Icma.az
close
up
RU
Memarlar İttifaqının İdarə Heyətinin 2025 ci ilin yekunlarına həsr olunmuş Plenumu keçirilib

Memarlar İttifaqının İdarə Heyətinin 2025 ci ilin yekunlarına həsr olunmuş Plenumu keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin Plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, plenumun açılışında Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxış edərək qonaqları və iclas iştirakçılarını salamlayıb, plenumun gündəliyi barədə məlumat verib.

Plenumun işinə başlamazdan əvvəl Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvləri yubilyar memarları təbrik edib.

Sonra Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyası tərəfindən bu ilin oktyabr ayında Astanada keçirilmiş “İlin ən yaxşı layihəsi/tikilisi” üzrə XXXIII Beynəlxalq baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb. Belə ki, “Şəhərsalma kompleksləri və ansamblları” nominasiyası üzrə “Həyata keçirilmiş tikili” kateqoriyasında 2-ci dərəcəli diploma "Foglie Dalloro" şirkəti tərəfindən təqdim olunmuş Şuşa şəhərində yerləşən “Şuşa” Otel-Konqres Mərkəzi, “Çap nəşri” nominasiyası üzrə 2-ci dərəcəli diploma isə Nərgiz Ağayevanın “İnteryer qrafikası” adlı metodik vəsaiti layiq görülüb. Qaliblərə diplomlar və gül dəstələri təqdim edilib.

Bundan sonra plenum öz işinə başlayıb.

Plenumun gündəliyinə uyğun olaraq, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin 2025-ci il ərzində gördüyü işlər barədə sədr Elbay Qasımzadənin məlumatı dinlənilib. Sonra Azərbaycan Memarlar İttifaqının Təftiş Komissiyasının sədri Rövşən Səmədov tərəfindən 2025-ci il üzrə komissiyanın hesabatı təqdim olunub. Hesabatlar müzakirə edilərək səsə qoyulub və qənaətbəxş qəbul edilib.

Gündəlik üzrə növbəti məsələ - Azərbaycan Memarlar İttifaqının yaradıcılıq komissiyalarının fəaliyyəti barədə məsələ müzakirə edilib, komissiyaların tərkibi barədə təkliflər dinlənilib və müzakirə olunub.

Sonra Memarlar İttifaqının 2026-cı il üçün tədbirlər planının layihəsinə baxılıb. Qeyd edilib ki, 2026-cı il üzrə ən vacib tədbir - Azərbaycan Memarlar İttifaqının yaranmasının 90 illiyinin qeyd edilməsidir. Bu münasibətlə silsilə tədbirlərin həyata keçirilməsi müzakirə olunub. Tədbirlər planı layihəsinə bir neçə tədbir əlavə olunub, plan səsə qoyulub və təsdiq edilib. Plenumda qaldırılan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.

Tədbirin sonunda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin Plenumunun Qətnaməsi iclas iştirakçılarına təqdim edilib, müzakirələrdən sonra səsə qoyulub və qəbul edilib. Bununla da Plenum öz işini başa çatdırıb.

-1 / 7

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri