Xorvatiyada yeniyetmə məktəbdə dəhşət yaşatdı: Ölən və yaralananlar var
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xorvatiyanın paytaxtında yeniyetmə məktəblilərə bıçaqla hücum edib, ölən və yaralananlar var.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə HINA agentliyi xəbər verib.
Bildirilir ki, hadisə Zaqrebin məktəblərindən birində baş verib.
İlkin məlumata görə, hücum nəticəsində yeddi nəfər - beş uşaq və iki yetkin yaralanıb. Uşaqlardan biri - yeddi yaşlı məktəblinin həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada ölüb.
"Hazırda beş yaralının həyatı üçün təhlükə yoxdur, təcili yardım xidmətləri hələ də hadisə yerindədir, vəfat edən uşaq isə yeddi yaşındadır", - deyə Xorvatiyanın səhiyyə nazirinin müavini İrena Hrstiç məlumat verib.
Məlumata görə, yaralılardan biri məktəb müəllimidir, onun vəziyyəti ağır qiymətləndirilir.
HRT-nin məlumatına görə, hücum edən şəxs həmin məktəbin şagirdi ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















