Icma.az
close
up
RU
Xoşbəxtliyə aparan üç addım, bunu elə indi edə bilərsiniz...

Xoşbəxtliyə aparan üç addım, bunu elə indi edə bilərsiniz...

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Xoşbəxtlik nəhəng sıçrayışlar deyil, sizə sevinc bəxş edən kiçik, düşünülmüş addımlardır..."

Qəmginsiniz, yaxud gündəlik qayğılara qərq olmusunuz? Hər birimizin həyatında elə məqamlar olur ki, xoşbəxtlik bizə nəsə əlçatmaz bir nəsnə kimi görünür.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Phychology Today" nəşri yazıb.

Amma sizlərə yaxşı xəbərimiz var, sizin yaşadığınız günlərinizə böyük sevinc hissi qatmaq üçün bütün həyatınızı büsbütün dəyişdirməyə ehtiyac olmayacaq.

Bəzən xoşbəxtlik sizin üçün böyük əhəmiyyət kəsb etməyən kiçik məqsədyönlü hərəkətlərdə gizlənir. Bax, bu üç addımı siz elə indi ataraq özünüzü daha xoşbəxt hiss edə bilərsiniz. Bunlar aşağıdakı addımlardır:

1. Minnətdarlıq edin

Minnətdarlıq sizin psixi sağlamlığınız üçün ən yüksək qabiliyyətinizdir. Mən məsləhət verdiyim müştərilərimə çox vaxt deyirəm ki, minnətdarlıq elə bir dərmandır ki, onun həddən artıq dozası olmur. Bu, həyəcan, kədər, acıma hissinə qarşı güclü dərmandır, çünki bu hisslər minnətdarlıqla birgə mövcud ola bilməz. Siz hər şeyin yaxşı olduğuna köklənəndə qətiyyətlə öz nöqteyi-nəzərinizi və enerji sərfiyyatınızı dəyişirsiniz. 

Kiçik şeylərdən başlayın. İki dəqiqənizi ayırıb minnətdar olduğunuz kiçik və ya böyük üç nəsnəni qeyd edin. Ola bilər ki, bu, səhərlər bir fincan qəhvə, xoş xatirə və ya bu yaxınlarda kimsədən eşitdiyiniz komplimentdir. Əgər bunları yazmaq sizin üçün çətindirsə, bunu ucadan özünüz- özünüzə danışın.

Minnətdarlıq konkret məqamda kömək etməyəcək, lakin zamanla çətinliklərə müqavimət göstərmək üçün sizə güc bəxş edəcək. Mənim müştərilərimdən birinin ifadə etdiyi kimi, "mən diqqətimi çatışmayan şeylərin deyil, malik olduqlarımın üzərinə cəmləşdirəndə, görürəm ki, mənim həyəcanım o qədər də dərindən nüfuz etmir. 

Minnətdarlığın gözəlliyi ondadır ki, sizin beyninizi ən yaxşı şeylərə diqqət yetirməyə öyrədir. Nə qədər çox məşq etsəniz, bir o qədər sizin üçün bu, daha təbii olacaq və siz özünüzü daha xoşbəxt hiss edəcəksiniz.

2. Hərəkət edin

Emosiyalara qərq ediləndə sizin üçün fiziki fəallıq sözün birbaşa mənasında çıxış yolu olacaq. Yerişin, sevimli mahnının sədaları altında rəqs etməyin və ya dartınma hərəkətlərinin sizin ovqatınızı yaxşılaşdırdığına diqqət yetirmisinizmi? Bu, təsadüfi deyil. Hərəkət zamanı endorfin ifraz edilir. Bu kimyəvi maddə ovqatınızı təbii olaraq yaxşılaşdırır. 

Lakin bu, təkcə biologiya deyil. Bədən hərəkəti burada və indi özünüzü fiziki və əqli cəhətdən yaxşı hiss etməyə imkan verəcək. Mənim həm özüm, həm də müştərilərim üçün sevimli xatırlatmam ondan ibarətdir ki, hərəkət sizi dalandan çıxarır. Hərəkət sizin psixi vəziyyətinizi yaxşılaşdırır, bu, 10 dəqiqəlik yoqa praktikası, tez yerimək və ya, sadəcə, yeriyərək telefon söhbəti ola bilər. 

Bir dəfə mən ağır gün keçirmişəm, qayğılarım başımdan aşıb. Özümə qapılmaq əvəzinə, krossovkalarımı geyinib tez bir zamanda məhlədə var-gəl etməyə başladım. Dinc beyinlə və rahat ürəklə geriyə döndüm. Siz də bunu sınaqdan keçirin və yalnız bir-neçə dəqiqəlik fiziki aktivlikdən sonra özünüzü necə də yaxşı hiss edəcəyinizə təəccüblənəcəksiniz.

3. Ünsiyyətdə olun

İnsanlar arasında ünsiyyət əhval-ruhiyyəni yüksəltməyin ən təsirli üsullarından biridir. Dostla söhbət, qohuma zəng və ya yoldan ötən xoş niyyətli birisi ilə, sadəcə, ötəri və səmimi söhbət etmək bizim tənha olmadığımızı xatırladır. Mənim özümüzü daha yaxşı hiss etməyimiz üçün bir xilasedici metodum da var. 

Bu, Havay köynəkləri geyinən, mehriban personalı olan mağaza şəbəkəsinə yollanmağımdır. Orada məni şən müsiqi, parlaq rənglər və mənimlə hal-əhval tutmağa tələsən əməkdaşlar gözləyir. Hər dəfə mağazada olan atmosfer mənim ovqatımı yaxşılaşdırır. Bu, təkcə alış-verliş deyil, həm də nikbinliklə dolu bir məkandır.

Heç də hər kəsin belə sevimli mağazası olmur, amma bu prinsip bir çox hallarda tətbiq edilə bilər. Bu, yaxınlıqda qəhvə içmək üçün məkan, yaxud bir-iki kəlmə kəsmək üçün qonşu da ola bilər. Qısa ünsiyyət epizodları bizim ovqatımıza qəribə təsir edə bilər. 

Nədən bu addımlar işləkdir?

Minnətdarlıq, hərəkət və ünsiyyət addımları sadə, əlçatan və səmərəlidir. Onlar xeyli səylər və ya planlaşdırma tələb etmir, lakin öz təsiri ilə gününüzə rəng qata bilər.

Minnətdarlıq sizin nöqteyi-nəzərinizi dəyişir və könlünüzü açır. Hərəkət sizə enerji verir və ozünüzü məqamında yaxşı hiss etməyə imkan yaradır. Ünsiyyət insani münasibətlərdə sevinc hissini xatırladır. 

Bunların üçünü də birdən etmək lazım deyil. Sizin üçün ən aydın və cəzbedici olandan başlayın, sizin kiçik addımlarınızın gündəlik həyatınızı necə gözəlləşdirəcəyini müşahidə edin. Xoşbəxtlik nəhəng sıçrayışlar deyil, sizə sevinc bəxş edən kiçik, düşünülmüş addımlardır.

Müəllif: Jeffri Bernstayn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri