XRİTDX qlobal elektron poçt sistemində boşluqlar aşkarlayıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “GFI KerioConnect” qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 – aşkar edilib.
“APA-Economics”in xəbərinə görə, aşkar edilmiş boşluqlar rəsmi olaraq təsdiqlənərək ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən eyni adlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alınıb.
Sözügüdən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı olan və ABŞ-ın Texas ştatında yerləşən proqram təminatı şirkəti GFI Software məlumatlandırılmışdır.
Məlumat üçün qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələrdə ofisləri olan şirkətin məhsulları dünya üzrə 60.000-dən çox təşkilat və müəssisə tərəfindən istifadə olunur.
https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2975
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 08 İyul 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















