907-1909)

7.Əhməd şah (1909-1925)

Astrabad Mazandaran vilayətinin şərqində, Türkmənistan sərhədi yaxınlığında yerləşir. Ətrək çayı boyunca yurd salan qacarlar köçəri həyat tərzi keçirir, maldarlıqla məşğul olurdular. Onların bir qismi çayın yuxarılarında, o biri qismi isə aşağılarında məskən saldıqlarına görə iki yerə bölünürdülər, daha doğrusu, çayın yuxarı sol sahilində yaşayanlar Yuxarıbaş, yaxud Dovalu qacarlar, aşağı sol sahilində yaşayanlar isə Aşağıbaş, yaxud Qovanlu qacarlar adlanırdılar. Qovanlu qacarları dovalu qacarlardan sayca çox idilər. Yuxarıbaş tayfasının Aşağıbaş tayfası ilə arası olmadığından hər iki tayfa bir-biri ilə yola getmir, nüfuz dairəsi uğrunda, su, otlaq, torpaq üstündə daim fasiləsiz mübarizə aparırdılar. Qovanlular daha tez-tez qələbə çalırdılar. Onların bu çəkişmələri sonralar qatı düşmənçiliyə çevrilmişdi...

Əgər kökü eyni olan bu iki tayfa bir-birləri ilə yola getsəydi və sözü bir yerə qoysaydı, heç kəs onlara qarşı çıxa bilməz və onlar həm şaha itaət etməkdən, həm də ildə dövlətə beş əlif nadiri (beş min qızıl sikkə) verməkdən boyun qaçıra bilərdilər. Lakin birgə hərəkət etmədiklərinə görə Nadir şah onları təkləyib, öz yerlərində oturtdu. Və onun dövründə hər iki tayfa bir-biri ilə vuruşmağa cəsarət  etmədi.  On beş ilə qədər sülh şəraitində yaşadılar. Ancaq Nadir şahın ölümündən sonra hər iki qacar tayfasının ədavəti yenidən qızışdı...

Yuxarıda verdiyimiz şeir parçasında deyildiyi kimi, qacarlar bir kökdən idilər. Ancaq görək sonralar onlar bir kökdən olduqlarını heç yada saldılarmı, beş barmaq kimi bir-birinə sirdaş oldularmı?! Yox! Bir yerdə düşmən üzərinə qalxıb, qələbə bayrağını başları üzərində dalğalandırdılarmı?! Yenə yox! Bəs birləşərək düşmən başına qara bir daş olub, düşdülərmi?! Yenə də yox!

Onların birləşməsi müşkül məsələ idi..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:373
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see594

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see569

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see566

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see481

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see442

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see377

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see377

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see368

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see336

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see326

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see324

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see321

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see314

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see310

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see309

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see300

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see300

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see289

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri