Icma.az
close
up
RU
Xoşbəxtsən, yoxsa bədbəxt? Cavab ağzındakı bakteriyalarda gizlənir...

Xoşbəxtsən, yoxsa bədbəxt? Cavab ağzındakı bakteriyalarda gizlənir...

News24 saytına istinadən Icma.az xəbər verir.

New York Universitetindən elm adamları ağız mikrobiyomundakı müxtəlifliyin azalmasının insanın ruh sağlamlığı ilə birbaşa əlaqəli ola biləcəyini bildirir.

News24.az bildirir ki, yeni aparılan elmi araşdırma depressiyanın ağızdakı bakteriya müxtəlifliyinin azalması ilə əlaqəli ola biləcəyini ortaya qoyub. Bəlkə inanılmaz gələcək, amma bu sətirləri oxuyarkən, ağzınızda 500 milyard ilə 1 trilyon arasında bakteriyanın yaşadığını bilmək sizi təəccübləndirə bilər. İnsan orqanizmində, bağırsaq mikrobiyomundan sonra ikinci ən çox mikroorqanizm ağızda yerləşir.

New York Universitetinə (NYU) bağlı Rory Meyers Tibb Bacılığı Fakültəsindən tədqiqatçılar, ağızda yaşayan bu mikroorqanizmlərin quruluşunun depressiyanın diaqnozu və müalicəsində istifadə oluna biləcəyini iddia edirlər. Araşdırmalar göstərib ki, ağızdakı bakteriya müxtəlifliyinin azalması insanların ruhi vəziyyəti ilə əlaqəlidir.

Araşdırmaya rəhbərlik edən NYU Rory Meyers Tibb Bacılığı Fakültəsinin dekan müavini Dr. Bei Wu belə açıqlama verib:

“Ağız mikrobiyomu immun sistemi və ya iltihab mexanizmləri vasitəsilə depressiv simptomlara təsir göstərə bilər. Digər tərəfdən, depressiya da qidalanma rejiminin pozulması, ağız gigiyenasına diqqətsizlik, siqaret və alkoqol istifadəsinin artması və dərman qəbulu kimi faktorlar səbəbilə ağız mikrobiyomuna təsir edə bilər.”

Bu əlaqənin hansı istiqamətdə işlədiyini və ya iki tərəf arasında simbiotik (qarşılıqlı) bir münasibət olub olmadığını dəqiq anlamaq üçün daha çox elmi araşdırmaya ehtiyac olduğu vurğulanıb.

BMC Oral Health adlı akademik jurnalda bu həftə dərc edilən araşdırmanın məlumatları ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) Milli Sağlamlıq və Qidalanma Sorğusundan götürülüb. Tədqiqat qrupu 2009–2012-ci illər arasında 15 mindən çox yetkin şəxsdən toplanan sorğu nəticələrini tüpürcək nümunələri ilə müqayisə edib.

Genetik ardıcıllıq üsulundan istifadə edərək ağızdakı bakteriyaları və müxtəlifliyi müəyyən edən alimlər, bakterial müxtəlifliyi aşağı olan şəxslərdə depressiya əlamətlərinin daha çox olduğunu aşkarlayıb.

Əlavə analizlər göstərib ki, ağız mikrobiyomu ilə depressiya arasındakı əlaqə insanın həyat tərzi ilə də formalaşır. Siqaret və alkoqol qəbulu, diş sağlamlığına verilən önəm kimi faktorlar ağızdakı bakteriyaların strukturuna birbaşa təsir edir.

Tədqiqatçılar həmçinin antidepressantlar və digər psixi dərmanların da bu tarazlığa təsir edə biləcəyini bildiriblər. Bu dərmanların tüpürcək istehsalını azaltdığı və ağız daxilindəki mühiti dəyişdirdiyi, bunun da bakterial tarazlığı poza biləcəyi qeyd olunub.

“Yəni bu dərmanlar təkcə depressiya simptomlarını azaltmaqla qalmır, eyni zamanda ağız sağlamlığında da tənzimləyici rol oynaya bilər,” – deyə araşdırmada vurğulanıb.

Ağızdakı bakteriyalar depressiyanı mı yaradır, yoxsa depressiya bu bakteriyaları mı dəyişdirir? Yoxsa bu qarşılıqlı işləyən bir prosesdir? Bu suallara dəqiq cavab vermək üçün daha geniş miqyaslı araşdırmalara ehtiyac olduğu vurğulanır.

Tədqiqatçılar qeyd edirlər ki, son illərdə aparılan elmi işlərdə depressiya ilə bağırsaqdakı bakteriya müxtəlifliyi arasında da əlaqə olduğu aşkarlanıb. Gidərək artan sayda araşdırma, ağız mikrobiyomu ilə ümumi sağlamlıq arasında da güclü əlaqə olduğunu göstərir. Bu əlaqənin əsasında immun sistemi pozğunluqları və orqanizmdəki iltihab prosesləri dayanır.

Elm adamları ümid edirlər ki, bu nəticələr ağız mikrobiyomunun ruh sağlamlığına təsiri barədə ictimai və elmi məlumatlılığı artıracaq və gələcəkdə yeni müalicə üsullarının inkişafına təkan verəcək. 2021-ci ildə ABŞ-da 21 milyon yetkin şəxsin ən az bir dəfə major depressiv epizod keçirdiyi təxmin olunur.

Nazlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyul 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri