Icma.az
close
up
RU
Xristianlığı qəbul edən, 350 illik bəy titulu tarixi olan ağstafalı bəstəkar şair

Xristianlığı qəbul edən, 350 illik bəy titulu tarixi olan ağstafalı bəstəkar şair

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Onegin Hacıqasımov - 1960-1980-ci illərdə SSRİ-də ən populyar nəğməkar şairlərdən birinə çevrilən azərbaycanlı

Azərbaycanda bu ad vaxtilə o qədər məhşur idi ki... Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, "Qaya" Vokal Kvarteti, Valeri Obodzinski, Yuri Antonov, Aida Vedişşeva, "Vesyolıye rebyata", Kobzon, Puqaçova, Sençin, Martınov və SSRİ-nin digər məhşur müğənilləri onunla mütamadi görüşüb mahnı bəstələməsini, sözlər yazmasını xahiş edirdilər.

Yazdığı mahnı sözləri sayəsində 1960-1980-ci illərdə SSRİ-də ən populyar nəğməkar-şairlərdən birinə çevrilib. Həm də bir sıra xarici mahnılara rus dilində mətnlər yazması ilə məşhurdur. “İyirmialtılar”, “Abşeron ritmləri”, “Ulduzlar sönmür”, “Mən mahnı qoşuram”  və digər Azərbaycan filmlərinin subtitirində mahnı mətni müəllifi kimi onun adı yazılır. 1970-ci ildə Onun müəllifi olduğu mahnılardan ibarət albom satışa çıxıb və rekord sayda 15 milyon ədəd val satılır. 15 milyon 730 min tirajla çıxan bu plastinka iki günün içində satılır və onun rekorduna çatan müğənni olmayıb keçmiş sovetlərdə.

Onegin Yusif oğlu Hacıqasımov 1937-ci ildə Bakıda qatı dindar ailədə anadan olub. Anası Mahtaban xanım rus ədəbiyyatı vurğunu olduğu üçün Puşkinin ölümünün 100-cü ilində dünyaya gələn oğluna dahi rus şairinin qəhrəmanı Yevgeni Oneginin şərəfinə Onegin adını verir.

Qeyd edim ki, onun nəsli Ağstafa rayonun Poylu kəndindədir və XVIII əsrin burada kameral təsvirdə bəy/ağa titulu ilə qeydiyyatda olan Hacı Qasım ağadan başlanır.  Hacı Qasım regionda tanınan bəy idi və onun nəslinin Vəkilovlar, Şıxlinskilər, Kərbəlayevlər, İsgəndərbəyov ilə qohumluğu vardı. Qaçaq Kərəm və İsrafil ağa ilə qan bağlığı olub.

Qazax nahiyəsinin 1860-cı ilə aid Kameral təsvirində Poylu kəndində mülkədar torpaqlarında yaşayan 117 dövlət kəndlisi ilə yanaşı, Knyaz Toma Andronikovun 15 mülkədar kəndlisi də qeydə alınmışdır.

Poylu yolunun üzərində olan  köhnə kənd qəbiristanlığında Hacıqasımovlara aid ailə məzarlığı da var.

Qazax-Borçalı üzrə qeydiyyatda olan əslən ağa/bəy, Rusiya imperiyası dövründə dvoryan sayılan 57 ailədən biri də Hacıqasımovlar sayılır. Məlumat üçün bildirim ki, bu nəsildən olanlar içərisində  XX əsrin əvvəllərində respublikada akuşer-ginekologiya üzrə 6 mütəxəssis olmuşdur. Onlardan yalnız biri azərbaycanlı olmuşdur. Bu, Mustafa Hacıqasımov idi. M.Hacıqasımov yüksək ixtisaslı mütəxəssis, Azərbaycanda akuşer-ginekoloji xidmətin təşkilatçılarından biridir.

Soyad məhz onun adından başlanır. Oneginin atası Yusif bəy Hacıqasımov Moskva İmperator Universitetinin hüquq fakültəsini bitirmişdir. Yusif bəy Şamaxı əsilzadələrindən Mahtaban xanımla evli idi. Bu evlilikdən Onegin və Nizami adlı iki övladı dünyaya gəlib. Azərbaycan Pedaqoji İnstitutunda dərs deyib anası. Atası isə orqanlardan ayrılıb və Azərbaycan Dövlət Universitetində latın dilindən dərs deyib.

1985-ci ildə pravoslavlığı qəbul edib və 1988-ci ildə Moskva vilayətindəki “Optina pustın” monastırında ierosximonax Simon adını qəbul edib. Onegin xaç suyundan keçir. O yalnız dini yolu seçmir, həmçinin asketizm yolunu tutur. Kaluqa vilayətində yerləşən "Optina pustın" monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır.

Onegin Hacıqasımov 2002-ci ildə onkoloji xəstəlikdən vəfat edib. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbiristanlığında dəfn olunub.

Müəllif: Zaur Əliyev – Tarixçi-alim, AMEA-nın əməkdaşı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri