Icma.az
close
up
RU
Dövlət və özəl sektorda maaşların eyni gündə verilməsi hansı çətinliklər yarada bilər? SOSİOLOQ

Dövlət və özəl sektorda maaşların eyni gündə verilməsi hansı çətinliklər yarada bilər? SOSİOLOQ

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq bir müddətdir ki, beynəlxalq ictimaiyyətdə, eləcə də yerli əhali arasında müxtəlif suallar dolaşır. Vətəndaşları maraqlandıran vacib məsələlərdən biri odur ki, niyə ölkə, yaxud şəhər üzrə vətəndaşların maaşları eyni gündə verilmir?

Bir qism vətəndaşlar düşünür ki, bu bankların önündə uzunmüddətli növbələr yaradacaq, digər bir qism isə bu ödənişlərin özlərinin texniki baxımdan müəyyən çətinliklərə səbəb olacağını ehtimal edir.

Mövzu ilə əlaqədar sosioloq Elçin Bayramlı Avtosfer.az-a açıqlamasında bildirib ki, ölkədə bu problem uzun müddətdir var. Maaşların vaxtında ödənməməsi, fərqli-fərqli günlərdə ödənməsi, hətta hər aydan-aya fərqli günlərdə ödənməsi var. Məsələn, bu dəfə ayın 3-ü alır, növbəti dəfə 5-i alır, o biri ay 10-u alır. Bu bir məsələdir, bu bir müəssisə tərkibindədir, bu bir problemdir.

“Çünki insanlar xərclərini hesablayır, onların kreditləri var. Məsələn, düşünür ki, mən hər ayın 5-nə qədər maaş alıram, kredit götürür, krediti də 5-nə qədər ödəməlidir. Maaş gec veriləndə işçinin krediti gecikir və cəriməsi onun belinə yazılır. Bu bir məsələdir. Bir də var ümumi, şəhər üzrə, ölkə üzrə bütün müəssisələrdə eyni vaxtda maaşın verilməsi, bu, əslində prinsipcə mümkündür, amma praktikada bu, bir az çətindir.

Şərt deyil ki, bütün ölkə bir gündə maaş alaq, bu, heç nəyə dəyişmir.  Sadəcə burada 2-3 gün vaxt qoyula bilər ki, məsələn, müəyyənləşdirilməlidir ki, maksimal müddət ay başa çatdıqdan 3 gün ərzində maaş ödənməlidir. Hansısa müəssisə bir gün ərzində verə bilər, hansısa iki gün ərzində verə bilər, hansısa üç gün ərzində verə bilər.

Bu, məcbur deyil ki, hamı eyni gündə versin. Burada başqa məsələlər də var, özəlliklə, dövlət müəssisələrinin fərqləri var, maliyyə hesabları var, bank əməliyyətləri var, bəzən 1-2 gün üzrlü səbəbdən o yan-bu yan ola bilər, amma bu, məncə üç gündən artıq olmamalıdır.

Ay bitən kimi, növbəti üç gün ərzində maaşlar ödənməlidir. Qaldı ki, burada səbəblərlə bağlı: Sual verilir ki, bunu işçilərin tətil etməsi ilə əlaqələndirmək olarmı? Bizdə belə bir şey yoxdur. Belə bir nə ənənə var, nə də bizim insanlar bunu edəsi deyil. Nə etiraz bildirirlər, nə maaş davası edirlər, bizim insanlarımız belə deyil.

Sadəcə, insanlar aydan aya maaşı çatdıra bilmir, ayın axırına yaxın o maaşı qutarır və çətin vəzətdə qalır və çalışır ki, maaşı tez alsın. Əgər o 5 gün, 10 gün gecikəndə, o daha da çətin vəzətdə düşür. Borca, kreditə girməlidir, nisyə mal almalı olur.

Bu, insanlar üçün problem yaradır, ona görə əsas istəyirlər ki, maaşı tez alsınlar. Bunun üçün də bir standart qoyulmalıdır. Nazirət Kabinetinin də maaşların vaxtında ödənilməsi ilə bağlı müvafiq qərarı var. Üstəlik, insanlar işlədikləri yerlə əmək müqaviləsi bağladıqları zaman oradakı şərtlərdə də qeyd olunur ki, hər ayın filan günü maaş ödənməlidir.

Maaşların eyni gündə verilməsi ilə bağlı tandartlaşma eləmək olar. Ölkə üzrə ümumi qərar verilə bilər ki, məsələn, 3 gün ərzində bütün müəssisələrdə, idarələrdə, istər özəl, istər dövlət sektorunda əmək haqqı ödənilməlidir. 1-2 gün demək olar ki, müəyyən texniki, maliyyə məsələləri ola bilər, amma 3 günü keçməmək şərt ilə. Bunun belə olması daha rahat olar insanlar üçün. Hamı standart, həmişə eyni vaxtda maaş alsa, onda bütün xərclərini, kreditlərini və s. buna uyğunlaşdıra bilərlər.

Amma əvvəldən nəyəsə söz verir, ödəniş eləməlidir və yaxud kredit ödəməlidir. Bu, artıq ayın 3-nə hesablayır, ayın 10-da maaş alanda bu problem yaradır. Burada ciddi əsas olmadan maaşın gecikdirilməsi məqsədə uyğun deyil.

Bəzi böyük şirkətlərdə, müəssisələrdə müəyyən məlumatlar gəlir ki, maaşları, məsəl üçün 10 gün gec verməklə, böyük maliyyə vəsatələrini banklarda daha çox saxlamaqla müəyyən qədər faizlər əldə edə bilirlər. İl ərzində hər ay tutaq ki, 10 gün gecikməyə ümumi maliyyənin bankda daha çox qalması gündəlik faizlərin gəlməsinə səbəb olur. Kimlərsə bundan gəlir əldə edir. Belə hallar da var və ola bilər. Bu baxımdan, konkret tələb qoyulmalıdır, normativ qoyulmalıdır ki, mütləq 3 gün ərzində maaşlar ödəməlidir. Ay qurtardı, 31-i tamam oldu, növbəti 3 gün, 1-I, 2-si 3-ü. Belə bir tələb qoyulsa, həm narazılıq aradan qalxar, həm qarşılıqlıq yumuşalar, həm də ki, müəyyən bank maxinasiyaları, dövriyədə pul saxlamaq, faiz əldə eləmək üçün bəzi müəssisə və şirkətlərin bu əməliyyətləri baş tutmamış olar.

Hər bir halda işçinin ay başa çatanda maaşını almaq onun hüququdur. Bir çox ölkələrdə həftəlik maaş sistemidir, bitən kimi həftənin maaşını alırlar. Bizdə aylıqdırsa, heç olmasa ay bitən kimi bu verilməlidir”.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Oktyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri